04 İyun 2026 08:30
341
SİYASƏT
A- A+
Azərbaycanın enerji sahəsində uğurlarını nümayiş etdirən platforma

Azərbaycanın enerji sahəsində uğurlarını nümayiş etdirən platforma


Azərbaycan qlobal enerji liderlərinin bir araya gəldiyi "Bakı Enerji Həftəsi"nə" növbəti dəfə evsahibliyi etdi.  Həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşan "Bakı Enerji Həftəsi" özündə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi və 31-ci "Baku Energy Forum"nu birləşdirir. Builki enerji həftəsində 46 ölkədən 270-dən çox şirkət iştirak etdi. Bu, sözün əsl mənasında, böyük bir göstəricidir.

Milli Məclisin deputatı Müşfiq CƏFƏROV qəzetimizə açıqlamasında deyib ki, bu beynəlxalq platforma Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, yeni çağırışlara uyğun təşəbbüslərin, texnologiyaların və əməkdaşlıqların müzakirə olunduğu mühüm bir mərkəzdir: "Azərbaycanın müasir enerji siyasətinin təməli 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış "Əsrin müqaviləsi" əsasında qoyulub. Bu müqavilə yalnız bir neft sənaye layihəsi deyil, həm də ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı idi. Bu hadisə Azərbaycanın iqtisadi müstəqilliyini və siyasi suverenliyini gücləndirməyə xidmət etdi".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bu tədbirin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsindəki gələcək prioritetlərini də aydın şəkildə göstərir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan enerji siyasətini təkcə neft və qaz hasilatı ilə məhdudlaşmır, həm də "yaşıl enerji" keçidi, təchizatın şaxələndirilməsi və dayanıqlı infrastrukturun qurulması kimi vacib layihələrin icrasını da həyata keçirir. Azərbaycanın uzun illər uğurla həyata keçirdiyi enerji layihələri onun regionda sabitliyin təminatçısına çevrilməsini təmin edib. 

M.Cəfərov bildirib ki, "Bakı Enerji Həftəsi" Azərbaycanın yalnız enerji siyasətini deyil, həm də qlobal əməkdaşlıq mədəniyyətini, dayanıqlı inkişaf prinsipini, iqtisadi suverenliyini və müasir dövlətçiliyini nümayiş etdirir: "Bu tədbir Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır. Layihə çərçivəsində təşkil olunan tədbirlər həm keçmişin uğurlarını xatırladır, həm bu günün reallıqlarını təqdim edir, həm də gələcəyi aydın şəkildə göstərir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi"ndəki çıxışı Azərbaycanın qlobal enerji siyasətinin ənənəvi enerji ehtiyatlarından "yaşıl enerji"yə keçid strategiyasını və artan regional liderlik rolunu təsdiqləməklə yanaşı, ölkəmizlə ABŞ arasındakı strateji münasibətlərin inkişafının da təsdiqi oldu.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!