09 İyul 2026 09:55
141
Təhsil
A- A+
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirilib

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirilib


Bakıda Ukraynanın aparıcı ali təhsil müəssisələrinin sərgisi keçirilib. Tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Ukraynanın 24 ali təhsil müəssisəsinin təmsil olundugu sərgidə ziyarətçilər universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları haqqında ətraflı məlumat verilib.

"Alijanov Group" MMC-nin təsisçisi Nəsib Alicanovun məlumatına əsasən, tədbirin rəsmi açılışında diplomatik korpusun nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, universitet rəhbərləri, abituriyentlər və valideynlər iştirak ediblər. Sərgi çərçivəsində iştirakçılar universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab alıblar.

INGEK Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Rüfət Mirzəyevin sözlərinə görə, tədbirdə həmçinin Ukraynada təhsil almaq istəyən xarici tələbələr üçün tətbiq olunan rəqəmsal qəbul sistemi təqdim olunub və qəbul prosesinin daha sadə, şəffaf və əlçatan olması barədə məlumat verilib.

Sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə yaxından tanış olmasına, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına töhfə verib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!