04 İyun 2026 09:40
114
Oxucu məktubları
A- A+
Kəndimizin su problemi həll olundu

Kəndimizin su problemi həll olundu


Dəmirçilər rayonumuzun böyük yaşayış kəndlərindəndir. Hazırda kəndin 1500 nəfərdən artıq əhalisi var. Sakinlərimizin əsas məşğuliyyəti əkinçilikdir. Hər il bu sahədən götürülən qazanc demək olar ki, əhalinin dolanışığını təmin edir. 

Ancaq son illər kəndin əkin sahələrinin su ilə təminatında problemlər yaranmışdı. Kəndin daxilindən keçən su kanalında olan mövcud problem bizə imkan vermirdi ki, əkilmiş sahələri vaxtında suvaraq. Bu barədə rayon rəhbərliyinə xahişlə müraciət etdik. Təcili tədbirlər görüldü. Dəmirçilər kəndində sakinlərə məxsus pay torpaqlarını suvarma suyu ilə təmin edən arxın əsaslı şəkildə təmirinə başlanıldı. Arx kol-kosdan təmizləndi və ümumi uzunluğu 6 min metr olan  arxın  4710 metr hissəsinə yeni polietilen boru çəkildi.

Hörmətli redaksiya! İndi kəndin əkin sahələri demək olar ki, su ilə tam təmin olunur. Kənd sakinləri qəzetiniz vasitəsilə bu işdə əməyi olan təşkilatlara minnətdarlıqlarını bildirirlər. 


Oruc MURADOV, 

Qazax rayonunun Dəmirçilər kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!