09 İyul 2026 08:10
181
CƏMİYYƏT
A- A+
İnnovativ yüksəliş strategiyası: uğurlar və perspektivlər 

İnnovativ yüksəliş strategiyası: uğurlar və perspektivlər 


Son vaxtlar dünyanın iqtisadi, sosial və digər sahələri üzrə inkişaf edən dövlətlərindən olan Azərbaycanda rəqəmsal transformasiyanın daxili proseslərdə həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusən də vətəndaşlar  üçün daha rahat, əlçatan olan "mygov" və "mygov Biznes" platformalarının tətbiqi hesabına dövlət ilə cəmiyyət arasında genişmiqyaslı əlaqələr qurulur.

Uğurlu nəticələri daha da dərinləşdirmək üçün Milli Məclis tərəfindən rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti ilə bağlı qanunlar qəbul edilib. Bu yaxınlarda isə Prezident İlham Əliyevin sərəncamı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq olunması ölkəmizdə rəqəmsal strategiyanın milli maraqlara əsaslandığını göstərir.  Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir. 

Qlobal miqyaslı işlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən şura dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi və rəqəmsal texnologiyaların cəmiyyət həyatına daha geniş inteqrasiyası baxımından mühüm platforma rolunu oynayır. Mehriban xanım Əliyevanın yüksək idarəetmə qabiliyyəti, dövlətin və xalqın maraqlarının təmin olunmasında hər bir məsələyə həssaslıqla yanaşması, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışması nəzərdə tutulan işlərin uğurlu nəticələr verəcəyinə əminlik yaradır. Artıq qısa müddət ərzində böyük uğurlara imza atılıb. "Mygov" platformasının sürətlə genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron xidmətlərinin vahid ekosistemə inteqrasiyası, vətəndaş-məmur təmasının minimuma endirilməsi, proaktiv dövlət xidmətlərinin tətbiqi, "Yalnız bir dəfə" prinsipinin həyata keçirilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. 

 "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı iyunun 29-da Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi və önəmli məsələlərin müzakirə olunması, qərarların elan olunması  ölkəmizdə rəqəmsal transformasiya siyasətinin yüksək səviyyədə koordinasiya olunduğunu təsdiqləyir. Birinci vitse-prezident iclasda çıxışı zamanı rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu və  süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahələrində görülən işlərin Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi: "Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir". 

Mehriban xanım Əliyeva çıxışında onu da bildirdi ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası şuranın əsas fəaliyyət istiqamətidir: "Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir". Mehriban xanım Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib: "Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır".

Bundan sonra "Mygov" platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilib. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri də müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həllərinin digər dövlət qurumlarında da təkrar istifadəsini təşviq etməkdir. 

Hazırda ölkəmizdə süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Milli hesablama gücünün yaradılması məqsədilə 64 qrafik prosessorun (GPU) təchizatçısının seçimi yekunlaşdırılıb və avadanlıqların ilin sonunadək quraşdırılması nəzərdə tutulur. Cəmi 3 ay ərzində "mygov" istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi Rəqəmsal İnkişaf Şurasının qısa müddətdə böyük nailiyyətlər əldə etdiyini göstərir. Qısa müddət ərzində həmçinin "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov" və "mygov Biznes" platformalarına inteqrasiya olunub. Bundan əlavə, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidməti inteqrasiya edilib və 2026-cı ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır. Bütün təhsil pillələri üzrə məlumatlar isə tam rəqəmsallaşdırılıb. Vətəndaşlara 62 elektron xidmət onlayn təqdim olunur. Onların 8-i "mygov" platformasına inteqrasiya edilib və hər il 320 mindən çox vətəndaş tərəfindən istifadə olunur.

Tətbiq edilən yeni qaydalara görə,  yaşa görə əmək pensiyası və uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunarkən insanların dövlət qurumlarına müraciət etmələrinə ehtiyac olmayacaq. Müvafiq prosedurlar həyata keçirildikdən sonra pensiya və ya müavinət proaktiv qaydada təyin ediləcək. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi, pasport kimi sənədlərin əldə edilməsi və dəyişdirilməsini də "mygov" üzərindən etmək mümkün olacaq. Eyni zamanda vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl avtomatik şəkildə məlumatlandırılacaqlar. Səfərbərlik üzrə hərbi xidmətə görə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək. 

Göründüyü kimi, ölkəmizdə rəqəmsal inkişaf dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin bu sahədə sistemli və davamlı siyasəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu da Azərbaycanın rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində də regionun aparıcı dövlətlərdən biri olmasına imkan verəcək. 


Eldar İBRAHİMOV,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə "Abad məhəllə"lərin sayı artır

10:25
09 İyul

Badamqırma müəssisəsi, meyvəqurutma sexi və əlavə 430 hektar intensiv meyvə bağı

10:20
09 İyul

Nikol Paşinyan revanşist müxalifətə qarşı təzyiqi artırır

10:10
09 İyul

Ortaq elmi irs: 100 il əvvələ tarixi baxış

10:00
09 İyul

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirilib

09:55
09 İyul

Azərbaycanda turizmin bütün sahələrinin inkişafı üçün regionlarda geniş imkanlar var

09:50
09 İyul

Xocavənd və Şuşaya yeni köç

09:40
09 İyul

Sosial şəbəkələrin zərərli təsirlərinə qarşı hüquqi sipər

09:30
09 İyul

Rəqəmsal təhlükəsizlik naminə

09:20
09 İyul

"Qara qızıl"dan "yaşıl gələcəy"ə...

09:10
09 İyul

SOCAR-ın səsi Qərbi Afrikadan gəlir 

09:00
09 İyul

Hər bir qələbənin arxasında güclü iqtisadiyyat durur

08:50
09 İyul

Etimad və etibarın qiyməti

08:40
09 İyul

Təhsil xidmətlərinin rəqəmsallaşdırılması insan kapitalının inkişafına xidmət edir

08:30
09 İyul

Azərbaycanın müasir inkişaf modeli

08:20
09 İyul

İnnovativ yüksəliş strategiyası: uğurlar və perspektivlər 

08:10
09 İyul

Qüdrətli dövlət, etibarlı tərəfdaş

08:00
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında

01:54
09 İyul

"Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
09 İyul

Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

01:52
09 İyul

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:50
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!