10 Sentyabr 2026 10:10
165
İQTİSADİYYAT
A- A+
Naxçıvanın coğrafi üstünlükləri

Naxçıvanın coğrafi üstünlükləri


Bunlar yerli sahibkarlara istehsal etdikləri məhsulları xarici bazarlara daha tez çıxarmağa imkan verir


Naxçıvan  Muxtar Respublikasında sahibkarlıq yeni iqtisadi model, dövlət dəstəyi və infrastrukturun modernləşdirilməsi sayəsində sürətlə inkişaf edir. Özəl təşəbbüsün təşviqi, sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması muxtar respublikada yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindəndir.

Naxçıvan  Muxtar Respulikası Sahibkarlığın İnkişafı Fondunun 2026-cı il üzrə müəyyən etdiyi maliyyələşmə prioritetləri sənaye, xidmət, kənd təsərrüfatı, sosial, yaradıcı və regional iqtisadiyyat sahələrini əhatə edir. Bu prioritetlərin əsas məqsədi qeyri-neft sektorunda innovativ istehsal, emal və müvafiq infrastrukturun yaradılmasıdır.

Hədəf  kimi isə  ixracyönümlü və idxaləvəzedən məhsul artımının təmin edilməsi, həmçinin iqtisadiyyatda özəl sektorun payının artırılması müəyyən edilib. Cari ilin  ilk 7 ayının nəticələrinə görə, fond tərəfindən ayrılan güzəştli kredit məbləğinin 54,1 faizi kənd təsərrüfatı, 27,7 faizi sənaye, 18,2 faizi xidmət sahələrinə yönəldilib. Maliyyələşdirilən layihələrin böyük hissəsi - 89,8 faizi Naxçıvan şəhərindən kənarda, yəni rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarların payına düşür. 

2023-cü ildən 2026-cı ilin ilk altı ayı da daxil olmaqla, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 342 sahibkarlıq layihəsinin maliyyələşdirilməsi təmin edilib, bu məqsədlə səlahiyyətli bank və kredit təşkilatları vasitəsilə ümumilikdə 27,2 milyon manat güzəştli kredit verilib. Bu dövr ərzində maliyyələşdirilmiş layihələrin 77 faizi 2025-ci il və 2026-cı ilin birinci yarımilinin payına düşür. Layihə sayının sürətlə artması fonunda bir layihəyə düşən orta kredit məbləğinin azalması güzəştli maliyyələşmənin daha geniş sahibkar təbəqəsini əhatə etdiyini, xüsusilə kiçik və orta sahibkarlığın, ailə təsərrüfatlarının dəstəklənməsinin gücləndiyini göstərir.

Qeyd edək ki, 2023-2025-ci illərdə muxtar respublika iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. 2023-cü illə müqayisədə 2025-ci ildə ÜDM real ifadədə 7,6 faiz, sənaye istehsalı 4,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 25,7 faiz, informasiya və rabitə sahəsi isə 2,1 faiz artıb.

İqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri investisiya fəallığının əhəmiyyətli dərəcədə genişlənməsi olub. Əsas kapitala investisiyalar 2023-cü illə müqayisədə 2,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri real ifadədə 2,1 dəfə artıb.

Kənd təsərrüfatının inkişafı üçün yeni dövlət proqramları həyata keçirilir. Fermerlər və kiçik torpaq mülkiyyətçiləri üçün kənd təsərrüfatı istehsalı kooperativləri yaradılır. Naxçıvan Sənaye Parkının yaradılması və Orta dəhlizə inteqrasiya biznes mühitini gücləndirir. 

Prezident  İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında" dövlət başçısının 2 sentyabr 2026-cı il tarixli sərəncamı muxtar respublikanın sosial-iqtisadi inkişaf prioritetlərinin müasir çağırışlara uyğunlaşdırılması və tədbirlərin icra mexanizmlərinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli yazır ki, dövlət proqramına edilən dəyişikliklər iqtisadi fəallığın və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat əlçatanlığının artırılması, təhsil və sosial xidmətlərin əhatəsinin genişləndirilməsi, eləcə də ekoloji dayanıqlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha nəticəyönümlü təşkilinə xidmət edir.

Sözügedən dəyişikliklər nəticəsində dövlət proqramında sahibkarlığın və ixracın dəstəklənməsi istiqamətində yanaşmalar da dəqiqləşdirilib. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların ölkədaxili və xarici bazarlara çıxışının sürətləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşınma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

İİTKM-in sektor müdiri bildirir ki, müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin yüksəldilməsi ixracın, məşğulluğun və işgüzar əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq. Onun sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixrac imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi gözlənilir. Dövlət proqramına edilən dəyişikliklərə əsasən, bu imkanlardan səmərəli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə əsasında baxılmasının nəzərdə tutulması çevik və iqtisadi əsaslandırmaya söykənən dəstək mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu yanaşma yerli istehsalın iqtisadiyyatda rolunun gücləndirilməsinə və Naxçıvanın regional ticarət-logistika imkanlarının reallaşdırılmasına xidmət edəcək.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi

10:40
10 Sentyabr

Müasir şəhərsalma konsepsiyasının uğuru

10:30
10 Sentyabr

Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu

10:25
10 Sentyabr

Yaddaşımıza hopmuş əbədi nəğmələr

10:20
10 Sentyabr

Azərbaycanın dəyişən ixrac xəritəsi

10:15
10 Sentyabr

Naxçıvanın coğrafi üstünlükləri

10:10
10 Sentyabr

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

10:05
10 Sentyabr

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

10:00
10 Sentyabr

“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”

09:50
10 Sentyabr

Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır

09:40
10 Sentyabr

Sülh gündəliyinin alternativi yoxdur

09:30
10 Sentyabr

Orta dəhlizin aparıcı gücü

09:20
10 Sentyabr

Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 

09:10
10 Sentyabr

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09:00
10 Sentyabr

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib

08:50
10 Sentyabr

Bakıdan dünyaya növbəti iqlim çağırışı

08:40
10 Sentyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub 

08:30
10 Sentyabr

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

08:20
10 Sentyabr

Aleksandr Yakovleviç Şarovski

08:10
10 Sentyabr

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

08:00
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!