04 İyun 2026 08:15
369
SİYASƏT
A- A+
ABŞ Azərbaycanla əlaqələri daha da geniş müstəviyə keçirmək istəyir

ABŞ Azərbaycanla əlaqələri daha da geniş müstəviyə keçirmək istəyir


Son günlər Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan dinamika ciddi geosiyasi əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın "Bakı Enerji Həftəsi"nin iştirakçılarına ünvanladığı məktub, Prezident İlham Əliyevin bu müraciətə verdiyi konseptual cavab, həmçinin ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun Bakıya səfəri və ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun işə başlaması əhəmiyyətli  diplomatik hadisələrdir. Bu addımlar Vaşinqtonun Cənubi Qafqaz strategiyasında Bakının mütləq liderliyini və əvəzolunmaz rolunu qəbul etdiyini göstərən vahid siyasi xəttin təzahürüdür. Proseslərin dərin təhlili sübut edir ki, ikitərəfli münasibətlər keyfiyyətcə yeni, daha praqmatik mərhələyə qədəm qoyub.

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Ağ Evin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan-Ermənistan arasında  əldə olunmuş razılaşmalar, vitse-prezident Cey Di Vensin Bakıya səfəri və imzalanmış strateji sənədlər göstərir ki, ABŞ artıq regiona xəyali illüziyalarla deyil, Bakının diktə etdiyi real geosiyasi reallıqlar prizmasından baxır: "Donald Trampın "Bakı Enerji Həftəsi"nə ünvanladığı məktub Vaşinqtonun qlobal enerji təhlükəsizliyində Azərbaycanın roluna verdiyi strateji qiymətdir. ABŞ Prezidentinin enerji inteqrasiyasını sülh prosesinin mühüm komponenti kimi qeyd etməsi Ağ Evin regionda sabitliyin təməlini nədə gördüyünün rəsmi göstəricisidir. Prezident İlham Əliyevin bu məktuba reaksiyası isə təkcə təşəkkür jesti deyil, həm də qlobal enerji siyasətinə dair ciddi bir manifestdir. Dövlətimizin başçısı Qərbin bəzi dairələrinin uzun illər boyu neft-qaz sənayesinə qarşı apardığı əsassız və ideoloji kampaniyaları ifşa edərək, Tramp administrasiyasının rasional mövqeyini "enerji sahəsində normal yanaşmanın bərpası" kimi xarakterizə etdi". 

Deputatın fikrincə, Bakı ilə Vaşinqtonun baxışları ondan ibarətdir ki, qlobal enerji keçidi reallıqlara əsaslanmalıdır. Azərbaycan "yaşıl enerji"yə milyardlarla dollar investisiya yatırsa da, ənənəvi karbohidrogen resurslarının hələ uzun müddət dünya iqtisadiyyatının sütunu olacağını açıq bəyan edir və Tramp administrasiyasının sənaye yönümlü kursu ilə bu nöqtədə tam üst-üstə düşür. ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun Bakı səfəri və ilk iqtisadi dialoqun təşkili ikitərəfli əlaqələrin şaxələnməsinin bariz nümunəsidir. Bu, Vaşinqtonun Azərbaycanla münasibətləri artıq yalnız təhlükəsizlik və ya hərbi komponentlər üzərindən deyil, genişmiqyaslı iqtisadiyyat, investisiya və biznes tərəfdaşlığı müstəvisinə keçirmək istəyindən xəbər verir.

Sevinc Fətəliyeva qeyd edib ki,  Vaşinqtonun Cənubi Qafqaz siyasətində baş verən bu transformasiya fundamental amillərlə şərtlənir: "Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, ABŞ-nin regiona "erməni məsələsi" və ya münaqişə prizmasından baxmaq rıçaqları sıradan çıxdı və keçmiş münaqişə arxivə gömüldü. Bu gün Vaşinqton üçün regionda əsas mövzular - Orta dəhlizin təhlükəsizliyi, rəqəmsal bağlantılar, Mərkəzi Asiyanın Qərblə inteqrasiyası və qlobal təchizat zəncirinin kəsintisiz işləməsidir ki, bunun da mərkəzi və əvəzolunmaz qovşağı məhz Azərbaycandır. Əgər əvvəlki illərdə ABŞ-nin regional siyasətində müəyyən təzyiq və birtərəfli yanaşma elementləri hiss olunurdusa, bu gün reallıq tamamilə fərqlidir. "Vaşinqton dərk edir ki, Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində tam müstəqil, milli maraqlara söykənən və balanslaşdırılmış xarici siyasət yürüdür. Bakı ilə təzyiq dilində danışmağın qeyri-mümkün olduğunu anlayan Ağ Ev bu gün qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelini seçib. Məhz buna görə də, Trampın məktubu və yüksəksəviyyəli ABŞ nümayəndə heyətinin Bakı rəsmiləri ilə təmasları, sadəcə diplomatik protokol deyil. Bu, rəsmi Bakının apardığı qətiyyətli siyasətin Vaşinqton tərəfindən qəbul edilməsi və Cənubi Qafqazın şəksiz lideri ilə uzunmüddətli strateji ittifaqın qurulması prosesidir", - deyə o bildirib.

Deputat əlavə edib ki, iki ölkə arasında formalaşan bu praqmatik dialoqun qarşıdakı dövrdə daha da dərinləşəcəyi və regionun iqtisadi xəritəsini yenidən formalaşdıracağı şübhə doğurmur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!