Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub
Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətinin Kamişevaxa kəndinə iki dəfə hava zərbəsi endirərək humanitar yardımın paylandığı məntəqələri hədəfə alıb. Hücumlar nəticəsində kəndin 24 sakini həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Rusiyanın Zaporojye vilayətinin bir kəndindəki təhsil müəssisəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24-ə çatıb. Onlardan ikisi xilasedici, dördü isə polis əməkdaşıdır. Daha beş nəfər yaralanıb, o cümlədən iki xilasedici”, – deyə məlumatda bildirilir.

Hazırda təcili yardım və xilasetmə əməliyyatları davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə “Telegram” səhifəsində növbəti hücum zamanı doqquz aviabombanın atıldığını bildirib. O, hücumu “son dərəcə dəhşətli” adlandırıb.

“Bu səhər kəndə artıq bir neçə aviabomba atılıb və humanitar ehtiyaclar üçün istifadə olunan məktəbə zərbə endirilib. Həmin məktəbdə humanitar yardım paylanırdı. İlk hava hücumundan sonra daha doqquz bomba, xüsusilə də insanların olduğu sığınacaq vurulub”, – deyə Prezident bildirib.

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb
Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra “Atırau–Samara” magistral neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.

AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hücum noyabrın 2-nə keçən gecə baş verib. Bununla əlaqədar neftin nəqli dayandırılıb. Hazırda müvafiq xidmətlər infrastrukturun texniki vəziyyətini qiymətləndirirlər.

“Neftin bu istiqamət üzrə qəbulunun yaxın vaxtlarda bərpası gözlənilir”, – deyə nazirliyin məlumatında bildirilir.

Nazirlik vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumat veriləcəyini qeyd edib.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycanın Zəfər tarixi bir xalqın öz taleyinə sahib çıxmasının, milli iradəsinin, birliyinin və sarsılmaz dövlətçilik əzminin tarixidir: “Bu tarix illərlə qəlbimizdə yaşatdığımız bir arzunun, Vətən torpaqlarına qayıdışın, ədalətin bərpasının və milli qürurumuzun təntənəsidir. Bu möhtəşəm Zəfər millətimizin yaddaşına yalnız hərbi Qələbə kimi deyil, həm də tarixi ədalətin və milli ləyaqətin bərpası, dövlətimizin qüdrətinin, əsrlər boyu öz milli kimliyini qoruyub saxlayan xalqımızın sarsılmaz iradəsinin təcəssümü və yenilməz ruhunun təntənəsi kimi əbədi həkk olunub. Lakin biz bu gün Zəfərdən danışarkən onun ən ağır bədəlini də unutmamalıyıq. Hər bir Zəfərin arxasında bir qəhrəmanlıq, hər bir qəhrəmanlığın arxasında isə bir insan taleyi dayanır. Şəhidlərimizin qəhrəmanlığı yalnız döyüş meydanında göstərdikləri igidliklə ölçülmür. Onların hər biri gələcək nəsillərə Vətənə sədaqət, torpağa bağlılıq və milli ləyaqət nümunəsidir”.

YAP Sədrinin müavini vurğulayıb ki, azad olunmuş torpaqlarımızda ucalan üçrəngli bayrağımız şəhid və qazilərimizin fədakarlığının rəmzidir, xalqımız və dövlətimiz onların xatirəsini daim uca tutur. O bildirib ki, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli qayğı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu həssas təbəqəyə humanizm və mərhəmətə əsaslanan dəstəyi isə cəmiyyətdə mənəvi həmrəyliyi möhkəmləndirir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın Şuşanın azadlıq müjdəsini məhz Şəhidlər xiyabanından xalqa çatdırması Vətən fədailərinin ruhuna göstərilən ən ali ehtiram nümunəsidir.

Tahir Budaqov bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyevin müdrik dövlətçilik strategiyası, ordu quruculuğu və sarsılmaz milli birliklə qoyulan möhtəşəm Zəfər illərlə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir. O vurğulayıb ki, Ulu Öndərin siyasi xəttinə və ata vəsiyyətinə sadiq qalan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi bərpa olunaraq Heydər Əliyev ideyalarının təntənəsi təmin edilib.

Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq, hazırda əsas vəzifə Zəfərin yeni mərhələsi sayılan Böyük Qayıdış prosesini, Qarabağ və Şərqi Zəngəzurun bərpasını uğurla həyata keçirməkdir. O vurğulayıb ki, tarixi qələbənin əsasını təşkil edən milli həmrəylik və sarsılmaz birlik bundan sonra da dövlətimizin inkişafının, sülhün və dayanıqlı sabitliyin başlıca təminatçısı olaraq qalacaq. YAP Sədrinin müavini ərazi bütövlüyü və tam suverenliyin bərpası ilə yaranmış yeni reallıqlar fonunda dövlət müstəqilliyinin gücləndirilməsi və davamlı tərəqqinin təmin olunmasında partiyanın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev çıxışında bildirib ki, Zəfər tariximizin hər bir səhifəsi düşünülmüş siyasətin, hərbi peşəkarlığın, qətiyyətli qərarların və xalq-ordu birliyinin təntənəsidir. Onun sözlərinə görə, Azərbaycan tarixi Zəfəri ilə işğala son qoymaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı: “Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli iradənin və tarixi ədalətin təntənəsi kimi unudulmazdır. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VIII Qurultayında “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, 8 Noyabr bizim əbədi bayramımız olacaq” fikrini səsləndirməklə tarixi Qələbəmizin əhəmiyyətini bir daha vurğuladı. Prezident İlham Əliyev qürurla bildirdi ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu gün “Qarabağ Azərbaycandır!” həqiqətini qəbul etmək məcburiyyətindədirlər. Şanlı Qələbəmiz Azərbaycan xalqının Vətənə və torpağa sonsuz məhəbbətinin, birliyinin təcəssümüdür. Bu birlik bir daha göstərdi ki, Vətən sevgisi yalnız hiss deyil, zərurət yarandıqda fədakarlığa çevrilən mənəvi gücdür”.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, 8 Noyabr sadəcə hərbi Qələbənin ildönümü deyil. Bu tarix Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ədalət arzusunun gerçəkləşdiyi, milli ləyaqətimizin bərpa olunduğu, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür. “Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində xüsusi vurğulayıb ki, 8 Noyabr bizim əbədi bayramımız olacaq. Bu fikir Zəfər Gününün yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də milli yaddaşında əbədi yaşayacağını ifadə edir”, - deyə o bildirib.

Sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi İlham Əliyev qeyd edib ki, güclü və qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürurdur: “Amma hamımız yaxşı bilirik ki, bu günlərə asan gəlib çatmamışıq. Bu qürurun arxasında böyük mübarizə, xalqımızın iradəsi, şəhidlərimizin qanı dayanır. Mən Vətən müharibəsi qazisi, Şuşanın azadlığı uğrunda döyüşmüş bir əsgər kimi bu Qələbənin necə böyük fədakarlıqlar hesabına qazanıldığını yaxşı bilirəm. Ona görə də Zəfər Günü yalnız bayram deyil, həm də böyük məsuliyyət və minnətdarlıq günüdür”.

Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 34 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nəcibə Axundova isə çıxışında qeyd edib ki, Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 2-də Şərur rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Sədərək və Kəngərli rayonlarından vətəndaşlar məscid təmiri, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
Noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq etmiş veteran əməkdaşlar - Məmmədov Çingiz Yavər oğlunun 75, Seyidov Əziz Cəfər oğlunun isə 70 illik yubileyləri münasibətilə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror çıxışında veteranları əlamətdar yubileyləri münasibətilə təbrik edərək onların uzunillik və səmərəli xidmətlərinin prokurorluq orqanlarının formalaşması və inkişafında, qanunçuluğun möhkəmləndirilməsində, dövlət və cəmiyyət qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb. O, prokurorluq əməkdaşlarının peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirmələrinin gənc əməkdaşlar üçün də mühüm örnək olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Sonra Baş prokuror tərəfindən yubilyarlara “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.

Veteran prokurorluq işçiləri çıxışlarında uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyin onlar üçün böyük şərəf və qürur mənbəyi olduğunu bildiriblər. Onlar prokurorluq sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatları, istintaq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımları, ağır və mürəkkəb cinayət işlərinin araşdırılmasında əldə olunan müsbət nəticələri, habelə Azərbaycan Prokurorluğunun beynəlxalq nüfuzunun yüksəldilməsi və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində görülən işləri məmnunluqla qeyd ediblər. Veteranlar, həmçinin qurumun rəhbərliyi tərəfindən keçmiş əməkdaşlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yubiley medalları ilə təltif olunmalarına görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə, həmçinin Baş prokurorun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Nazim Rəcəbov, eləcə də digər iştirakçılar çıxış edərək yubilyarları təbrik edib.

Görüşdə iştirakçılar prokurorluq orqanlarında xidmət dövrünə dair xatirələrini bölüşüb, fikir mübadiləsi aparıb.

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tərəflər birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq barədə fikir mübadiləsi aparıblar.

“CSCEC International” bina və infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkətdir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. Bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir.

Hərbi Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, buna baxmayaraq çağırış yaşındakı bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bu ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.

Hərbi Prokurorluq vətəndaşların nəzərinə çatdırır ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur, Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur.

Şəhid övladları Milli Məclisdə olublar
Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Şahin İsmayılov ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailələrinə, eləcə də müharibə iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, bu siyasətə uyğun olaraq Milli Məclis də şəhid ailələrinin və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin həllinə dəstək göstərilməsinə xüsusi önəm verir. Şanlı Zəfərin Azərbaycanın dövlətçilik tarixində və milli yaddaşında müstəsna yerindən söz açan Şahin İsmayılov bu tarixi Qələbənin qazanılmasında şəhidlərin misilsiz qəhrəmanlığını və fədakarlığını xüsusi qeyd edib.

Görüşdə komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Vüqar İskəndərov, Asif Əsgərov, Eyvaz Qurbanov, Anar Məmmədov və Ülvi Quliyev çıxış ediblər. Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin qəhrəmanlığının və fədakarlığının heç zaman unudulmayacağı vurğulanıb. Bildirilib ki, onların Vətənə sədaqəti, cəsarəti və mübarizə əzmi gənc nəsil üçün əsl örnəkdir.

Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və şəhid övladı olan tələbələr Aybəniz Əzizova, Zəhra Ağazadə, Zəhra Xəlilzadə, Nuray Mahirzadə, Gülay Qasımova, Ramaldan Ramaldanov, Fuad Tağızadə, Nihad Sadıqov və Sevinc Əhmədova çıxış ediblər. Tələbələr şəhid ailələrinə, övladlarına göstərilən yüksək diqqət və qayğıya, onların təhsil və inkişaf imkanlarının dəstəklənməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhid olmuş ataları ilə bağlı xatirələrini bölüşüblər.

Söhbətdə deputatlar şəhid övladlarının təhsili, tələbəlik qayğıları ilə maraqlanıblar, onlara gələcək planları ilə bağlı tövsiyələrini bildiriblər. Həmçinin onlara təhsildə qazandıqları nailiyyətlərə görə sertifikatlar təqdim ediblər.

Tələbələr daha sonra parlamentin inzibati binası ilə tanış olublar. Heydər Əliyev Abidəsi və Xatirə zalını ziyarət zamanı qonaqlara Ümummilli Liderin gələcək nəsillər üçün örnək olan həyat yolu, siyasi və dövlətçilik fəaliyyəti haqqında məlumat verilib. Milli Məclisin foyesində yaradılmış Zəfər guşəsi ilə tanış olan tələbələrə bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Parlamentin plenar iclas zalında tələbələrə Milli Məclisin fəaliyyəti barədə məlumat verilib.

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç halda ümumi çəkisi 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuro ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli biznes və logistika potensialından yararlanmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın regionlararası nəqliyyat-logistika bağlantılarının gücləndirilməsində artan rolu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması və dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsinin bərpa prosesinə, mülki əhalinin təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər
Qlobal temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsidən çox artması kriosferdə – buzlaqlarda, qütb buz örtüklərində, çoxillik buzlaq ərazilərdə və dəniz buzlaqlarında geridönməz dəyişikliklərə səbəb ola bilər. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanmış yeni hesabatda alimlər bu barədə xəbərdarlıq edirlər.

AZƏRTAC BMT-yə istinadla xəbər verir ki, Kriosfer İqlimi üzrə Beynəlxalq Təşəbbüsün (ICCI) 80 mütəxəssisinin UNEP ilə birgə hazırladığı tədqiqatda vurğulanır ki, Paris Sazişində müəyyən edilmiş temperatur həddinin hətta müvəqqəti aşılması belə Yer kürəsinin iqlim sistemində uzunmüddətli fəsadlara yol aça bilər.

Alimlərin hesablamalarına görə, hazırkı iqlim siyasəti dəyişməz qalarsa, qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Belə bir ssenari Yer səthinə yaxın yerləşən çoxillik buzlaq ərazilərin, demək olar ki, tamamilə itirilməsinə, onların əriməsinin sürətlənməsinə və dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Qrenlandiya və Antarktida buz örtüklərinin vəziyyəti xüsusi narahatlıq doğurur. Hazırda bu ərazilərdə buz itkisi 1990-cı illərlə müqayisədə təxminən altı dəfə sürətlə gedir. Temperaturun yenidən 1,5 dərəcə səviyyəsinə enməsi belə bu prosesi tam dayandıra bilməyəcək.

Hesabata əsasən, qlobal temperaturun 2,8 dərəcə artması nəticəsində Alp dağlarında, İslandiyada və Skandinaviyada mövcud buzlaq kütləsinin 10 faizindən də az hissəsi qala bilər. İstiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması fonunda isə bu göstərici 20-35 faiz təşkil edəcək.

Hindukuş-Himalay dağlıq bölgəsində daha çox ciddi fəsadların yaranacağı gözlənilir. Bu bölgənin buzlaqları planet əhalisinin təxminən dörddəbirini su ilə təmin edir. Hazırkı iqlim siyasəti davam edərsə, burada buz kütləsinin yalnız 41 faizi qorunub qala bilər. Qlobal temperaturun 1,5 dərəcə artım ilə məhdudlaşacağı ssenaridə isə bu göstərici təxminən 83 faiz olacaq.

Hesabatın aparıcı müəllifi, Kriosfer İqlimi üzrə Beynəlxalq Təşəbbüsün qlasioloqu Ceyms Kirkhem qeyd edir ki, qar və buz temperaturun cüzi artımına belə həssasdır. Lakin ciddi dəyişikliklərə məruz qalmış bu sistemlərin bərpası əsrlər, hətta minilliklər çəkə bilər.

Alimlər 1,5 dərəcəlik həddin aşılacağı dövrü mümkün qədər qısaltmağın, istixana qazı emissiyalarının azaldılmasını sürətləndirməyin və atmosferdən karbon qazının təmizlənməsini təmin etməyin vacibliyini vurğulayırlar. Uzunmüddətli perspektivdə isə 2150-ci ilədək qlobal istiləşmənin 1 dərəcədən aşağı səviyyəyə qaytarılması təklif olunur.

Məruzənin müəllifləri xəbərdarlıq edirlər ki, kriosferin itirilməsi təkcə qütb və dağlıq bölgələrlə məhdudlaşmayacaq, su təhlükəsizliyinə, ekosistemlərə və yüz milyonlarla insanın həyatına təsir göstərəcək.

Azərbaycanda ayaqqabı istehsalında sıçrayış
Azərbaycanın yüngül sənaye sektorunda diqqətçəkən istehsal artımı qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 58,3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır ayaqqabı ehtiyatı mövcud olub. Bu göstərici istehsal həcminin artması ilə yanaşı, hazır məhsul ehtiyatlarının da formalaşdığını göstərir.

Maraqlıdır ki, ötən il yerli ayaqqabı istehsalında artım deyil, azalma qeydə alınmışdı. Belə ki, 2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 0,7 faiz azdır. Bu baxımdan cari ilin ilk doqquz ayında qeydə alınan artım istehsal dinamikasında müsbət dəyişiklik kimi diqqət çəkir.

Bununla belə, istehsal həcminin yüksəlməsi yerli ayaqqabı sənayesinin bazardakı mövqeyinin avtomatik olaraq güclənməsi demək deyil. Bu artımın davamlı olması üçün məhsulların keyfiyyəti, maya dəyəri, qiymət rəqabətliliyi və istehlakçı tələbatına uyğunluğu da mühüm rol oynayır.

Yerli istehsalın genişlənməsi idxaldan asılılığın azaldılması, yeni istehsal imkanlarının yaradılması və yüngül sənayenin inkişafı baxımından əlavə perspektivlər aça bilər. Əsas məsələ isə istehsal artımının satışa, bazar payına və rəqabət qabiliyyətinə necə çevriləcəyidir.

“Azərbaycan”

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib
Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri Şotlandiya sahillərində NATO-nun hərbi təlimlərini izləyən Rusiyaya məxsus kəşfiyyat gəmisinin fəaliyyətini nəzarətdə saxlayıb.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Rusiyanın “Viktor Leonov” adlı kəşfiyyat gəmisi Şotlandiyanın Outer Hebrid adaları yaxınlığında müşahidə edilib. Gəminin hərəkətini izləmək üçün Britaniya Hərbi Dəniz Qüvvələrinin “Merlin” helikopterləri səfərbər olunub.

Britaniya Hərbi Dəniz Qüvvələrinin noyabrın 2-də yaydığı məlumata əsasən, “Vişnya” sinfinə aid kəşfiyyat gəmisi sentyabrın 29-dan oktyabrın 8-dək bölgədə fəaliyyət göstərib. Bu müddət ərzində gəmi NATO-nun “Strike Warrior” hərbi təlimlərində iştirak edən döyüş gəmilərini yaxından izləyib.

Qeyd edək ki, sözügedən təlimlərə NATO-ya üzv altı ölkədən ümumilikdə 2 min hərbçi cəlb olunub.

Əməliyyat çərçivəsində “Merlin” helikopterləri İngiltərənin Kornuoll bölgəsində yerləşən Kral Hərbi Dəniz Aviasiyasının “Culdrose” bazasından Qlazqo Prestvik hava limanına göndərilib.

“Culdrose” bazasının komandiri, kapitan Ceyms Holl bildirib ki, həyata keçirilən əməliyyat Böyük Britaniyanın təcili əməliyyat tələblərinə cavab verməyə hazır olduğunu bir daha nümayiş etdirib. Onun sözlərinə görə, əməliyyat ölkənin təhlükəsizliyini sutkanın 24 saatı təmin etmək imkanlarını göstərmək baxımından mühüm əhəmiyyət daşıyıb.

Britaniya Hərbi Dəniz Qüvvələri son dövrlərdə Rusiyanın Britaniya sularında və ətraf ərazilərdə hərbi gəmilər, mülki və balıqçı gəmiləri vasitəsilə fəaliyyətini intensivləşdirdiyini bildirib.

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda ilk olaraq Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilib.

Müzakirə zamanı qeyd olunub ki, rəy dövlət büdcəsi haqqında Qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir. Kollegiya iclasında rəydə təqdim olunan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Yekunda rəyin təsdiq olunaraq Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclasda Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə olunub.

Həmin rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb. Yekunda rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.

Sənəddə gips, yük maşınlarında isə tütün
Azərbaycan-Gürcüstan sərhədində aparılan yoxlama zamanı yük sənədlərində göstərilən məlumatlarla nəqliyyat vasitələrində faktiki daşınan malların uyğun gəlmədiyi aşkarlanıb. Belə ki, Gürcüstan istiqamətində hərəkət edən iki yük avtomobilində bəyan edilməyən müxtəlif məhsullar və böyük həcmdə dizel yanacağı aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb. Azərbaycandan Gürcüstana gedən “MAN” markalı iki yük avtomobili sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.

Yoxlama zamanı maraqlı mənzərə ortaya çıxıb: yük sənədlərində avtomobillərdə gips daşındığı göstərilsə də, nəqliyyat vasitələrindən 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkarlanıb.

Aşkar edilən malların qanunsuz keçirilməsi cəhdinin qarşısının alındığı bildirilir. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Azərbaycan”

Macarıstanda 700-dən çox qədim Roma sikkəsi tapılıb
Macarıstanın cənub-qərbində, Drava çayı yaxınlığındakı üç ərazidə arxeoloqlar 700-dən çox qədim Roma sikkəsi aşkar ediblər. Tapıntılar Rippl-Ronai Muzeyinin mütəxəssisləri tərəfindən üzə çıxarılıb.

Sikkələrin əksəriyyəti imperator Konstantinin hakimiyyəti dövrünə (307–337-ci illər) aiddir. Bundan başqa, Antonin Piy (138–161), Sever Aleksandr (222–235), Aurelian (270–275) və Probun (276–282) hakimiyyəti dövrlərində zərb edilmiş gümüş sikkələr də tapılıb. Tapıntılar arasında imperator II Klavdinin (268–270) ölümünü və ilahiləşdirilməsini qeyd etmək üçün hazırlandığı ehtimal edilən xüsusi xatirə sikkəsi də var.

Arxeoloqlar ərazidə sikkələrlə yanaşı, saxsı qablar, geyim bəzəkləri və tərəzi hissələri də aşkar ediblər. Bu tapıntılar bölgənin Roma dövründəki həyatına dair yeni məlumatlar əldə etməyə imkan verir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

173 dərəcəyədək temperatura davam gətirən plastik hazırlanıb
Alimlər yüksək temperatura daha davamlı yeni plastik material hazırlayıblar. Yeni materialın istiliyə davamlılığı ənənəvi plastiklərlə müqayisədə 16 faiz artırılaraq 173 dərəcəyə çatdırılıb.

Tədqiqatçılar polivinilxloridin (PVC) qızdırılarkən necə parçalandığını öyrənmək üçün riyazi model hazırlayıblar. Məlum olub ki, adi plastik yüksək temperaturda tərkibindəki plastifikatoru itirir, ətraf mühitə mikrozərrəciklər buraxır və kövrəkləşir.

Problemi həll etmək üçün alimlər plastikin tərkibindəki plastifikatorun formulunu dəyişiblər. Ən yaxşı nəticə ənənəvi dioktilftalat və difenoksietiladipinatın 5:3 nisbətində qarışdırılması ilə əldə olunub.

Alimlərin fikrincə, yeni materialdan tibbi avadanlıqların, qablaşdırma məhsullarının, oyuncaqların və digər məişət əşyalarının hazırlanmasında istifadə etmək mümkündür. Yenilik məhsulların davamlılığını və istiyə qarşı müqavimətini artırmağa imkan verə bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Xəyal qura bilməyənlərin yuxu sirri
“Scientific Reports” jurnalında dərc edilən yeni tədqiqat zamanı oyaq ikən zehində heç bir vizual görüntü canlandıra bilməyən (afantaziya) insanların yuxu dünyası araşdırılıb. Məlum olub ki, bu vəziyyətdən əziyyət çəkən insanların yuxu görmə təcrübələri insanlardan asılı olaraq fərqlənir.

Araşdırma zamanı afantaziyası olan iştirakçıların 46 faizi yuxularında hər zaman təsvir gördüklərini, təxminən 8 faizi isə heç vaxt vizual obrazla qarşılaşmadığını bildirib. Bununla yanaşı, yuxularında mütəmadi olaraq səs və söhbətlər eşidən şəxslərin gündəlik həyatda da zehnində səs xəyalları qurmağa və daxili danışıqlara daha çox meyilli olduğu müəyyən edilib. Alimlər oyaq ikən əlçatmaz olan bu görüntülərin yuxuda necə yaranmasının hələlik tam aydın olmadığını, prosesin beynin müvafiq bölgələrinin qarşılıqlı əlaqəsi ilə bağlı ola biləcəyini qeyd edirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Yəməndə münaqişə səbəbindən 300 mindən çox insan evini tərk edib
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Yəməndə artan toqquşmalarla bağlı yeni məlumat açıqlayıb. Təşkilatın bildirdiyinə görə, ölkədə şiddətlənən döyüşlər səbəbindən 300 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Bu insanların demək olar ki, hamısı son 2 ay ərzində yerindən olub.

Məcburi köçkün düşmüş ailələr sığınacaq tapmaqda və gündəlik əsas ehtiyaclarını qarşılamaqda böyük çətinlik çəkirlər və bu səbəbdən bölgədə humanitar böhran daha da dərinləşir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

BMT Qərbi Səhra sülh missiyasının fəaliyyətinə son qoydu
BMT-nin Baş katibi Antonio Quterreş Qərbi Səhradakı sülhməramlı (MINURSO) missiyanın fəaliyyətinin başa çatdığını bildirib. Buna baxmayaraq, BMT bölgədə sülhün bərqərar olunması və xalqın öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi üçün dəstəyini davam etdirəcək.

1991-ci ildən bəri fəaliyyət göstərən MINURSO missiyasının səlahiyyət müddəti şənbə günü gecəyarısı başa çatıb, çünki BMT Təhlükəsizlik Şurası missiyanın uzadılması ilə bağlı razılığa gələ bilməyib. Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihələrindən biri veto olunub, digər alternativ mətn isə lazımi qədər səs toplaya bilməyib.

Missiyanın fəaliyyəti dayandırılsa da, BMT Baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura vasitəsilə sülh danışıqları davam etdiriləcək. Artıq bazar günündən etibarən missiyanın ləğvi və texniki avadanlıqların bölgədən çıxarılması mərhələsinə başlanılıb və Baş katib A.Quterreş bütün tərəfləri təmkinli olmağa, gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

İnsanın orta bədən temperaturu niyə düşür?
150 il əvvəl insan bədəninin orta temperaturu indiki ilə müqayisədə daha yüksək olub. Alimlər bunun dəqiq səbəbini hələ də araşdırırlar.

1860-cı illərdə alman həkimi Karl Vunderlix mühüm bir sualla qarşılaşdı: qızdırma ayrıca bir xəstəlikdir, yoxsa mövcud olan başqa bir xəstəliyin əlamətidir?

Termometrlərin geniş şəkildə istifadə olunmadığı bir dövrdə Vunderlix iddialı bir missiyaya girişdi. O, 15 il ərzində hər yaşda və hər iki cinsdən olan 25000 xəstənin qoltuqaltı temperaturunu ölçdü və nəticədə bir milyondan çox göstərici topladı.

Vunderlix bu geniş məlumat toplusuna əsasən, sağlam yetkinlər üçün 37°C dəyərində orta göstərici müəyyən etdi. Bu, normal bədən temperaturunun izlənilməsi üçün istinad nöqtəsinə çevrildi. O yazırdı ki, temperatur 38°C-dən yuxarı qalxarsa, bu, qızdırmanın əlaməti hesab olunurdu.

Stenford Universitetində yoluxucu xəstəliklər üzrə həkim olan Culi Parsonnet bildirir ki, bədən temperaturunun dəyişməsi ilə bağlı bu gün doğru olduğunu bildiyimiz bir çox məqamı Vunderlix müəyyən edib.

Vunderlix tibbi direktoru olduğu Leypsiq xəstəxanasında əsasən fəhlə sinfindən olan xəstələr üzərində apardığı müşahidələrə və topladığı məlumatlara əsasən, normal bədən temperaturunun dəyişkən olduğunu aşkar etdi. O, qadınlarda bədən temperaturunun kişilərə nisbətən daha yüksək olduğunu, yaş artdıqca temperaturun aşağı düşdüyünü, günün müxtəlif vaxtlarında isə artdığını müşahidə müəyyənləşdirdi.

Bununla belə, müasir dövrdə orta statistik insanın bədən istiliyinin 150 il əvvəlki insanlarla müqayisədə daha aşağı olduğu müəyyən edilib. On il əvvəl Parsonnetin rəhbərlik etdiyi komanda ABŞ-də 1862-2017-ci illər arasında təxminən 190000 nəfərdən toplanmış çoxsaylı temperatur ölçmələrini özündə birləşdirən üç böyük məlumat toplusunu təhlil edib. O bildirir, böyüklər üçün yeni normal göstərici 36,39°C səviyyəsinə daha yaxındır. Bu azalma tendensiyası yalnız inkişaf etmiş ölkələrdə yaşayan insanlarla məhdudlaşmır. İsveçrədəki Sürix Universitetindən bioloji antropoloq Adrian Yaeqqinin sözlərinə görə, Amazon meşələrində yaşayan yarı-köçəri yerli icma – Tsimane xalqının orta bədən temperaturu 2000-ci illərin əvvəllərində təxminən 37°C civarında idi. Lakin iyirmi illik sürətli sosial-iqtisadi dəyişikliklərdən sonra 2018-ci ildə onların orta bədən temperaturu 36,5°C-yə enib.

Bu gün müşahidə etdiyimiz daha aşağı orta göstəriciləri izah edə biləcək bir neçə səbəb mövcuddur. Məsələn, Parsonnet hesab edir ki, bu, əhalinin ümumilikdə daha sağlam olması ilə bağlıdır. Vunderlixin dövründə orta ömür müddəti 38 il idi. Bu gün isə bu rəqəm, demək olar ki, iki dəfə çoxdur.

Makkovyak isə hesab edir ki, orta bədən temperaturunun aşağı düşməsi tamamilə başqa bir səbəblə bağlı ola bilər. O Vunderlixin şüşə termometrlərindən birini araşdıran zaman onun müasir termometrlərlə müqayisədə təxminən 2°C daha yüksək kalibrləndiyini müşahidə edib. Bu, o deməkdir ki, həmin alətlərlə aparılan ölçmələr, əslində, olduğundan 2°C daha yüksək nəticə göstərirdi.

Makkovyak bildirir ki, o vaxtlar temperaturu ölçmək olduqca zəhmətli bir iş idi. Təxminən bir fut (təxminən 30 sm) uzunluğunda olan şüşəli civəli termometrlər əvvəlcə qaynar su və əriyən buz kimi sabit nöqtələr əsasında kalibrlənməli idi. Onun sözlərinə görə, xəstələr 15-20 dəqiqə ərzində tərpənmədən uzanmalı olurdular, çünki həmin termometrlərdə temperaturun qeydə alınması müəyyən vaxt aparırdı.

Bununla belə, Parsonnet Vunderlixin qiymətləndirməsinin yanlış kalibrləmə olduğunu hesab etmir. O və komandası 1862-1930-cu illər arasında veteranlarından toplanmış bədən istiliyi məlumatlarını təhlil edərkən, onların temperaturunun daha əvvəl doğulanların orta bədən istiliyindən daha yüksək olduğunu müəyyən ediblər.Parsonnetin komandası daha müasir məlumat toplusunu nəzərdən keçirib oxşar azalmanı müşahidə etdikdən sonra öz qənaətlərində daha da möhkəmləniblər. Bu məlumatlar 1971-2017-ci illər arasında eyni qaydada kalibrləndiyi ehtimal edilən termometrlərdən istifadə olunmaqla aparılmış temperatur ölçmələrini əhatə edirdi.

Qeyd olunub ki, bədən temperaturu həddindən artıq aşağı düşdükdə və ya kəskin şəkildə yüksəldikdə – böyüklər üçün bu, adətən 35°C-dən  aşağı və ya 40°C-dən yuxarı olması deməkdir – bu, orqanizmdə daha ciddi bir problemin ola biləcəyinə işarədir.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub
2026-cı ilin oktyabrında “YouTube” bir ay əvvəl lider mövqeyində olan “Facebook”u əhəmiyyətli dərəcədə üstələyərək Azərbaycanın aparıcı sosial media platformasına çevrilib. Bu tendensiya sosial mediadan onlayn resurslara gələn trafikin strukturunda əhəmiyyətli dəyişikliyi əks etdirir.

AZƏRTAC “StatCounter Global Stats” analitik platformasının oktyabr hesabatına istinadla xəbər verir ki, məlumata görə, “YouTube” platformasının ölkədəki ümumi sosial media trafikində payı 40,07 faizə çatıb. Bu, sentyabr ayı ilə müqayisədə 18,48 faiz bəndi artım deməkdir.

Digər tərəfdən, “Facebook” bu göstərici üzrə ay ərzində 9,66 faiz bəndi azalaraq 27,42 faizlik payla ikinci yerə düşüb.

“X” platforması (əvvəllər “Twitter” adlanırdı) sosial trafikin 10,19 faizini təşkil edərək üçüncü yeri qoruyub saxlayıb. Onun payı 0,87 faiz bəndi azalıb.

“Instagram” 7,34 faizlik payla dördüncü yeri tutub. Ay ərzində onun payı 5,05 faiz bəndi azalıb.

“Pinterest” və “LinkedIn” müvafiq olaraq 6,32 və 5,49 faizlə sonrakı yerlərdə qərarlaşıb. “Pinterest”in payı 1,54 faiz bəndi azalsa da, “LinkedIn” 0,24 faiz bəndi ilə cüzi artım nümayiş etdirib.

“YouTube” platformasının göstəriciləri xüsusilə diqqətəlayiqdir. Sentyabr ayında “Facebook” ilə “YouTube” arasındakı fərq birincinin xeyrinə təxminən 15,5 faiz bəndi olsa da, oktyabr ayına qədər videohostinq platforması nəinki fərqi azaldıb, həm də rəqibini 12,65 faiz bəndi geridə qoyub.

Beləliklə, cəmi bir ay ərzində “YouTube” Azərbaycanın aparıcı sosial platformaları arasında güc balansını dəyişdirib. Bu arada, “Instagram” və “Facebook”un göstəricilərinin azalması sosial trafikin strukturunda əhəmiyyətli dalğalanmaları göstərir. Lakin bu məlumatlar onların istifadəçilərinin sayının birbaşa azaldığı, “YouTube” auditoriyasının isə mütənasib olaraq artdığı anlamına gəlmir. “StatCounter” qeydiyyatdan keçmiş və ya aktiv istifadəçilərin sayını deyil, müxtəlif sosial platformalardan veb-saytlara girişlərin payını ölçür.

Platformanın metodologiyasına əsasən, statistika dünya miqyasında 1 milyondan çox veb-saytın səhifə baxışlarının təhlili əsasında tərtib edilir. Bu statistikaya sosial şəbəkələrdən həmin resurslara girişlər daxildir.

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 3-dən 26-dək Oğuzda, Ağstafada, Şabranda, Astarada, Ucarda və Xırdalanda, 3-6-da Xankəndidə, 3-13-də Neftçalada, 12-26-da Biləcəridə, 13-26-da Ağdamda, 17-26-da Hacıqabulda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Neftçalada fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Dəyişən əmək bazarı, yeni ixtisaslar
Əmək bazarında uğur qazanmaq üçün artıq yalnız diplom deyil, müasir tələblərə cavab verən bilik və praktiki bacarıqlar da mühüm əhəmiyyət daşıyır. Texnologiyaların inkişafı, biznes proseslərinin dəyişməsi və yeni ixtisaslara tələbatın artması peşə hazırlığını məşğulluğun təmin edilməsində vacib vasitələrdən birinə çevirir.

Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 567 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Onlardan 257 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, eləcə də Naxçıvan Peşə Hazırlığı Mərkəzində təlimlər təşkil olunub. Digər iştirakçılar isə özəl tədris müəssisələrində keçirilən kurslara cəlb ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, təlim proqramları əmək bazarında aktual olan müxtəlif ixtisasları əhatə edir. İştirakçılar data analitikası, proqram təminatının hazırlanması (developer), mühasibatlıq, turizm agentliyi, insan resurslarının idarə edilməsi və digər istiqamətlər üzrə bilik və bacarıqlar əldə edirlər.

İndi əmək bazarında rəqəmsal bacarıqlara, analitik düşüncəyə və peşəkar idarəetmə biliklərinə tələbat getdikcə artır. Bu baxımdan peşə hazırlığı proqramları işaxtaran şəxslərin yeni ixtisaslara yiyələnməsi, əmək bazarında rəqabət qabiliyyətini yüksəltməsi və məşğulluq imkanlarını genişləndirməsi üçün əhəmiyyətli imkan yaradır.

Digər tərəfdən, bu cür proqramlar işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsinə də xidmət edir. Nəticədə həm işaxtaranların əmək bazarına inteqrasiyası asanlaşır, həm də iqtisadiyyatın müxtəlif sahələri üçün tələb olunan insan kapitalının formalaşmasına dəstək verilir.

“Azərbaycan”

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir
Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı ölkədə yaşayan xalqlar arasında tarixi və mədəni əlaqələr baxımından başadüşülən və məqsədəuyğun olardı.

AZƏRTAC xəbər verir ki, bu fikri RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın təşkilata mümkün qoşulması ilə bağlı suala cavab olaraq ifadə edib.

Onun sözlərinə görə, Rusiya tərəfi hələ rəsmi dəvət almayıb. Lakin o, bu mövzunun Qazaxıstanla qarşıdakı təmaslar zamanı müzakirə olunacağını istisna etməyib.

Kremlin sözçüsü bildirib: “Yəqin ki, bu mövzu Astana ilə, Astanadan olan dostlarımızla təmaslarımızın gündəliyində olacaq”.

Peskov xatırladıb ki, Rusiyada yaşayan xalqlar tarixən türk dili və mədəniyyəti birliyinə mənsubdurlar.

“Əlbəttə, bu səbəbdən iştirakımız tamamilə başadüşülən, məqsədəuyğun və təbii olardı”, - deyə o qeyd edib.

Eyni zamanda, Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, müzakirə ayrı-ayrı Rusiya bölgələri deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı ilə bağlı olmalıdır.

Bundan əvvəl, oktyabrın 30-da Ankarada keçirilən TDT-nin Zirvə toplantısında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “TDT+” formatında iştirakını və ya ona müşahidəçi statusu verilməsini nəzərdən keçirməyi təklif etmişdi. O, Rusiyanın əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını və təşkilatın fəaliyyətində iştirakının qrupdakı bütün dövlətlərə fayda verə biləcəyini bildirmişdi.

Çin Afrikaya yüksək texnologiyalı silah tədarükünü genişləndirib
Çin Afrika dövlətlərinə döyüş pilotsuz uçuş aparatları və radioelektron mübarizə (REM) sistemləri də daxil olmaqla, xüsusi növ texnika verməklə bu ölkələrlə silah ticarətini genişləndirir. Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, aprel ayında Malidəki hərbi karvanın tərkibində “Jane’s” mütəxəssislərinin Çin istehsalı olan “Yitian-L” zenit-raket kompleksi kimi müəyyən etdiyi dörd hərbi maşın müşahidə olunub.

Həmçinin Burkina-Faso Prezident Administrasiyası mobil radiolokasiya stansiyası və zenit-raket qurğusunun istifadə olunduğu təlimlərdən kadrlar yayımlayıb. Bunların “China North Industries Group Corporation” şirkətinin istehsalı olan “Sky Dragon” kompleksinin modifikasiyalarından biri olduğu ehtimal edilir. Bundan əlavə, 2024–2025-ci illərdə Burkina-Faso Çindən “SR5” yaylım atəşli raket sistemləri və “PLL-05” özüyeriyən artilleriya qurğuları əldə edib.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

“Meta” ev işlərini robotlara həvalə etmək istəyir
“Meta” ev işlərini görə biləcək süni intellektli robot hazırlayır. Şirkət Çinin “Fourier” robototexnika firması ilə birlikdə “Max” adlı ilk prototipi 3 aya ərsəyə gətirib. Hazırda “Meta” robotun ikinci nəsli üzərində işləyir.

Təxminən 48 kq çəkisi və 1,5 metr hündürlüyü olan “Max” “Nvidia”nın “Jetson Thor” çipi ilə təchiz edilib. Robotun 5 barmaqlı əlləri, dinamikləri və üz ifadələrini təqlid edən ekranı var. O, hazırda butulka və oyuncaq kimi kiçik əşyaları götürə bilir.

Yeni nəsil “Max 2”nin daha çevik əllərə, əlavə sensorlara və proyektora sahib olması planlaşdırılır. Yeniliklər robotun ətrafı daha yaxşı tanımasına və pilləkənlərdə hərəkət etməsinə kömək edəcək. “Meta” robotu “Muse” adlı süni intellekt sistemi ilə birləşdirərək gələcəkdə məişət işlərini yerinə yetirən köməkçiyə çevirmək istəyir.

Layihə hələ sınaq mərhələsindədir. Şirkət robotu satışa çıxarmağı planlaşdırmır və kommersiya versiyasının təqdimat tarixi açıqlanmayıb.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

ABŞ-də aralıq seçkiləri öncəsi rəy sorğuları nəyi göstərir?
ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə seçkilər öncəsi ictimai rəy sorğularının nəticələri aydınlaşmağa başlayıb. Keçiriləcək seçkidə Nümayəndələr Palatasının 435, Senatın isə 35 yeri uğrunda mübarizə aparılacaq. Rəy sorğuları Demokratların öndə olduğunu göstərsə də, nəticəni bərabər mübarizənin getdiyi bölgələr müəyyən edəcək.

Real Clear Politics platformasının məlumatına görə, Senatda 47 yerin Demokratlara, 45 yerin isə Respublikaçılara çatacağı, 8 ştatda isə gərgin mübarizənin davam etdiyi bildirilir. Respublikaçılar bu 8 yerdən ən azı 5-ini qazanarsa 50-50 bərabərliyi əldə edə bilərlər ki, bu halda vitse-prezident Cey Di Vens həlledici səs hüququndan istifadə edərək üstünlüyü öz partiyasına qazandıra bilər. Əksəriyyət üçün 218 yer tələb olunan Nümayəndələr Palatasında isə Demokratların 227, Respublikaçıların 182 yer qazanacağı gözlənilir. 26 yer üzrə gərginlik sürsə də, Demokratlar üstün görünürlər. Müqayisə üçün qeyd edək ki, hazırda Senatda Respublikaçıların 53, Demokratların 45 yeri (2 müstəqil üzv daxil olmaqla), Nümayəndələr Palatasında isə Respublikaçıların 218, Demokratların 214 və müstəqillərin 1 yeri var. 2 yer isə boşdur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

İnsan qanında şəkərin norması açıqlanıb
Sağlam insanın qanında qlükoza səviyyəsi bir litr üçün 3,3 ilə 6 mmol arasında dəyişir. “News.ru”-nun məlumatına görə, bunu rusiyalı həkim-diyetoloq Pavel Baranov bildirib. Onun sözlərinə görə, istinad sərhədlərindən kənara çıxmaq həmişə xəstəlikdən xəbər vermir.

Klinik tövsiyələrə əsasən, acqarına qanda qlükozanın normal səviyyəsi bir litr üçün 3,3-dən 6 mmol-a qədər təşkil edir. Müvafiq olaraq, 3,3-dən aşağı göstərici hipoqlikemiya (aşağı qan şəkəri), altıdan yuxarı isə hiperqlikemiya (yüksək qan şəkəri) adlanır.

Həkim qeyd edib ki, şəkər səviyyəsinə fiziki yük, karbohidrat qəbulu və stress kimi bir çox amillər təsir göstərir. O, qanalmanı yalnız acqarına yerinə yetirməyi, bundan əvvəl isə əsəbiləşməməyi, su istisna olmaqla heç bir qida və içki qəbul etməməyi tövsiyə edir. İrsi meyillilik səbəbindən ailəsində ikinci tip diabet olan insanlar sağlamlıqlarına xüsusilə diqqətlə yanaşmalıdırlar.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Şanxay üç min internet peyki buraxmağa hazırlaşır
Çinin ən böyük şəhəri Şanxay 2030-cu ilə qədər genişzolaqlı internet çıxışını təmin etmək məqsədilə Yerətrafı orbitə üç min peyk çıxarmağı planlaşdırır. Bu barədə “China Daily” qəzeti məlumat yayıb.

Şəhərin İqtisadiyyat və İnformatizasiya Komissiyasının planını şərh edən Çin Rabitə İnstitutunun fəxri prezidenti Çjao Houlin bildirib ki, peyk interneti Yer-kosmos inteqrasiyalı informasiya şəbəkələrinin qurulması və qlobal rəqəmsal inteqrasiyanın təşviqi üçün ən mühüm təməldir. Rəsmilər bildirirlər ki, 2030-cu ilə qədər Şanxayda peyk interneti sənayesinin həcmi 12 milyard dollara çatacaq.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

“İrəvan Qazılığının tarixi” kitabı təqdim olunub
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “İrəvan Qazılığının tarixi” kitabının Qərbi Azərbaycan İcması ilə birgə təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Qurani-Kərim”dən ayələr tilavət olunub.

Daha sonra İrəvan Qazılığının tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra mədəni-mənəvi suverenliyin təmin edilməsinin, dini-mənəvi müstəvidə ədalətin bərqərar olmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, İrəvan qazılığının bərpasını tarixi zərurət və zamanın tələbi kimi qiymətləndirərək, kitabın nəşrinin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılmasına, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpasına xidmət etdiyini vurğulayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “İrəvan Qazılığının tarixi” kitabının İrəvan bölgəsinin tarixi keçmişinin və Azərbaycan xalqının dini-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbə olduğunu bildirib. O, əsərin tarixi arxiv sənədləri əsasında bölgədə qazılıq institutunun fəaliyyətini araşdırdığını, eyni zamanda, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli kitabın hazırlanmasını Qərbi Azərbaycana qayıdış istiqamətində mühüm töhfə kimi qiymətləndirib. O, İcmanın bölgədəki Azərbaycan xalqına məxsus dini-mədəni irsin öyrənilməsi və monitorinqi istiqamətində fəaliyyətindən danışaraq, kitabın QMİ ilə əməkdaşlığın nəticəsi olan əhəmiyyətli addımlardan biri olduğunu vurğulayıb.

QMİ sədrinin müavini, İrəvan qazisi Bəxtiyar Nəcəfov kitabın tarixi sənədlər və arxiv materialları əsasında hazırlandığını, İrəvan qazılığının bölgənin dini və ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirib. O, əsərin tarixi irsin öyrənilməsi və Azərbaycan xalqının dini-mədəni həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Məclisin deputatları, din xadimləri və alimlər çıxış edərək kitabın tarixi, elmi və dini əhəmiyyətindən danışıblar. Çıxışlarda İrəvan qazılığının Azərbaycan xalqının dini-mənəvi irsində tutduğu yer, tarixi sənədlərin araşdırılması və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində kitab ətrafında fikir mübadiləsi aparılıb, nəşrin Qərbi Azərbaycan tarixi və mədəni irsinin öyrənilməsinə töhfəsi qeyd olunub.

Lerik: şəhər mühiti və ekoloji gələcək
Lerik Bələdiyyələrinin Əlaqələndirmə Şurası və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünəndən sabaha Lerik: Şəhər mühiti və ekoloji gələcək” mövzusunda elmi-praktik və hesabat xarakterli tədbir keçirilib.

Bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının və rayon gənclərinin iştirak etdikləri tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqində bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərsalma, memarlıq və dayanıqlı inkişaf baxımından yeni mərhələnin əsasını qoyur.

Sonra iştirakçılara Lerik şəhərinin təbii gözəlliklərini, tarixi-mədəni irsini və müasir simasını əks etdirən videoçarx göstərilib. Ardınca çıxış edən Şingədulan kənd bələdiyyəsinin sədri Elmir Əliyev rayonun abadlaşdırılması, yerli infrastrukturun inkişafı, ictimai məkanların vəziyyəti və şəhər mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, şəhərin inkişafında yerli özünüidarəetmə orqanlarının, aidiyyəti qurumların və ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Lerik rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva isə çıxışında bildirib ki, şəhərlərin inkişafı yalnız infrastruktur və tikinti işləri ilə məhdudlaşmır, tarixi-mədəni irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və ictimai məsuliyyətin artırılması  da bu prosesin mühüm tərkib hissəsidir: “Şəhərin tarixi simasının qorunması, yaşıllıq sahələrinə qayğı, tullantıların düzgün idarə olunması və ekoloji maarifləndirmə işlərinin genişləndirilməsi çox  vacibdir. Həmçinin gənclərin ekoloji təşəbbüslərə və şəhərin inkişafına yönəlmiş ictimai fəaliyyətlərə cəlb edilməsi  zamanın tələbidir”.

Çıxışında şəhərin sosial-iqtisadi inkişafı, memarlıq simasının qorunması, şəhərsalma prinsiplərinə əməl olunması və müasir yaşayış mühitinin formalaşdırılması məsələlərinə toxunan rayon icra hakimiyyətinin əməkdaşı Kənan Baxşıyev,  şəhərsalma prosesində ərazinin təbii-coğrafi xüsusiyyətlərinin, ekoloji amillərin və sakinlərin ehtiyaclarının nəzərə alınmasını,  küçə və ictimai məkanların abadlaşdırılması, yaşıllıq sahələrinin qorunması, mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və şəhərsalma mədəniyyətinin yüksəldilməsinin dayanıqlı inkişaf baxımından əhəmiyyətini bildirib.

Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Pərviz Ağaxanlı çıxışında Lerik rayonunun zəngin tarixi-arxeoloji irsindən, xüsusilə qədim insan məskənlərindən biri olan Buzeyir mağarasının əhəmiyyətindən bəhs edib. Mağaranın bölgənin qədim tarixinin, ilkin insan məskənlərinin və arxeoloji irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək burada aparılan işlər barədə məlumat verib.

Digər çıxışlarda şəhərin sanitar təmizliyinin və abadlığının davamlı təmin edilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, ictimai məkanların əlçatanlığının artırılması, tarixi abidələrin mühafizəsi və əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması əsas tövsiyə istiqamətləri kimi diqqətə çatdırılıb.

Zəfər ORUCOĞLU

Lerik

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
Cari ilin oktyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabr ayında ölkə ərazisində müşahidə olunmuş hava şəraiti ilə bağlı açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, Abşeron yarımadası üzrə maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Abşeron yarımadası üzrə oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta olub.

Oktyabr ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv, leysan xarakterli və güclü olub. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 santimetr qeydə alınıb. Ümumilikdə ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 millimetr (Neftçala), Balakən–Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 millimetr (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 millimetr (Neft Daşları) təşkil edib.

Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatalanın Yuxarı Tala kəndində, Şəkinin Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuzun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18–20 millimetr olub.

Ay ərzində Bakıda və Abşeron yarımadasında 4, bölgələrdə isə 11 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27, bölgələrdə isə 20 metr təşkil edib.

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?
Təbii qaz, elektrik enerjisi və digər xərclərin bahalaşması “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinə birbaşa təsir edir, çünki enerji resursları xərclərimizin təxminən yarısını təşkil edir.

Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

“Ümumi xərclərdə təbii qazın payı 39,2 faiz, elektrik enerjisinin payı 7,8 faiz, su və kənardan alınan enerjinin payı 2,2 – ümumi 49,2 faizdir. Ona görə qaz və ya elektrik qiymətindəki istənilən artım xərclərimizə dərhal təsir göstərir”, - deyə qurumun sədri əlavə edib.

Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

AZƏRTAC xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.

Neftçalada gənclərlə bağlı maarifləndirici tədbir keçirilib
Rayon icra hakimiyyətinin təşkilatçılığı və Neftçala Peşə Məktəbinin dəstəyi ilə  “Müasir qloballaşma şəraitində sağlam düşüncəli gənc nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Adıçəkilən peşə məktəbində keçirilən tədbirdə cəmiyyətin gələcək inkişafında gənclərin rolu və qloballaşmanın gətirdiyi müasir çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb, qloballaşma şəraitində milli özünəməxsusluğu saxlayaraq milli və bəşəri dəyərlərin vəhdətini təmin etməyin vacibliyi qeyd olunub, informasiya bolluğu şəraitində gənclərin doğru və faydalı məlumatı seçmək, tənqidi və sağlam düşüncə qabiliyyətini inkişaf etdirmək bacarıqları vurğulanıb. Tədbirdə həmçinin gənclərin hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və cəmiyyətdə fəal mövqe tutması üçün dövlət tərəfindən həyata keçirilən layihələr və yaradılan imkanlar barədə məlumat verilib, sağlam həyat tərzinin təbliği, gəncləri yad təsirlərdən və zərərli meyillərdən qorumaq üçün maarifləndirmə işlərinin davamlılığının əhəmiyyəti xüsusi qeyd edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seyran CAVADOV,

“Azərbaycan”

Salyanda RİH başçısı ağsaqqallarla görüşüb
Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonun ağsaqqalları ilə görüşüb. Görüşdə rayonun kəndlərində mövcud sosial-iqtisadi vəziyyət, əhalini rahatsız edən məsələlər, həyata keçirilən abadlıq-quruculuq işləri və qarşıda duran vəzifələr müzakirə olunub.

Çıxış edən RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin başlıca prioritetlərindən birinin əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və ölkənin bütün yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi olduğunu vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlər, regionların inkişafı, eləcə də kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusi olaraq qeyd edib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan rayon ağsaqqalları ilə keçirilən görüşlər, onların həyat təcrübəsinin, fikir və mülahizələrinin öyrənilməsi, ictimai həyatla bağlı təşəbbüslərinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. R.Xəlilov ağsaqqalların zəngin həyat təcrübəsinin, müdrik məsləhətlərinin və ictimai fəallığının rayonun inkişafı baxımından əhəmiyyətini qeyd edib, onların təşəbbüslərinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə ağsaqqallar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini bildirərək ölkədə sabitliyin, davamlı inkişafın və xalq-iqtidar birliyinin qorunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, yaşadıqları kəndlərdə mövcud olan problemləri, onları rahatsız edən məsələləri və təklifləri diqqətə çatdırıblar.

Seyran CAVADOV,

“Azərbaycan”

Şirvanda şəhid Cəmil Rəhimovun xatirəsi anılıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhimov Cəmil Nizami oğlunun anım günü ilə əlaqədar Şirvan şəhər Şəhidlər xiyabanında tədbir keçirilib.

Şəhər rəhbərliyinin, YAP şəhər təşkilatının, idarə və müəssisələrin nümayəndələrinin, şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının iştirak etdikləri anım mərasimində çıxış edən ŞİH-nin başçısı İlqar Abbasov Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Birinci Qarabağ müharibəsində xalqımızın üzləşdiyi ağır itkilər, şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.

İlqar Abbasov həmçinin Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Qeyd edib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canlarından keçən şəhidlərimizin şərəfli döyüş yolu və qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Digər çıxış edənlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xalqımızın yaddaşında xüsusi yer tutduğunu, onların xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd ediblər. Vurğulayıblar ki, şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiram milli birliyimizin və Vətənə bağlılığımızın bariz nümunəsidir.

Qeyd edək ki, şəhid kiçik çavuş Cəmil Rəhimov 5 iyun 1969-cu ildə Sabirabadın Cəngən kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün 4 mart 1992-ci ildə cəbhəyə yola düşüb, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Aparılan araşdırmalar nəticəsində 33 il itkin düşmüş hesab olunan şəhidin şəxsiyyəti müəyyən edilib. Şəhidin nəşi Şirvana gətirilərək şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Seyran CAVADOV,

“Azərbaycan”

ABŞ-də özəl təyyarə yaşayış məntəqəsinə düşüb
ABŞ-nin Florida ştatında 9 nəfərin olduğu xüsusi təyyarə yaşayış sahəsinə düşərək qəzaya uğrayıb. Hadisə anının görüntüləri sosial mediada yayılıb.

“The İndependent” nəşrinin məlumatına görə, “Learjet 60” tipli xüsusi təyyarə Palm Biç bölgəsindəki Qrinakres yaxınlığında yaşayış massivinə çırpılıb. Texas ştatından Baham adalarına doğru uçan təyyarənin göyərtəsində 9 nəfərin olduğu bildirilir. Sosial mediada paylaşılan görüntülərdə təyyarənin yerə çırpıldığı və dərhal böyük bir alovun yarandığı görünür, bu səbəbdən də ərazidəki yol hər iki tərəfdən bağlanıb. Hadisənin dəqiq başvermə səbəbi və itkilər barədə isə hələlik rəsmi açıqlama verilməyib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Daşkəsəndə Zəfər Gününə həsr olunmuş bilik yarışması keçirilib
Daşkəsəndə Zəfər Günü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Zəfər biliciləri” adlı bilik yarışı keçirilib.

Rayon icra hakimiyyətinin, Təhsil sektorunun, Mədəniyyət Mərkəzinin, “Daşkəsən Dəmir Filiz” MMC-nin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 14  ümumtəhsil məktəbi təmsil edən komandalar Zəfər tariximiz, Vətən müharibəsi, Azərbaycanın qəhrəman övladları və dövlətçilik tariximizlə bağlı sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Qalib komandalar diplom və kubokla təltif olunmuşlar.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Kənd Təsərrüfatı İşçiləri Günü münasibəti ilə Hacıqabul və Salyanda tədbir keçirilib
Hacıqabul Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, qeyri-neft sektorunun inkişafında, əhalinin məşğulluğunun artırılmasında və regionların sosial-iqtisadi tərəqqisində mühüm rolunu vurğulayıb.

O, Azərbaycanda kənd təsərrüfatının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək ölkəmizdə aqrar sahənin müasir tələblərə uyğun inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin göstərilməsi, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. S.Hətəmov  həmçinin Hacıqabulda kənd təsərrüfatının inkişafı, torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkin sahələrinin genişləndirilməsi, heyvandarlığın və digər aqrar fəaliyyət sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlərə toxunub. O, rayonun kənd təsərrüfatı işçilərinin ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi potensialının artırılmasına mühüm töhfələr verdiklərini bildirib.

Tədbirin sonunda kənd təsərrüfatının inkişafında, rayonun aqrar potensialının gücləndirilməsində və kənd təsərrüfatı məhsullarının istehsalında səmərəli fəaliyyəti ilə fərqlənənlərə rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.

Salyanda keçirilən tədbirdə də rayon icra hakimiyyətinin başçısı çıxış edib. Rüstəm Xəlilov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onların rayonun sosial-iqtisadi inkişafında, aqrar sektorun tərəqqisində və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm xidmətlərini qeyd edib.

RİH başçısı çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, həmçinin kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu sahədə çalışan insanların zəhmətinin və fədakar əməyinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.

Seyran CAVADOV,

“Azərbaycan”

Lənkəranda şəhid Kamran Səmədovun məzarı ziyarət edilib
Vətən müharibəsi şəhidi Səmədov Kamran Ceyhun oğlunun anım günündə (oktyabrın 31-i) məzarı ziyarət olunub.

Şəhər icra hakimiyyətinin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Liman şəhər qəbiristanlığındakı məzarı önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar. ŞİH-in başçısı Taleh Qaraşov şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

S.CAVADOV,

“Azərbaycan”

Ötən həftənin iqtisadi icmalı
Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

Ötən həftənin diqqətçəkən yeniliklərindən biri Azərbaycanın rəqəmsal ticarət potensialına dair beynəlxalq qiymətləndirmə ilə bağlıdır. Dünya İqtisadi Forumu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanın TradeTech potensialının reallaşdırılması” adlı hesabat dərc edib. Hesabata görə, Azərbaycanın rəqəmsal dövlət xidmətləri, inkişaf edən logistika infrastrukturu və Orta dəhlizdəki əlverişli coğrafi mövqeyi ölkənin regional rəqəmsal ticarət mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır.

Oktyabrın 27-də iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir addım atılıb. Bakıda İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb.

Saziş iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi üzrə birgə tədqiqatları, iqtisadi təhlilləri, eləcə də dövlət, biznes və akademik dairələr arasında əməkdaşlığı nəzərdə tutur.

Enerji sektorunda isə ötən həftə regional əməkdaşlıq və investisiya imkanları İstanbulda Azərbaycanın da iştirak etdiyi 16-cı Türkiyə Enerji Sammitinin əsas müzakirə mövzularından olub. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin himayəsi, SOCAR Türkiyə şirkətlər qrupunun əsas tərəfdaşlığı və sponsorluğu ilə təşkil olunan sammit “Avropa-Aralıq dənizi regionunda enerji təhlükəsizliyi və investisiya imkanları” mövzusuna həsr edilib. Tədbirdə enerji təhlükəsizliyi, təchizatın davamlılığı, bərpaolunan və nüvə enerjisi, mayeləşdirilmiş təbii qaz bazarındakı dəyişikliklər, eləcə də regional enerji bazarlarının inteqrasiyası müzakirə olunub.

Maliyyə sektorunda risklərin idarə olunması və böhranlara hazırlıq məsələləri Azərbaycanın beynəlxalq təlimdə iştirakı ilə həftənin gündəmində yer alıb. Beynəlxalq Valyuta Fondunun Birgə Vyana İnstitutu və Yel Universitetinin Maliyyə Sabitliyi Proqramı çərçivəsində təşkil olunan təlimdə bank sektorunda risklərin erkən aşkarlanması, əmanətlərin sığortalanması və transsərhəd böhranların idarə olunması üzrə beynəlxalq təcrübə nəzərdən keçirilib.

Həftə ərzində “AzerGold” QSC-nin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində Özbəkistan və İndoneziya ilə müzakirələr aparılıb.

Daşkənddə keçirilən UIMF 2026 beynəlxalq forumunda isə şirkətin Özbəkistandakı törəmə müəssisəsi olan “Akba” qızıl yatağının birgə işlənməsi və digər perspektivli mineral sahələrdə geoloji kəşfiyyat imkanlarını təqdim edib. İndoneziya nümayəndə heyəti ilə görüşdə bu ölkədə mədən layihələrinə investisiya yatırılması, eləcə də Azərbaycandakı Daşkəsən dəmir filizi layihəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər birgə layihələr üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.

Sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub.

Qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsi, mədəni irsin qorunması istiqamətində də təşəbbüs həyata keçirilib. “Azercell”in tərəfdaşlığı ilə “SHE – Gələcəyin toxuması” adlı tədbir təşkil olunub. Qurama sənətinin müasir yaradıcılıqda yaşadılmasına həsr olunan tədbirdə qadın sahibkarlığının, rəqəmsal bacarıqların inkişafı və sosial dəstək imkanlarının genişləndirilməsi məsələləri də diqqət mərkəzində edilib.

Ötən həftə dünya bazarlarında neftin qiymətində artım qeydə alınıb. Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 1,55 dollar bahalaşaraq 116,4 dollara, Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin qiyməti 1,39 dollar artaraq 103,4 dollara çatıb.

Qiymətli metallar bazarında isə əks tendensiya müşahidə olunub. Həftə ərzində qızılın bir troya unsiyasının qiyməti 1,4 faiz azalaraq, 3937 dollaradək geriləyib. Gümüşün qiymətində isə daha kəskin eniş qeydə alınıb. O, həftə ərzində təxminən 8 faiz ucuzlaşaraq bir unsiya üçün 50 dollar həddindən aşağı düşüb.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabr ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 799, tankəleyhinə 180 mina və 3070 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 4898,3 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb
Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında yer alıb.

Şura bir daha vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.

Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır.

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb
Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini və tarixi çıxışlarını əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 14-cü kitabı yenidən nəşr olunub.

AZƏRTAC xəbər verir ki, nəşrdə Ümummilli Liderin 1996-cı il iyulun 13-dən oktyabrın 3-dək müxtəlif ölkələrə səfərləri, keçirdiyi görüşlər, çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və digər mühüm materiallar toplanıb. Kitabda Heydər Əliyevin Azərbaycana rəsmi səfər etmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşləri, Rusiya Federasiyasına səfəri zamanı bu ölkənin müdafiə və xarici işlər nazirləri ilə danışıqları, eləcə də böyük Azərbaycan şairləri Məhəmməd Füzulinin və Əliağa Vahidin yubiley tədbirlərindəki çıxışları yer alıb. Nəşrdə xüsusi diqqət çəkən materiallardan biri 1996-cı il iyulun 13-də Avropa Şurasının yüksəksəviyyəli nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransında Heydər Əliyevin çıxışıdır. Ümummilli Lider Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini ifadə edərək, bu istiqamətdə əməli addımların atılacağını vurğulayıb.

Çoxcildliyin bu nəşrində, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid dövrünün çətinliklərinin aradan qaldırılması, kənd təsərrüfatının inkişafı, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri, eləcə də Ermənistanın təcavüzünün ağır nəticələri ilə bağlı materiallar əksini tapıb.

Qeyd edək ki, çoxcildlik Heydər Əliyevin siyasi fəaliyyətini, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işləri əks etdirən mühüm tarixi mənbələrdən biridir. Nəşrdə yer alan tarixi sənədlər həmin dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin qorunması və ölkənin qarşılaşdığı siyasi, iqtisadi və hərbi çağırışların aradan qaldırılması istiqamətində həyata keçirilən siyasətə aydınlıq gətirir. Kitab oxuculara Ümummilli Liderin dövlətçilik strategiyası, diplomatik fəaliyyəti və müstəqil Azərbaycanın gələcək inkişafına dair baxışları ilə tanış olmaq imkanı yaradır.

Bütün bu dəyərli fikirlərlə çoxcildliyin 14-cü kitabında tanış olmaq mümkündür. Kitabda yer alan materiallar həmin dövrün hadisələri haqqında geniş təsəvvür yaradır.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Həftəsonu 75 cinayətin açılması təmin olunub
Oktyabrın 31-də və noyabrın 1-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 10 nəfər aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Ümumi çəkisi 5,7 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi
Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin yerini almasıdır.

AZƏRTAC xəbər verir, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı "İrəvan qazılığının tarixi" kitabının təqdimat mərasimində QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın bölgədə tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin əhatə etdiyi mənəvi məkanda xalqımızın ənənəvi mənəvi dayaqları qazılıqlar olub. Ancaq azərbaycanlıların bölgədəki dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması – etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də qazılıqların fəaliyyətini məcburi dayandırması olub. Ötən il isə İrəvan qazılığı bərpa edilib.

“Tarixi İrəvan qazılığının öz fəaliyyətini bərpa etməsi tarixi zərurət, zamanın tələbi idi. Tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq, biz real tarixi faktlara istinad edərək mənəvi hüquqlarımızı bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi “İrəvan qazılığının tarixi” kitabı və davamlı fəaliyyəti ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var qüvvəsi ilə səy göstərəcək, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası və tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlindən gələni əsirgəməyəcək”, - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, qaçaqmalçılıq və dövlət sərhədinin qanunsuz keçilməsi hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

“Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.