08 İyul 2026 08:20
944
SİYASƏT
A- A+
Siyasi iradədən strateji tərəfdaşlığa

Siyasi iradədən strateji tərəfdaşlığa


Azərbaycan-ABŞ münasibətləri yeni keyfiyyət mərhələsində daha da dərinləşir


Azərbaycan-ABŞ münasibətləri tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasında yüksəksəviyyəli dialoq mütəmadi ali siyasi təmaslar və praktiki addımlarla daha intensiv xarakter alıb. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regional sabitliyin təmin olunmasında, enerji təhlükəsizliyində və qlobal logistik marşrutların şaxələndirilməsindəki müstəsna rolu Vaşinqtonun ölkəmizə marağını şərtləndirən əsas amillərdir. 

Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə reallaşan işgüzar səfəri iki ölkənin münasibətlərində yeni səhifə açıb. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tarixi sülh razılaşmasının əldə edilməsi və 907-ci düzəlişin icrasının dayandırılması əlaqələrin gələcəyi barədə aydın təsəvvür yaradıb. Səfər zamanı Ağ Evdə keçirilən rəsmi mərasimdə Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə "Siz böyük lidersiniz" deyə müraciəti, Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və liderlər səviyyəsində formalaşan qarşılıqlı etimadın göstəricisi idi. Səfər çərçivəsində tərəflər arasında Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması isə münasibətlərin institusional təməlini qoyub. 

İkitərəfli əlaqələr cari ildə də yüksək dinamika ilə inkişaf edir. Yanvar ayında Davos Dünya İqtisadi Forumunun 56-cı iclası çərçivəsində dövlət başçılarının növbəti görüşü baş tutub. Ardınca Azərbaycanın ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin qlobal sülh və dialoq dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib. Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi Azərbaycanın qlobal sülh gündəliyini formalaşdıran əsas aktorlardan birinə çevrildiyini təsdiqləyir. 

Bu mühüm platformadan cəmi 9 gün əvvəl - fevralın 10-da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri və Bakıda tərəflər arasında "Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması əlaqələrin gələcək yol xəritəsini hüquqi müstəvidə rəsmiləşdirib. Sənədin qüvvəyə minməsi ilə əlaqələr iqtisadiyyat, enerji və təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya və süni intellekt kimi gələcəyin mühüm istiqamətlərini də əhatə etməyə başlayıb.  

İki dövlət arasındakı sıx dialoqun və formalaşmış yeni siyasi etimadın  nümunələrindən biri də rəsmi məktublaşmalarda özünü büruzə verir. ABŞ Prezidenti Donald Trampın əlamətdar günlərdə ünvanladığı məktublarda Azərbaycanla əlaqələrin önəminə diqqət çəkilməsi, eləcə də dövlətimizin başçısının iyun ayında amerikalı həmkarının 80 illik yubileyi münasibətilə göndərdiyi təbrik tərəfdaşlığın əhəmiyyətini göstərir. Bu kontekstdə Prezident İlham Əliyevin Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı məktub xüsusi rəmzi məna daşıyır. Dövlətimizin başçısı məktubda son dövrdə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsinin böyük məmnunluq doğurduğunu qeyd edərək strateji tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirib: "Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran "Strateji Tərəfdaşlıq Xartiyası"nın iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm". 

Bakı və Vaşinqton, sadəcə, regional təhlükəsizlik tərəfdaşları deyil, həm də qlobal texnoloji və rəqəmsal trendlərin ortaq iştirakçılarıdır. Bu reallıq Azərbaycanın innovativ inkişafını sürətləndirməklə yanaşı, ABŞ-nin regiondakı geoiqtisadi mövqeyini daha da şaxələndirir. 

Azərbaycan-ABŞ tərəfdaşlığının mühüm amillərindən biri də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin qorunmasıdır. Vaşinqtonun praqmatik səyləri və Bakının qətiyyətli mövqeyi regionda post münaqişə dövrünün iqtisadi inteqrasiya mərhələsinə keçməsini təmin edib. Prezident İlham Əliyev məktubunda Cənubi Qafqazda sülh gündəliyinin təşviqi istiqamətində ABŞ-nin qətiyyətli və konstruktiv səylərini yüksək qiymətləndirərək xatırladıb: "Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar".

Regional sülh mühiti qlobal miqyaslı nəhəng infrastruktur və logistika layihələrinin maneəsiz icrasına geniş qapılar açır. Xüsusilə nəqliyyat dəhlizlərinin diversifikasiyası və Asiya ilə Avropanın birləşdirilməsi kontekstində reallaşan layihələr beynəlxalq ticarətin onurğa sütununu təşkil edir. Azərbaycan Prezidenti məktubda bu baxımdan müstəsna əhəmiyyət kəsb edən Trampın "Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsini də xüsusi vurğulayıb: "Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək Trampın "Beynəlxalq Sülh və Rifah Marşrutu"nun (TRIPP) reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim". 

ABŞ-nin TRIPP layihəsinə verdiyi davamlı dəstək Orta dəhliz coğrafiyasında Azərbaycanın əvəzolunmaz tranzit qovşağı və logistik mərkəz olduğunu rəsmən təsdiqləyir. Qlobal tədarük zəncirlərinin təhlükəsizliyi baxımından bu marşrut Avrasiyada ən etibarlı və səmərəli xətt kimi çıxış edir və ölkəmizin beynəlxalq arenadakı geoiqtisadi çəkisini maksimum dərəcədə artırır. 

Yaranmış tarixi və hüquqi zəmin fonunda hər iki dövlətin gələcəyə baxışı və mövcud potensialı dəyərləndirmək niyyəti ikitərəfli əlaqələrin perspektivini daha da nikbinləşdirir. Azərbaycan Prezidenti məktubunun sonunda iki ölkənin münasibətlərinin inkişaf perspektivlərinə və gələcək strateji hədəflərinə toxunub: "Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq". 

Bakı və Vaşinqton ikitərəfli münasibətlərdə cari uğurlarla kifayətlənmir. Terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və iqtisadi şaxələndirmə ilə bağlı ortaq maraqlar gələcəyə yönəlmiş daha böyük müttəfiqlik formatının anonsudur. Birgə səylər koordinasiya edildikcə, ikitərəfli əlaqələr tərəfdaşlıq müstəvisində fundamental çəkiyə sahib olacaq. 

Nəticə etibarilə bütün gərginlkləri geridə qoyan Azərbaycan-ABŞ münasibətləri bu gün ən yüksək dönəmini yaşayır. Sülh gündəliyinə verilən dəstək, irimiqyaslı logistik layihələr və rəqəmsal gələcəyə yönəlmiş hədəflər göstərir ki, Azərbaycan və ABŞ strateji tərəfdaşlığı bundan sonra da dərinləşməkdə davam edəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib YENİLƏNİB 2

20:01
13 İyul

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda

19:26
13 İyul

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır

19:21
13 İyul

Baş katib Sohail Mahmud: D-8-in missiyası yeni əhəmiyyət qazanıb

19:14
13 İyul

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

19:01
13 İyul

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

18:51
13 İyul

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18:29
13 İyul

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:21
13 İyul

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq genişlənir

18:09
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər PANEL İCLAS

18:03
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!