09 İyul 2026 09:20
301
CƏMİYYƏT
A- A+
Rəqəmsal təhlükəsizlik naminə

Rəqəmsal təhlükəsizlik naminə


Uşaqların sosial şəbəkələrin yaratdığı təhlükələrdən qorunması dövrün vacib tələbidir


Rəqəmsal texnologiyaların sürətli inkişafı son onilliklərdə insanların həyat tərzini kökündən dəyişib. Xüsusən sosial şəbəkələr artıq ünsiyyət vasitəsi olmaqdan çıxaraq, həm də informasiya mübadiləsinin, təhsilin, biznesin, əyləncənin və ictimai proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla yanaşı, rəqəmsal mühitin yaratdığı yeni imkanlar özü ilə yeni risklər də gətirib. Ən həssas qrup isə uşaqlar və yeniyetmələrdir.

Məhz bu reallıq fonunda Azərbaycanda sosial şəbəkələrdən istifadənin qanunvericiliklə tənzimlənməsi istiqamətində atılan addımlar dövlətin uşaqların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş sosial siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri sosial şəbəkələrə qadağa qoymaq məqsədi daşımır. Əksinə, əsas məqsəd rəqəmsal platformalarda uşaqların müdafiəsini gücləndirmək, onların yaş xüsusiyyətlərinə uyğun təhlükəsiz informasiya mühitində inkişaf etmələrini təmin etməkdir.


Görünməyən təhlükələri necə zərərsizləşdirməli


Müasir dövrdə uşaqlar internet və sosial media ilə çox erkən yaşlardan tanış olurlar. Psixoloqlar və pedaqoqlar hesab edirlər ki, sosial mediadan nəzarətsiz istifadə uşaqların psixoloji sağlamlığına, emosional inkişafına, davranışına və sosial münasibətlərinə ciddi təsir göstərə bilir. Kiberzorakılıq, dezinformasiya, zorakılıq və pornoqrafik məzmun, müxtəlif manipulyativ alqoritmlər, asılılıq yaradan platformalar və digər təhlükələr uşaqların formalaşmaqda olan şəxsiyyətinə mənfi təsir göstərən əsas amillər sırasındadır. Bu baxımdan dövlətin müdaxiləsi ifadə azadlığının məhdudlaşdırılması yox, uşaqların fundamental hüquqlarının qorunmasına xidmət edən preventiv tədbir kimi qiymətləndirilməlidir.

Məlum olduğu kimi, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, 16 yaşına qədər olan uşaqların sosial şəbəkə platformalarında müstəqil hesab yaratmalarına icazə verilməyəcək. 16-18 yaş arası yeniyetmələr isə valideyn və ya qanuni nümayəndənin razılığı ilə platformalarda qeydiyyatdan keçə biləcəklər. Digər yenilik sosial şəbəkələrdə qeydiyyat zamanı istifadəçilərin yaşının yoxlanılması mexanizminin tətbiqidir. 

Beləliklə, məsələ sosial şəbəkələrin qadağan edilməsində deyil, uşaqların yaşına uyğun qoruyucu mexanizmlərin yaradılmasındadır. Bu yanaşma uşaq və yeniyetmələri rəqəmsal mühitdən tamamilə uzaqlaşdırmaq məqsədi daşımır. Məqsəd onların yetkinlik yaşına çatana qədər təhlükəsiz rəqəmsal davranış vərdişləri formalaşdırmasına imkan yaratmaq, daha sonra isə valideyn nəzarəti altında sosial media imkanlarından istifadə etmələrini təmin etməkdir.


Davam edən dövlət siyasəti beynəlxalq tendensiyalara cavab verir


Əslində, qəbul edilən dəyişikliklər yeni yanaşma sayılmamalıdır. Azərbaycan hələ 2018-ci ildə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunu qəbul etməklə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun qorunması istiqamətində mühüm addım atmışdı. Yeni dəyişikliklər isə həmin siyasətin rəqəmsal platformalar üzərində davam etdirilməsi kimi qiymətləndirilə bilər.

Cəmiyyət uzun illərdir uşaqların sağlamlığı və təhlükəsizliyi naminə müxtəlif yaş məhdudiyyətlərini normal qəbul edir. Azyaşlılara siqaret və alkoqol satılmır, onların soyuq silah əldə etməsinə, pornoqrafik məzmuna çıxışına qanunla məhdudiyyət qoyulub. Bu baxımdan sosial media platformalarında da yaş məhdudiyyətlərinin tətbiqi eyni hüquqi və sosial məntiqə əsaslanır.

Azərbaycanın bu yanaşması beynəlxalq tendensiyalara tam uyğun gəlir. Son illər dünyanın müxtəlif ölkələrində sosial media platformalarının uşaqlara təsiri ciddi narahatlıq doğurduğundan bu sahədə qanunvericilik təşəbbüsləri sürətlə artır. Avstraliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq müvafiq qanun qəbul edib. Fransa Avropada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti tətbiq edən ilk ölkədir. Norveç, Almaniya, Portuqaliya, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da oxşar qanunvericilik təşəbbüsləri üzərində işləyir və ya onları artıq qəbul edib. Həmçinin ABŞ-də federal səviyyədə və ayrı-ayrı ştatlarda müxtəlif yaş hədləri müəyyənləşdirilir. Böyük Britaniyanın "Online Safety Act" qanunu, İrlandiyanın "Online Safety Code" sistemi, Danimarka, İspaniya və digər Avropa ölkələrinin təşəbbüsləri göstərir ki, rəqəmsal təhlükəsizlik artıq qlobal gündəliyin əsas mövzularındandır. Azərbaycanın qonşuları olan Qazaxıstan və Özbəkistanda da oxşar qanunvericilik təşəbbüslərinin irəli sürülməsi regionda ümumi yanaşmanın formalaşdığını göstərir.


Dünya liderləri də eyni mövqedədir


Xarici ölkələrin liderlərinin bu mövzuda açıqlamaları da problemin miqyasını aydın nümayiş etdirir. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bəzi sosial media platformaları uşaqların zehnini zədələyir və internetdə alqoritmlərin manipulyativ gücü cəmiyyət üçün ciddi təhlükə yaradır. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə diqqəti fərqli məqama yönəldərək qeyd edib ki, əsas məsələ gənclərin sosial mediaya çıxışının olub-olmaması deyil, sosial medianın gənclərə nə dərəcədə təsir göstərməsidir. Norveçin Baş naziri Æonas Gar Störe vurğulayıb ki, uşaqlar oyun, dostluq və gündəlik həyatlarını alqoritmlərin deyil, real həyatın formalaşdırdığı mühitdə yaşamalıdırlar. İspaniyanın Baş naziri Pedro Sançez isə rəqəmsal məkanın hüquqi məsuliyyətdən kənarda qala bilməyəcəyini bildirərək belə ifadə işlədib: "Real dünyada qanuni olmayan şey virtual dünyada da qanuni ola bilməz".

Bu fikirlər göstərir ki, sosial media platformalarının fəaliyyəti artıq yalnız texnologiyadan da çox milli təhlükəsizlik, ictimai sağlamlıq və gələcək nəsillərin inkişafı məsələsi kimi qiymətləndirilir.


Gələcəyin təhlükəsiz rəqəmsal mühiti


Ölkəmizdə sözügedən qanunun dərhal deyil, 12 aydan sonra qüvvəyə minməsi də mühüm əhəmiyyət daşıyır. Bu müddət ərzində yaş yoxlanılmasının tətbiq ediləcəyi platformaların müəyyənləşdirilməsi, texniki həllərin hazırlanması, ictimai maarifləndirmə kampaniyalarının aparılması, valideynlər və müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulur. Bununla yeni tənzimləmə inzibati məhdudiyyətdən daha çox cəmiyyətin rəqəmsal transformasiyaya hazırlığını təmin edən kompleks yanaşma kimi çıxış edir.

Sosial şəbəkələr müasir həyatın ayrılmaz hissəsidir və onların yaratdığı imkanları inkar etmək mümkün deyil. Lakin bu imkanlardan təhlükəsiz istifadə olunması həm dövlətin, həm ailənin, həm də cəmiyyətin ortaq məsuliyyətidir.

Azərbaycanda qəbul edilən yeni qanunvericilik dəyişiklikləri məhz bu məsuliyyətin hüquqi ifadəsidir. Burada əsas məqsəd qadağa tətbiq etmək yox, uşaqların fiziki, psixoloji və mənəvi inkişafını qorumaq, onları rəqəmsal dünyanın risklərindən müdafiə etmək və gələcəkdə daha sağlam, məsuliyyətli rəqəmsal vətəndaşlar kimi formalaşdırmaqdır.

Rəqəmsal texnologiyaların inkişaf etdiyi XXI əsrdə uşaqların təhlükəsizliyi həm ailələrin, həm də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sosial şəbəkələrdən istifadənin qanunvericiliklə tənzimlənməsi də məhz bu strateji yanaşmanın mühüm elementidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!