04 İyun 2026 09:05
131
İDMAN
A- A+
Tovuzda iki minifutbol meydançası istifadəyə verilib

Tovuzda iki minifutbol meydançası istifadəyə verilib


İdmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və müasir idman infrastrukturunun yaradılması dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə Tovuz rayonunda da bir sıra tədbirlər görülür. 

Elə bu günlər rayonun iki ünvanında minifutbol meydançası istifadəyə verilib.  Müasir tələblərə cavab verən, məhəllə futbolunun inkişafına, kiçik yaşlı uşaqlarda idmanın bu növünə maraq və sevginin artırılmasına xidmət edən hər iki meydançada kiçik futbolçular üçün hər cür şərait yaradılıb.

Layihənin əsas məqsədi gələcəkdə yüksək liqalarda çıxış edəcək klublarımıza yerli və peşəkar futbolçular qazandırmaq, regionlarda futbol ənənələrini daha da gücləndirmək, həmçinin  uşaqların idmana cəlb olunmasına, onların fiziki və mənəvi inkişafına mühüm töhfə verməkdir.


S.YUNİSOĞLU,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!