04 İyul 2026 08:00
1232
SİYASƏT
A- A+
ALTERNATİVSİZ LİDER

ALTERNATİVSİZ LİDER


Tarixi Zəfərə, hərbi qüdrətə, iqtisadi gücə və sosial güvənliyə verilən qiymət


Hər bir dövlətin gücü və gələcək taleyi xalq-lider vəhdətinin sarsılmazlığı və bu qarşılıqlı inamın yaratdığı strateji üstünlüklərlə birbaşa bağlıdır. Müstəqil dövlət modelinin formalaşmasında xalq etimadı və siyasi liderlik bir-birini tamamlayan ən fundamental amillərdir. Xüsusən qlobal və regional təhlükəsizlik çağırışlarının artdığı beynəlxalq münasibətlər sistemində bu iki amilin harmoniyası dövlətin daxili sabitliyinin və xarici siyasət uğurlarının əsas təminatçısı rolunda çıxış edir. 

Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusu da Azərbaycan xalqının öz Prezidentinə olan yüksək etimadını və yürüdülən strateji kursa verdiyi tam dəstəyi elmi-sosioloji baxımdan bir daha təsdiqləyir. Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edib. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Azərbaycan Prezidentinə etimad etdiyini təsdiqləyib. Rəy sorğusunda iştirak edənlərin 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 81,9 faizi dövlətimizin başçısını alternativsiz siyasi lider kimi qəbul edir. Bu, Prezident İlham Əliyev tərəfindən yürüdülən strateji kursun xalq tərəfindən dəstəklənməsinin bariz sübutudur. Rəy sorğusunun nəticələri isə bu reallığın cəmiyyətdəki əks-sədasıdır.

Respondentlərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirməsinin, dövlətimizin başçısını alternativsiz siyasi lider kimi qəbul etməsinin arxasında çoxşaxəli, qətiyyətli və milli maraqlara əsaslanan dövlətçilik fəaliyyəti dayanır. Dövlətimizin başçısına göstərilən yüksək etimad illərdir formalaşdırılan güclü dövlətçilik strategiyasına, xalqın iradəsinə söykənən uğurlu daxili-xarici siyasətə, sabitlik və tarixi zəfərlərlə taclanmış milli qürura söykənir. 

Bu sarsılmaz etimadın mühüm təməllərindən biri Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasət yürütməsi və Azərbaycan xalqının maraqlarını uca tutmasıdır. Dövlətimizin başçısının daxili və xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətlilik və prinsipiallıq milli maraqlarımızın ən yüksək səviyyədə müdafiəsini təmin edir. Ölkəmizin müstəqil inkişaf xəttinin qorunması, beynəlxalq kürsülərdə Azərbaycanın haqlı mövqeyinin güzəştsiz şəkildə müdafiə edilməsi bu siyasətin əsas qayəsini təşkil edir. Böyük güclərin və siyasi dairələrin regionla bağlı qərəzli ssenarilərinə qarşı rəsmi Bakının nümayiş etdirdiyi qətiyyətli duruş və milli mənafelərinin layiqincə qorunması bu prinsipiallığın ən real nümunəsidir. 

Dövlətin atdığı hər bir addım məhz xalqın rifahına, təhlükəsizliyinə və dövlətin daha da qüdrətlənməsinə hesablanıb. Liderliyin gücü və legitimliyi onun xalqla olan münasibətlərinin xarakteri ilə ölçülür. Azərbaycan Prezidenti İlham Əliyev öz siyasi gücünü birbaşa xalqdan alır, xalqa güvənir və hər bir qərarında xalqın iradəsini ifadə edir. Dövlətimizin başçısının Azərbaycanın regionlarına səfərləri, vətəndaşlarla birbaşa ünsiyyətdə olması, onların problemlərini dinləməsi cəmiyyətdə güclü birlik və inam hissi yaradır. Xalq liderin bu münasibətində bütün arzu və istəklərinin icraçısını görür. 

Digər tərəfdən, Prezident İlham Əliyevin böyük şəxsiyyəti və qətiyyətli lider xüsusiyyətləri həm ölkə daxilində, həm də dünya miqyasında dövlətimizin başçısına çox böyük nüfuz qazandırıb. Müasir dünyada güclü, prinsipial, xarizmatik, sözü ilə əməli bir olan liderlərə ehtiyac olduqca çoxdur. Azərbaycan Prezidenti məhz bu cür liderdir. Dövlətimizin başçısının beynəlxalq platformalardakı rasional çıxışları, qlobal problemlərin həllinə yönəlmiş təşəbbüsləri dünya liderləri tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır. Ölkə vətəndaşı öz rəhbərinin qlobal arenadakı nüfuzunu, lider kimi ona göstərilən hörməti gördükcə qüruru artır, etimadı daha da möhkəmlənir. 

Azərbaycanın müasir dövrdə keçdiyi inkişaf yolu ölkəmizin hərtərəfli yüksəlişi, güclü iqtisadiyyata və qüdrətli orduya malik olması ilə səciyyələnir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Azərbaycan bu gün heç bir xarici maliyyə institutundan asılı deyil. Ölkəmizin enerji resurslarından səmərəli istifadə edilməsi, qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika mərkəzinə çevrilməsi iqtisadi dayanıqlığı təmin edib. Güclü iqtisadi təməl müasir silahlarla təchiz olunmuş, yüksək döyüş hazırlığına malik modern ordunun qurulmasına imkan verib. İnsanlar iqtisadi və hərbi qüdrətin real nəticələrini öz gündəlik həyatlarında və dövlətin ümumi təhlükəsizlik arxitekturasında aydın hiss edirlər.

Bu uğurların məntiqi nəticəsi olaraq, Azərbaycan Cənubi Qafqazın lideri, aparıcı ölkəsidir. Regionda Azərbaycanın iştirakı olmadan heç bir irimiqyaslı iqtisadi və  enerji layihəsi reallaşdırılmır. Bundan əlavə, ölkəmiz qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, tam müstəqil siyasət yürüdən bir dövlət statusu qazanıb. Qoşulmama Hərəkatına uğurlu sədrlik, regional və qlobal əhəmiyyətli forumların, sammitlərin Bakıda yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq nüfuzunu zirvəyə daşıyıb. Ölkəmiz beynəlxalq hüququn tərəfdarı kimi çıxış edərək ikili standartlara qarşı mübarizədə qlobal səviyyədə rəğbət qazanıb. 

Xalqın Prezident İlham Əliyevə etibar və etimadının ən müqəddəs məqamı 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəmiz, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsidir. 30 ilə yaxın davam edən işğala son qoyulması, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan bayrağının ucaldılması xalqımızın çoxəsrlik tarixində bənzəri olmayan bir Zəfərdir. Dövlətimizin başçısı İlham Əliyev torpaqlarımızı işğaldan azad edən Lider və Müzəffər Ali Baş Komandan kimi adını tarixə əbədi yazıb. Tarixi ədalətin öz yerini tapması milli qürurumuzu da bərpa edib, xalqı öz rəhbərinin ətrafında daha sıx birləşdirib. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bu qələbənin möhtəşəm davamıdır. 

Nəhayət, dünyada geosiyasi münaqişələrin, qanlı qarşıdurmaların və qeyri-sabitliyin artdığı, xaosun hökm sürdüyü bir dövrdə Azərbaycanda daxili sabitliyin və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması xalq üçün ən böyük nemətdir. Yaxın və uzaq regionlarda baş verən kataklizmlər fonunda Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür. Xalqımız bunu məhz dövlətimizin başçısının həyata keçirdiyi siyasətin nəticəsi kimi qəbul edir. 

Nəticə etibarilə ictimai rəy sorğusunda əks olunanlar ölkəmizdəki sabitliyə, tarixi zəfərə, iqtisadi qüdrətə və xalq-iqtidar birliyinə verilən obyektiv və real qiymətdir. Şübhəsiz, xalqın öz liderinə bəslədiyi sarsılmaz inam, sadəcə, keçmişin və bu günün dəyərləndirilməsi deyil, eyni zamanda Azərbaycanın sabahkı uğurlarının böyük təminatıdır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib YENİLƏNİB 2

20:01
13 İyul

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda

19:26
13 İyul

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır

19:21
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!