04 İyun 2026 09:20
2064
Oxucu məktubları
A- A+
Vətən Murad kimi oğulları unutmur

Vətən Murad kimi oğulları unutmur


Zəfər şəhidi Murad Vasıf oğlu Abbasov Lənkəranın Şıxəkəran kəndində dünyaya göz açıb. Vətənə sevgi, məhəbbət ruhunda boya-başa çatan Murad 2015-ci ildə orta təhsilini başa vurduqdan sonra ordu sıralarına yollanıb. O, cəbhə bölgəsində  hərbi xidmətini bitirib üzüağ evinə qayıdıb.

Murad 2020-ci il İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Vətənin qeyrətli oğulları ilə əlinə silah alaraq yağıya qarşı vuruşub. Neçə-neçə qanlı savaşdan zəfərlə çıxan igid döyüşçü 2020-ci il oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra doğma kəndində Vətən torpağının sinəsinə baş qoyub. Azərbaycan ərazilərinin işğaldan azad olunması  zamanı döyüş tapşırıqlarını və  xidməti  vəzifələrini şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", Cəbrayılın, Qubadlının azadlığına görə  medalları ilə təltif edilib.

Bu günlər Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində  Murad  Abbasovun  xatirəsinə həsr olunmuş mövlud mərasimi keçirilib. Lənkəran şəhər rəhbərliyi, N.Həsənov adına Şıxəkəran  kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbir zamanı  ölümsüzlüyə qovuşan Muradın foto və şəxsi əşyalarından ibarət sərgi ilə tanışlıq olub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirələri birdəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbiri açaraq  şəhid Murad Abbasovun Vətən uğrunda göstərdiyi şücaətdən, onun qəhrəmanlıq yolundan danışıb, belə igidlərin xatirələrinin daim ürəklərdə yaşayacağını  vurğulayıb. Çıxışını bitirən natiq mərkəzin rəsm kursunda şəhidin yağlı boya ilə çəkilmiş portretini  anasına təqdim edib.

Çıxış edən digər natiqlər  bildiriblər  ki, bu qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, qərinələr boyunca gələn nəsillər Vətəni sevməyi, torpağını necə qorumağı  bu qəhrəmanlardan öyrənəcəklər.   

Şəhidin valideynləri tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını  bildiriblər.


Zəfər ORUCOÜLU,

Lənkəran şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!