08 İyul 2026 08:10
163
CƏMİYYƏT
A- A+
Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələ

Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələ


Müasir dövrdə dövlətlərin beynəlxalq rəqabət qabiliyyəti təkcə təbii sərvətlər, coğrafi mövqe və iqtisadi potensialla deyil, həm də rəqəmsal texnologiyaların tətbiqi, innovasiya ekosisteminin inkişafı, süni intellekt imkanlarından səmərəli istifadə və kibertəhlükəsizlik sahəsində formalaşdırılan milli potensialla müəyyən olunur. Qlobal transformasiya prosesləri göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafı artıq seçim deyil, milli təhlükəsizliyin, dayanıqlı iqtisadi inkişafın və effektiv dövlət idarəçiliyinin əsas şərtlərindən biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji inkişaf kursu çərçivəsində rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son illərdə elektron hökumət xidmətlərinin genişləndirilməsi, innovasiya mühitinin formalaşdırılması, rəqəmsal infrastrukturun gücləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən ardıcıl islahatlar ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

2026-cı ildə qəbul edilən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" isə bu siyasətin institusional və hüquqi əsaslarını daha da möhkəmləndirərək rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində kompleks islahatların həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət idarəetməsində vahid koordinasiya mexanizminin formalaşdırılması, strateji qərarların çevik qəbul edilməsi və müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından mühüm institusional yenilikdir.

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası çərçivəsində rəqəmsallaşma artıq yalnız informasiya-kommunikasiya texnologiyalarının tətbiqi deyil, dövlət idarəçiliyinin səmərəliyinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və insan kapitalının inkişafını özündə birləşdirən kompleks dövlət siyasətinə çevrilib. Məhz bu strateji yanaşmanın davamı olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkəmizin rəqəmsal inkişaf gündəliyində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. İlk iclasın gündəliyinə daxil edilən məsələlər ("Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər) göstərir ki, dövlət rəqəmsal transformasiyanı vahid strateji idarəetmə modeli çərçivəsində həyata keçirir. 

Birinci vitse-prezident Mehriban Əliyevanın iclasda səsləndirdiyi fikirlər dövlət siyasətinin prioritetlərini aydın şəkildə göstərdi. Onun vurğuladığı kimi, 2026-2028-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsi şuranın əsas fəaliyyət istiqamətidir. Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafının vahid platformada əlaqələndirilməsi göstərir ki, Azərbaycan texnoloji inkişafı milli təhlükəsizlik, iqtisadi rəqabət qabiliyyəti və dövlət idarəçiliyinin modernləşdirilməsi ilə sıx əlaqələndirir. Xüsusən süni intellekt sahəsində qəbul ediləcək bütün qərarların milli maraqlar əsasında formalaşdırılmasının vacibliyinin vurğulanması Azərbaycanın rəqəmsal suverenlik konsepsiyasına verdiyi önəmi nümayiş etdirir.

İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təqdim etdiyi məlumatlar Fəaliyyət Planının artıq praktiki icra mərhələsinə keçdiyini göstərir. Dövlət qurumları üzrə yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin formalaşdırılması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna miqrasiyası, "mygov" platformasının genişləndirilməsi və süni intellekt həllərinin tətbiqi rəqəmsal dövlət modelinin institusional əsaslarını yaradır. Bu təşəbbüslər dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, məlumatların vahid standartlar əsasında idarə olunmasına, analitik qərar qəbuletmə imkanlarının genişlənməsinə və vətəndaş yönümlü idarəetmənin gücləndirilməsinə xidmət edir.

Şuranın iclasında diqqətçəkən əsas istiqamətlərdən biri də rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatlarının hazırlanması oldu. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun təqdim etdiyi yanaşma göstərir ki, rəqəmsal transformasiya yalnız texnoloji yeniliklərlə məhdudlaşmır, həm də müasir hüquqi bazanın formalaşdırılmasını tələb edir. İnnovasiya, süni intellekt, vençur kapitalı, rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik sahələrində beynəlxalq təcrübəyə uyğun hüquqi mexanizmlərin yaradılması Azərbaycanın qlobal texnologiya bazarına inteqrasiyasını sürətləndirəcək və ölkənin investisiya cəlbediciliyini daha da artıracaq.

İclasın digər mühüm istiqaməti təhsilin rəqəmsal transformasiyası oldu. Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim edilən məlumatlar göstərir ki, rəqəmsal inkişaf strategiyası yalnız texnoloji infrastruktura deyil, eyni zamanda insan kapitalının inkişafına söykənir. "Rəqəmsal məktəb", "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələrinin genişləndirilməsi gələcək əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına xidmət edir. Bu isə uzunmüddətli perspektivdə Azərbaycanın innovasiya iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biri hesab olunur.

Ümumilikdə Rəqəmsal İnkişaf Şurasının ilk iclasından çıxan nəticə bu oldu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş rəqəmsal inkişaf strategiyası artıq institusional və praktiki icra mərhələsinə daxil olub. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə şuranın fəaliyyətə başlaması müxtəlif dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, strateji layihələrin operativ icrası və vahid dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan hesabatlara görə, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" artıq konseptual sənəd olmaqdan çıxaraq praktiki icra mərhələsinə qədəm qoyub. Burada diqqətçəkən əsas məqam dövlət xidmətlərinin, sadəcə, elektronlaşdırılması deyil, onların vahid idarəetmə modeli əsasında inteqrasiyası və vətəndaş mərkəzli xidmət sisteminin formalaşdırılmasıdır.

Bu kontekstdə "mygov" və "mygov Biznes" platformalarının inkişafı strateji əhəmiyyət daşıyır. Uzun illər müxtəlif dövlət qurumlarının ayrıca informasiya sistemləri və mobil tətbiqlər vasitəsilə təqdim etdiyi xidmətlərin vahid platformada birləşdirilməsi həm dövlət idarəçiliyində koordinasiyanı gücləndirəcək, həm də vətəndaşlar və sahibkarlar üçün daha rahat, operativ və şəffaf xidmət mühiti yaradacaq. Bu yanaşma beynəlxalq praktikada "vahid rəqəmsal hökumət" (One Government Platform) modelinin tətbiqidir.

Şurada səsləndirilən məlumatlardan aydın oldu ki, artıq "e-Sosial", "e-Təbib", "e-Su" kimi mühüm dövlət xidmətləri "mygov" platformasına inteqrasiya olunub, digər xidmətlərin də mərhələli şəkildə bu ekosistemə daxil edilməsi nəzərdə tutulur. Bunun nəticəsində dövlət xidmətlərinə çıxış sadələşəcək, vətəndaşların müxtəlif platformalar arasında seçim etmək məcburiyyəti aradan qalxacaq və rəqəmsal xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq.

Fəaliyyət Planının diqqətçəkən istiqamətlərindən biri proaktiv dövlət xidmətləri modelinin genişləndirilməsidir. Bu model dövlət idarəçiliyində ən müasir yanaşmalardan biri hesab olunur. Əgər ənənəvi idarəetmə modelində vətəndaş xidmət almaq üçün dövlət qurumuna müraciət edirdisə, yeni modeldə dövlət mövcud məlumat bazaları və rəqəmsal texnologiyalar vasitəsilə vətəndaşın hüququ yarandığı anda xidməti avtomatik şəkildə təqdim edir.

Yaşa görə əmək pensiyasının avtomatik təyin edilməsi, doğum üzrə birdəfəlik müavinətin proaktiv qaydada ödənilməsi, şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlılıq müddəti ilə bağlı avtomatik bildirişlərin göndərilməsi, səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsal formada həyata keçirilməsi məhz bu yeni idarəetmə fəlsəfəsinin praktik nümunələridir.

Bu yanaşma bir tərəfdən vətəndaş məmnuniyyətini artırır, digər tərəfdən dövlət aparatının inzibati yükünü azaldır, bürokratik prosedurları minimuma endirir və korrupsiya risklərinin azalmasına xidmət edir. Məhz buna görə də proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəfi rəqəmsal transformasiyanın əsas göstəricilərindən biri hesab olunur.

Rəqəmsal İnkişaf Şurasının iclasında xüsusi diqqət yetirilən istiqamətlərdən biri də Milli Məlumat Hövzəsinin (Data Lake) yaradılması oldu. Müasir dövrdə məlumatlar strateji resurs hesab olunur və dövlətlərin rəqabət qabiliyyəti onların məlumatları necə idarə etməsindən birbaşa asılıdır.

Azərbaycanda müxtəlif dövlət qurumlarında toplanan məlumatların vahid platformada birləşdirilməsi dövlət idarəçiliyində analitik imkanları əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu sistem süni intellekt alqoritmlərinin tətbiqi ilə vətəndaşların ehtiyaclarını əvvəlcədən müəyyən etməyə, fərdiləşdirilmiş xidmətlər göstərməyə və dövlət qərarlarının daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə imkan verəcək. Əslində, Milli Məlumat Hövzəsi gələcəkdə rəqəmsal hökumətin intellektual əsasını təşkil edəcək və süni intellekt həllərinin geniş tətbiqinə texnoloji baza yaradacaq.

Şurada təqdim olunan məlumatlar göstərir ki, innovasiya sahəsində hazırlanmış qanunvericilik paketi Azərbaycanın texnoloji inkişaf tarixində ən genişmiqyaslı hüquqi islahatlardan biridir. Onlarca qanunvericilik aktına dəyişiklikləri nəzərdə tutan bu paket innovasiya ekosisteminin bütün əsas elementlərini - vençur maliyyələşdirilməsini, texnologiya transferini, startap fəaliyyətini, süni intellekti, rəqəmsal iqtisadiyyatı və frilanser fəaliyyətini əhatə edir.

Xüsusilə vençur kapitalı fondlarının hüquqi statusunun müəyyənləşdirilməsi, SAFE və Convertible Note kimi beynəlxalq investisiya alətlərinin tətbiqi, ESOP mexanizminin qanuniləşdirilməsi, "Digital Nomad" vizasının tətbiqi və uzunmüddətli vergi güzəştlərinin nəzərdə tutulması Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsi istiqamətində atılan sistemli addımlardır.

Rəqəmsal İnkişaf Şurasının ilk iclası bir daha nümayiş etdirdi ki, Azərbaycanda rəqəmsal transformasiya artıq ayrı-ayrı layihələr səviyyəsindən çıxaraq dövlət idarəçiliyinin strateji istiqamətinə çevrilib. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna uyğun olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən şura müxtəlif dövlət qurumlarının fəaliyyətini vahid məqsəd ətrafında əlaqələndirən ali koordinasiya platforması funksiyasını yerinə yetirir. Bütün bunlardan çıxış edərək demək olar ki, qarşıdakı illərdə rəqəmsallaşma, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və insan kapitalının inkişafı üzrə həyata keçiriləcək islahatlar Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin milli rəqəmsal suverenliyini gücləndirəcək və onu Cənubi Qafqazın aparıcı texnologiya və innovasiya mərkəzinə çevirmək məqsədinə xidmət edəcək.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

09:30
08 İyul

Uşaqların zərərli təsirlərdən qorunması dövlətin sosial siyasətinin tərkib hissəsidir

09:20
08 İyul

Data suverenliyi rəqəmsal inkişafın əsas komponentidir

09:10
08 İyul

Rəqəmsal inkişaf strategiyasının hüquqi bazası formalaşdırılır

09:00
08 İyul

Ermənistanın konstitusiya imtahanı

08:50
08 İyul

Qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq 

08:40
08 İyul

Yeni siyasi dinamika Azərbaycan-ABŞ əlaqələrini gücləndirir

08:30
08 İyul

Siyasi iradədən strateji tərəfdaşlığa

08:20
08 İyul

Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələ

08:10
08 İyul

Azərbaycan diplomatiyasının konturları

08:00
08 İyul

"Metrik Konvensiya"ya qoşulmaq haqqında

01:01
08 İyul

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında

01:00
08 İyul

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
08 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:58
08 İyul

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında

00:57
08 İyul

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə 

00:56
08 İyul

“GORAN PAMBIQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SƏHMDARLARININ NƏZƏRİNƏ

00:55
08 İyul

DÇ-2026: Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırıb

22:30
07 İyul

Haaqada Azərbaycan və Niderland parlamentləri arasında geniş fikir mübadiləsi aparılıb

22:26
07 İyul

Kraudfandinq fəaliyyətinin hüquqi əsasları yaradılır

21:28
07 İyul

Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

20:37
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!