04 İyun 2026 09:00
139
İQTİSADİYYAT
A- A+
Goranboyda tütünçülükdən yaxşı qazanc əldə edilir

Goranboyda tütünçülükdən yaxşı qazanc əldə edilir


İqtisadi əhəmiyyətinə görə ikinci texniki bitki sayılan tütün hələ keçən əsrin 70-ci illərində respublikamızda kənd təsərrüfatının əsas sahələrindən biri idi. Amma 90-cı illərin əvvəllərində digər sahələr kimi, tütünçülük də tənəzzülə uğradı. 

Yalnız 2016-cı ildə dövlət başçısının təşəbbüsü və dəstəyi ilə bu sahə yenidən dirçəlməyə başladı. Onun inkişafına nail olmaq üçün dövlət tərəfindən məqsədyönlü tədbirlər görüldü. Hazırda bu gəlirli sahəyə maraq getdikcə artır. 

Tütünçülük üçün əlverişli mühitə malik olan rayonlardan biri də Goranboydur. Hər il rayonda bu gəlirli sahənin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçanaq kəndlərində tütün əkən fermerlər qazanclarından  razıdırlar. Təkcə keçən il rayon üzrə hər hektardan 1,5 ton olmaqla ümumilikdə 14,7 ton tütün təhvil verilmişdir ki, bu da yaxşı gəlir deməkdir. 

Goranboyda tütünçülüyü inkişaf etdirmək, onun istehsalını artırmaq və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmə imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradılmışdır. Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 hektar sahədə tütün toxumu üçün 13 istixana qurulmuşdur. Hazırda burada 40 nəfərə yaxın insan daimi işlə təmin edilmişdir. Əkin sahələri müasir suvarma sistemləri ilə təchiz olunmuşdur ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artımını təmin edir. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!