23 May 2026 08:00
359
SİYASƏT
A- A+
176 ölkə, 58 mindən çox iştirakçı

176 ölkə, 58 mindən çox iştirakçı


İlham Əliyevin liderliyini dünya WUF13-lə bir daha təsdiqlədi 


Dünya nizamının hərbi-siyasi sarsıntılar, regional münaqişələr və qlobal iqlim böhranları ilə sınağa çəkildiyi bir dövrdə Azərbaycan humanitar diplomatiyanın və böyük quruculuq missiyasının yeni mərkəzinə çevrilib. COP29 kimi qlobal iqlim sammitindən sonra Bakının BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi etməsi təkcə növbəti beynəlxalq uğur deyil, həm də rəsmi Bakının formalaşdırdığı yeni reallığın təntənəsidir. Məhz Bakıda keçirilən forum urbanizasiya proseslərini sırf memarlıq müstəvisindən çıxararaq birbaşa dövlət liderlərinin siyasi iradəsinin əsas hədəfinə çevirdi. 

Mayın 22-də Bakıda təşkil olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilib. Qeyd edək ki, dünyanın ən nüfuzlu tədbirlərindən olan WUF13-də 176 ölkədən 58 mindən çox iştirakçı yer alıb. Forumda 11 dövlət başçısı, 9 yüksəksəviyyəli qonaq, 88 nazir, 76 nazir müavini və 130 bələdiyyə sədri iştirak edib. Forum çərçivəsində ümumilikdə 579 sessiya keçirilib, 125 ölkədən 400-ə yaxın məruzəçi əsas proqramda çıxış edib. Yeni Şəhər Gündəliyinin icrasına həsr olunmuş nazirlər görüşündə 111 ölkədən 80-i nazir və ya nazir müavini səviyyəsində təmsil olunub. "Urban Expo" sərgisinə 74 mindən çox ziyarət qeydə alınıb. 

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən liderlər bəyanatı sessiyası forumun ən mühüm yeniliklərindən biri olub. Sessiyada 27 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edərək, qlobal şəhər gündəliyinə siyasi dəstəyi nümayiş etdiriblər. 

Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə təşkil edilən QHT Forumunda 100-dən çox ölkədən 800-ə yaxın nümayəndə iştirak edib. WUF13 çərçivəsində keçirilən QHT Forumunda qəbul olunan Bakı Bəyannaməsini 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi imzalayıb. Forum çərçivəsində fəaliyyət göstərən QHT Pavilyonunda 59 tədbir keçirilib və bu tədbirlərdə 3 minə yaxın yerli və xarici iştirakçı yer alıb. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib.

Forumun bağlanış mərasimində çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O bildirib ki, həftə ərzində nümayiş etdirilən müstəsna qonaqpərvərlik, təşkilatçılıq və liderlik WUF13-ü, həqiqətən, qlobal toplantıya çevirib. Rossbax Azərbaycanın dayanıqlılığını, qətiyyətini və yüksəksəviyyəli öhdəliyini xüsusi vurğulayıb: "Azərbaycan dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq və transformasiya etmək bacarığını göstərdi". UN-Habitat rəhbəri vurğulayıb ki, Bakıdan verilən çağırışın bütün dünyaya çatdırılması vacibdir və qlobal şəhər icması əldə olunan bilik, təcrübə və ideyalardan faydalanmalıdır.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təmsilçiləri, xarici qonaqlar da WUF13-ün yüksək səviyyədə təşkil edildiyni və qarşıya qoyduğu hədəflərə nail olduğunu qeyd ediblər. 

Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi etməklə qlobal arenadakı mövqeyini daha da möhkəmləndirdi. COP29-dan WUF13-ə doğru uzanan uğurlu diplomatik varislik fonunda yeni qlobal reallıq formalaşdırdı. Bakı Forumunda sırf memarlıq və tikinti məsələləri ilə yanaşı, müasir şəhərlərin səmərəli inkişafı üçün zəruri olan fundamental mövzular müzakirə olundu. Dayanıqlı inkişaf, qlobal urbanizasiya, insan rifahının yüksəldilməsi kimi genişmiqyaslı çağırışlar diqqət mərkəzində saxlanıldı. Bu xüsusiyyətlərinə görə forum qlobal şəhərsalma tarixinə çox mühüm və effektiv hadisə kimi yazıldı. 

Bakı platformasının ən mühüm tərəflərindən biri Azərbaycanın öz potensialını və reallıqlarını dünyaya yenidən nümayiş etdirməsi oldu. Forumda iştirak edən 176 ölkənin nümayəndələri Azərbaycanın multikultural dəyərləri, Qarabağ həqiqətləri və ölkəmizin unikal bərpa modeli ilə yaxından tanış olmaq imkanı qazandılar. Bakı özünü təkcə qonaqpərvər ev sahibi kimi deyil, həm də şəhərsalma və məskunlaşmanın işlək örnəyi kimi təqdim edə bildi. Azərbaycan hazırda şəhərlərin yenilənməsi, "yaşıl infrastruktur"un genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlim dayanıqlığının artırılması və inklüziv icmaların formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. 

Xüsusən işğaldan azad edilmiş ərazilərdə dünyanın ən iri yenidənqurma proqramlarından biri icra olunur. "Böyük qayıdış" proqramı çərçivəsində ölkənin öz maliyyə resursları hesabına 12 şəhər və 300-dən çox kənd yenidən qurulur. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi müasir şəhər konsepsiyaları və irimiqyaslı infrastruktur layihələri ilə öz zəngin təcrübəsini beynəlxalq birliyə ötürdü. 

Forum çərçivəsində səslənən innovativ fikirlər, irəli sürülən qlobal təşəbbüslər və qarşılıqlı təcrübə mübadiləsi şəhərsalma sahəsində gələcək hədəflərin müəyyənləşdirilməsinə xidmət edir. Müxtəlif ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi gələcəkdə daha dayanıqlı, təhlükəsiz və ekoloji cəhətdən təmiz şəhər modellərinin formalaşmasına güclü təkan verəcək. Bu mötəbər tədbir qlobal medianın diqqətini yenidən Bakıya yönəltdi. Müzakirə olunan mövzuların məğzi, əhəmiyyəti və gələcək gözləntilər dünya mətbuatında geniş işıqlandırıldı. 

İndiyə qədər Ümumdünya Şəhərsalma forumları daha çox texniki, memarlıq və yerli idarəetmə səviyyəli müzakirələrlə məhdudlaşırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə bura liderlər sessiyasının əlavə edilməsi mövzunu birbaşa dövlət başçıları və qlobal siyasət səviyyəsinə qaldırdı. Şəhərsalma, sadəcə, tikinti deyil, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və təhlükəsizlik fonunda strateji və siyasi prioritet kimi qəbul olunmağa başlandı. Bakının həm iştirakçı sayı, həm nümayəndəliklərin səviyyəsi, həm də qəbul edilən qərarların miqyası baxımından ən yaddaqalan foruma evsahibliyi etməsi ölkənin logistik, təşkilati və intellektual potensialının zirvəsidir. 

Nəticə etibarilə qlobal iqlimin gələcəyini COP29 ilə formalaşdıran Azərbaycan bu gün WUF13 ilə bəşəriyyətə daha yaşıl və dayanıqlı yaşayış məskənlərinin xəritəsini təqdim etdi. Güclü siyasi iradə və milli bərpa modeli ilə fəlakət zonalarını sülhün və tərəqqinin mərkəzinə çevirən Azərbaycan qlobal şəhərsalma tarixinə öz silinməz imzasını atdı. Məhz buna görədir ki, dünya Prezident İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

Ənənələrin, dəyərlərin və təcrübələrin qovuşduğu platforma

08:10
23 May

Azərbaycanın beynəlxalq əlaqələri yüksək qiymətləndirilir

08:05
23 May

176 ölkə, 58 mindən çox iştirakçı

08:00
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

03:08
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:07
23 May

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

03:06
23 May

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

03:03
23 May

Everestdə yeni dünya rekorduna imza atılıb  

22:34
22 May

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub 

22:26
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!