10 Sentyabr 2026 10:05
209
İQTİSADİYYAT
A- A+
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub


Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Adana şəhərində ölkəmizin biznes və investisiya imkanları tanıdılıb, keçirilən görüşlərdə işbirliyinə dair müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Adana şəhərinə işgüzar səfər təşkil edib. Səfərdə "SOCAR Türkiyə" şirkətinin nümayəndəsi də iştirak edib.

Səfər çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Adana Hacı Sabancı Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü ilə görüşüb. Görüşdə Sənaye Zonası ilə potensial əməkdaşlıq istiqamətləri, birgə layihələr və investisiya imkanları müzakirə olunub. Sənaye Zonası nümayəndələrinin Azərbaycanda işbirliyi imkanları ilə yerində tanış olmalarının faydalı ola biləcəyi vurğulanıb. Həmçinin Sənaye Zonasının nümayəndələri 25-26 sentyabr tarixlərində Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunublar.

Adana Hacı Sabancı Sənaye Zonasının üzv şirkətləri üçün "Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri" mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Ölkəmizin biznes və investisiya mühiti, investorlar və sahibkarlar üçün tətbiq edilən güzəşt və təşviqlərə dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Səfər iştirakçıları "Abdioğulları Plastik və Qablaşdırma", "Sami Trafo" və "Çukurova Silo İdarəçiliyi" şirkətlərində istehsal fəaliyyəti ilə tanış olublar. Həmin şirkətlərlə tərəfdaşlıq müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi

10:40
10 Sentyabr

Müasir şəhərsalma konsepsiyasının uğuru

10:30
10 Sentyabr

Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu

10:25
10 Sentyabr

Yaddaşımıza hopmuş əbədi nəğmələr

10:20
10 Sentyabr

Azərbaycanın dəyişən ixrac xəritəsi

10:15
10 Sentyabr

Naxçıvanın coğrafi üstünlükləri

10:10
10 Sentyabr

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

10:05
10 Sentyabr

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

10:00
10 Sentyabr

“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”

09:50
10 Sentyabr

Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır

09:40
10 Sentyabr

Sülh gündəliyinin alternativi yoxdur

09:30
10 Sentyabr

Orta dəhlizin aparıcı gücü

09:20
10 Sentyabr

Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 

09:10
10 Sentyabr

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09:00
10 Sentyabr

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib

08:50
10 Sentyabr

Bakıdan dünyaya növbəti iqlim çağırışı

08:40
10 Sentyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub 

08:30
10 Sentyabr

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

08:20
10 Sentyabr

Aleksandr Yakovleviç Şarovski

08:10
10 Sentyabr

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

08:00
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!