04 İyun 2026 08:00
771
İQTİSADİYYAT
A- A+
AZƏRBAYCAN-ABŞ: enerji sektorundan süni intellektəcən inkişaf edən tərəfdaşlıq

AZƏRBAYCAN-ABŞ: enerji sektorundan süni intellektəcən inkişaf edən tərəfdaşlıq


Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında iqtisadi əməkdaşlıq bir çox sahələr üzrə genişlənir. Bunlar regional bağlantılar, ticarət, investisiya, enerji təhlükəsizliyi, eləcə də süni intellekt, rəqəmsal infrastruktur və digər sahələrdir. Əməkdaşlıq artıq strateji tərəfdaşlıq çərçivəsində yeni mərhələyə qədəm qoyur.

"Bakı Enerji Həftəsi" çərçivəsində iyunun 2-də keçirilən Azərbaycan İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında da məhz bu sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak ediblər. Tədbirdə bir daha vurğulanıb ki, bu tərəfdaşlıq Prezident İlham Əliyevin və Prezident Donald Trampın baxışları və liderliyinə əsaslanır. 2025-ci ilin avqustunda dövlətimizin başçısının Vaşinqtona tarixi səfəri və həmin səfər zamanı siyasi anlaşma əldə olunduğu, Strateji Tərəfdaşlıq Xartiyasına dair memorandumun razılaşdırıldığı xatırlanıb. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib: "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) və Orta dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək".

Başqa sözlə, hər iki ölkə iqtisadi əməkdaşlığın genişləndirilməsində və iqtisadiyyatın strateji sektorlarına investisiyaların artırılmasında maraqlıdır. 

İqtisadi münasibətlərin əsas dayaqlarından biri olaraq enerji sektoru qalır. ABŞ-nin "ExxonMobil" və "Chevron" kimi qlobal şirkətləri Azərbaycanın neft-qaz sənayesində mühüm rol oynayırlar. ABŞ rəsmisi də sözügüdən tədbirdə vurğulayıb ki, enerji sektoruna investisiyalar artırılır, bu təməl daha böyük əməkdaşlıq platformasına çevrilir. Təkcə bu həftə ABŞ şirkətləri tərəfindən müxtəlif sahələri əhatə edən 8 milyard dollardan çox dəyərdə sazişlər imzalanıb: "Bu razılaşmalar yalnız enerji sektorunu deyil, həm də investisiya fondlarının, o cümlədən Apollo kimi qurumların Azərbaycanın enerji sektoruna cəlb olunmasını əhatə edir".

Enerji təhlükəsizliyi məsələləri müzakirə olunarkən "Cənub qaz dəhlizi"nin inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, "Bakı Enerji Həftəsi" çərçivəsində ABŞ özəl sektoru ilə SOCAR arasında, eləcə də İqtisadiyyat Nazirliyində əlavə kommersiya sənədləri imzalanıb.

Azərbaycan-ABŞ İqtisadi Dialoqunda həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub. Eləcə də bildirilib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş tarixi sülh razılaşması Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunu da özündə ehtiva edir. Bu, investisiya yatırılan tarixi infrastruktur dəhlizidir və multimodal xarakter daşıyacaq. Bu dəhlizin yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını təmin edəcəyi gözlənilir.

Göründüyü kimi, ikitərəfli iqtisadi münasibətlərin möhkəm təməli enerji sektoru olsa da, artıq bu çərçivədən daha geniş əməkdaşlığa doğru irəliləyir. Təsadüfi deyil ki, sözügedən tədbirin iqtisadi investisiyalar üzrə panelində hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin investorlar üçün təşviq mexanizmləri, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ sərmayələrinin təşviqi imkanları diqqət mərkəzində olub.

Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə isə ABŞ-nin yüksək texnoloji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

ABŞ-nin Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafı və təhlükəsizliyinin gücləndirilməsi məqsədilə süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğu vurğulanıb. Qeyd edilib ki, süni intellekt yeni iqtisadi imkanlar yaradacaq əsas istiqamətlərdən biridir. Kaleb Orr bu barədə belə deyib: "Süni intellektin görünməmiş rifah yaratmaq potensialını nəzərə alaraq, Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik". 

Azərbaycan və ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması isə iqtisadi münasibətlərdə yeni mərhələnin əsasını qoyur və müasir iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan sahənin inkişafına xidmət edəcək. Qeyd edək ki, bu sənəd "Bakı Enerji Həftəsi" çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bütün bunların ABŞ-nin Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ölkə iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq istiqamətində qətiyyətli səylərini nümayiş etdirdiyini deyib.

Dialoqun sonunda bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə evsahibliyi edəcəyi elan olunub. Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlərin və protokolun imzalanması da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyinin və möhkəmləndiyinin təsdiqidir. 


Flora SADIQLI,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!