04 İyun 2026 08:10
744
SİYASƏT
A- A+
Tarixin ağır sınağından qüdrətli dövlətçiliyə...

Tarixin ağır sınağından qüdrətli dövlətçiliyə...


1993-cü ilin iyununda baş verən Gəncə hadisələrindən 33 il ötür. Üç onilliyi əhatə edən bu zaman kəsiyi bizə həmin günlərin Azərbaycan üçün nə qədər taleyüklü və təhlükəli olduğunu daha dərindən dərk etməyə imkan verir. Gəncədə baş verən silahlı toqquşma, sadəcə, lokal xarakterli qarşıdurma deyil, gənc müstəqil dövlətimizi birbaşa məhvə aparan, ölkəni vətəndaş müharibəsinin dərin, qarşısıalınmaz girdabına sürükləyən faciəli prosesin başlanğıcı idi.

Həmin vaxt ağır və faciəli proseslərin qarşısını Heydər Əliyev dühası aldı. 33 il əvvəl ölkəmizin məhv olmaq, parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın öz böyük oğluna - Heydər Əliyevə müraciət etməsi tarixi xilas oldu. Yalnız Ulu Öndərin proseslərə müdaxilə etməsi qardaş qırğınının qarşısını aldı, ölkəmizi və xalqımızı qurtuluş yoluna çıxardı. 


Böhran, xaos, anarxiya...


Müstəqilliyin ilk illərində işğal təhlükəsi ilə üz-üzə olan Azərbaycan həm də daxili çəkişmələr girdabında boğulurdu. Hakimiyyətdə olan siyasi qruplaşmalar dövlət quruculuğu, iqtisadi islahatlar və milli təhlükəsizliyin möhkəmləndirilməsi əvəzinə, hakimiyyət uğrunda kəskin mübarizəyə üstünlük verirdilər. Nəticədə bu naşı idarəçilik, hökm sürən dərəbəylik ölkəni dərin siyasi və hərbi böhrana sürüklədi. Cəbhədə torpaqlarımızın işğalına göz yumulur, daxildə isə anarxiya, separatizm və qanunsuz silahlı dəstələrin özbaşınalığı baş alıb gedirdi. Hakimiyyətdə bir-birini əvəzləyən siyasi qaragüruhların öz maraqları naminə xəyanətkar fəaliyyətlərinin nəticəsində vəziyyət getdikcə çıxılmaz hal alırdı və   1993-cü ilin yayına doğru siyasi və hərbi böhran daha da dərinləşərək mərkəzdənqaçmanın  özünün ən yüksək səviyyəsinə çatmasına birbaşa rəvac verdi. AXC-Müsavat cütlüyü faktiki olaraq hakimiyyət orqanlarına, o cümlədən ordu qüvvələrinə nəzarəti itirmiş, cəmiyyət həyatının bütün sahələrində anarxiya, xaos baş alıb gedirdi. Cəbhədə döyüşməli olan hərbi hissələr hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdular, paytaxt küçələrində tanklar şütüyürdü. Həmin zaman ölkədə müşahidə olunan siyasi böhran mövcud iqtidarın problemlərin qarşısında aciz qaldığını, dövlət idarəetmə aparatının öz qarşısında duran vəzifələrin öhdəsindən gələ bilmədiyini   göstərirdi. 

Qeyd edək ki, 1993-cü ilin fevralında prezident Ə. Elçibəy keçmiş korpus komandiri S.Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğvi barədə sərəncam imzalamışdı. Lakin ölkədəki mərkəzdənqaçmanın, hakimiyyətin yerlərdə nəzarəti itirməsinin nəticəsi idi ki, nə bu sərəncamın tələbləri, nə də bununla bağlı sonra qəbul edilən məsələlər yerinə yetirilmədi. Faktiki olaraq S.Hüseynovun əsir-yesirinə çevrilmiş cəbhə-müsavat iqtidarı ölkəni uçuruma yuvarlamışdılar.  

1993-cü il iyun ayının əvvəllərində Gəncə şəhərində sözügedən hərbi hissənin şəxsi heyəti ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi, qardaş qanı axıdıldı. O vaxt iqtidarda olan qaragüruhun idarəçilikdəki bağışlanmaz səhvləri ucbatından çoxsaylı insan ölümünə səbəb olan bu hadisələr AXC-Müsavat cütlüyünün alnına yazılmış və tarix boyu nifrətlə xatırlanacaq qara ləkə oldu. 

Gəncədə baş verən faciəvi hadisələrdən sonra ölkədəki vəziyyət ən acınacaqlı, idarəolunmaz vəziyyətə çatmışdı. Belə ağır şəraitdə S.Hüseynovun tabeçiliyindəki silahlı dəstənin Gəncə və ətraf rayonlarda hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlaması daha böyük faciələrdən xəbər verirdi. Ölkə vətəndaş müharibəsinin bir addımlığında idi. Bütün bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu. 


Xalqın qurtuluş çağırışı


Belə ağır məqamda xalqın yeganə ümidi və tək dayağı Heydər Əliyev idi. O vaxt xalqın təkidli istəyi ilə Ümummilli Liderin Bakıya gəlməsi, siyasi hakimiyyətə qayıdışı həm də, sözün həqiqi mənasında, xalqın öz taleyinə sahib çıxması demək idi. Vətənpərvər şəxsiyyət Heydər Əliyev öz ömrünü və nüfuzunu dövlətin xilasına həsr etdi. Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsinə imkan vermədi. 

Sonradan Azərbaycanın həmin mürəkkəb dövrü ilə bağlı Ulu Öndər Heydər Əliyev deyirdi ki, 1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı:  "Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Bakıya gəldiyi ilk gündən - 1993-cü il iyunun 9-dan etibarən Ulu Öndər birbaşa hadisələrin mərkəzinə, Gəncəyə üz tutdu. Ümummilli Liderin "ağsaqqal sözü", iradəsi və təcrübəsi ölkəni vətəndaş qarşıdurmasından, qardaş qırğınından qurtardı. Dahi şəxsiyyət Heydər Əliyev özünü bu ağır yükün altına verməklə, Azərbaycanın gələcəyini şəxsi maraqlarından üstün tutduğunu bir daha sübut etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni, parlaq bir era - Milli Qurtuluş dövrü başladı. Bu, Azərbaycanın qurtuluşu, inkişafı və əsl müstəqilliyinin bünövrəsinin qoyulması demək idi.

Ulu Öndər özünün siyasi dühası ilə ölkəmizi uçurumun kənarından döndərdi, daxili sabitliyi bərpa etdi, ordu quruculuğuna təkan verdi və beynəlxalq arenada Azərbaycanın nüfuzunu formalaşdırdı. Heydər Əliyev siyasəti təkcə dövləti xilas etmədi, həm də onu dayanıqlı və müasir inkişaf yoluna çıxardı.

Bu gün Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməllər üzərində Azərbaycan özünün ən qüdrətli, ən parlaq dövrünü yaşayır. Ulu Öndərin siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinə öz adını Qalib dövlət kimi yazdırdı. 30 illik işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin tam təmin edilməsi və bölgədə yeni reallıqların formalaşdırılması - bütün bunlar Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji xəttin ən böyük təntənəsidir.

33 il əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən atılan tarixi addımlar, göstərilən fədakarlıq bu gün bizim qürur duyduğumuz müstəqil, güclü və qalib Azərbaycana aparan yolun ilk addımları idi. Tarix bir daha sübut etdi ki, dövlətin və xalqın taleyi, onun həqiqi, vətənpərvər və qətiyyətli liderləri ilə sıx bağlıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!