04 İyun 2026 09:30
118
Oxucu məktubları
A- A+
Yaşıllaşan sənaye şəhəri

Yaşıllaşan sənaye şəhəri


Sumqayıt bu gün təkcə sənaye şəhəri deyil, həm də yaşıllıqlar diyarıdır. Şəhərin ekoloji simasının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər isə yaşıllaşdırma işlərinin nə qədər sistemli və məqsədyönlü aparıldığını nümayiş etdirir. 

Təkcə son vaxtlar 317 ünvanda quru və təhlükəli ağaclar kəsilib, ağacların sağlam inkişafını təmin etmək üçün mövsümi budama, eləcə də təmizləmə işləri aparılıb. Bununla yanaşı, 3000 hektara yaxın ərazidə yaz əkin işləri görülüb, ağacların dibləri yumşaldılıb.  

Şəhərin əsas prospekt və küçələri də yaşıllaşdırma tədbirlərindən kənarda qalmayıb. Bir sıra küçələrdə yeni çəmənliklər salınıb. Şəhərin müxtəlif ərazilərində, o cümlədən magistral yolun ətrafında 14 min müxtəlif növ ağac, bir o qədər qızılgül kolu, 25,5 min mövsümi gül və 5,2 min çoxillik gül kolu əkilib. Bu rəqəmlər şəhərin yaşıllıq fondunun nə qədər sürətlə genişləndiyini aydın göstərir.

Bütün görülən işlər onu deməyə əsas verir ki, Sumqayıtın yaşıllaşdırılması prosesi ardıcıl və davamlı xarakter daşıyır. Qarşıdan gələn yay mövsümündə də işlərin daha geniş miqyasda davam etdirilməsi planlaşdırılır.

Bir sözlə, Sumqayıt hər keçən gün yaşıllaşır, gözəlləşir. Bu isə şəhərimizdə sağlam və təmiz mühitin formalaşması deməkdir.


İlhamə MƏHƏMMƏDQIZI,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!