09 İyul 2026 10:25
143
CƏMİYYƏT
A- A+
Gəncədə "Abad məhəllə"lərin sayı artır

Gəncədə "Abad məhəllə"lərin sayı artır


Gəncə Şəhər İcra Hakimiyyəti və "Bakı Abadlıq Xidməti" MMC tərəfindən şəhərin müxtəlif ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində və parklarda "ABAD məhəllə" layihəsi çərçivəsində yenidənqurma işləri davam edir. 

Layihənin əsas məqsədi həyətlərin və parkların müasir standartlara uyğun abadlaşdırılması, sakinlər üçün daha rahat və təhlükəsiz mühitin yaradılmasıdır.

Hazırda Gəncədə 14 yaşayış binasının həyətində genişmiqyaslı abadlıq, təmir və yenidənqurma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün uşaq və idman meydançaları yaradılır, müasir idman qurğuları quraşdırılır, uşaqlar üçün xüsusi oyun sahələri salınır.

Layihə çərçivəsində binaların fasadları da əsaslı şəkildə təmir edilir və rənglənir, həmçinin həyətlərdə və parklarda müasir işıqlandırma sistemləri quraşdırılır, yeni oturacaqlar qoyulur. Eyni zamanda yaşıllıq zolaqlarının genişləndirilməsi və qorunması üçün yeni suvarma sistemləri və zəruri kommunikasiya xətləri də çəkilir. Sonrakı mərhələdə həyətlərdə və parklarda söhbətgahların inşası nəzərdə tutulur.


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!