10 Sentyabr 2026 09:20
207
SİYASƏT
A- A+
Orta dəhlizin aparıcı gücü

Orta dəhlizin aparıcı gücü


Son illər dünyada ticarət yollarının dəyişməsi və yeni iqtisadi reallıqların yaranması Avrasiya məkanında nəqliyyat və logistika məsələlərini ön plana çıxarıb. Bu prosesdə ən çox diqqətçəkən marşrutlardan biri Orta dəhlizdir (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu). Azərbaycan isə əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi infrastruktur layihələri ilə bu strateji dəhlizin tam mərkəzində, əsas aparıcı rolda çıxış edir.


Qlobal əməkdaşlığın ünvanı 


Bu günlərdə Bakının evsahibliyi etdiyi "Qara dəniz və Xəzər Yük Forumu 2026: Dəhlizlər, İnfrastruktur, İnvestisiyalar" adlı 5-ci Beynəlxalq Konfrans kimi mötəbər tədbir də bir daha sübut etdi ki, Azərbaycan Orta dəhlizin önəmli qovşaqlarından biri olmasının fonunda qlobal əməkdaşlığın əsas müzakirə mərkəzlərindən birinə çevrilib.

Ötən il "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev Azərbaycanın sözügedən dəhlizin inkişafında oynadığı əhəmiyyətli rola belə vurğu etmişdi: "Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir".

Vurğulandığı kimi, Azərbaycanın Orta dəhlizin əsas tərəflərindən biri olması onun strateji mövqeyi ilə yanaşı, ölkədə yaradılan infrastrukturla birbaşa bağlıdır.  Ölkəmiz Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanını tikib, Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verib və beynəlxalq yollarını tam modernləşdirib.  Eyni zamanda ölkəmiz Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir ki, bu da yüklərin dəniz üzərindən maneəsiz və sürətli daşınmasına şərait yaradır. Gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, logistika mərkəzlərinin rəqəmsallaşdırılması xərcləri və daşınma vaxtını azaldaraq dəhlizin rəqabət qabiliyyətini artırır. 

Bütün bunlar Azərbaycanı Orta dəhlizdə əsas dövlətlərdən birinə çevirir. 


Sülh və iqtisadi inkişaf platforması 


Orta dəhliz yalnız nəqliyyat marşrutu deyil, ABŞ, Çin və Avropa İttifaqı kimi böyük güclərin maraqlarının kəsişdiyi və dəstəklədiyi sülh və iqtisadi inkişaf platformasıdır. Buna görədir ki, sözügedən dünya nəhəngləri ayrı-ayrılıqda Azərbaycanla ikitərəfli əlaqələrə böyük önəm verirlər. 

ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq zirvəsinə yüksəlib. Ötən il 8 avqust Vaşinqton Sammitindən sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində ticarət, energetika, süni intellekt, nəqliyyat və təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.

Azərbaycan və ABŞ hökumətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Azərbaycan və ABŞ-nin Orta dəhlizi əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Sənəddə həmçinin Zəngəzur dəhlizi (TRIPP) xüsusi qeyd olunur. 

Azərbaycanın ən böyük tərəfdaşlarından biri Çindir. Əlaqələri dinamik dərinləşən iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birini Orta dəhlizin inkişafı təşkil edir. Avropa ilə Asiyanı birləşdirən bu mühüm nəqliyyat marşrutu yüklərin təhlükəsiz və sürətli daşınması baxımından böyük əhəmiyyətə malikdir. Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün əsas hissələrindən  biri olan Orta dəhliz ölkələrimizin çoxşaxəli əlaqələrinə də şərait yaradır. 

Avropa İttifaqı da Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən bu marşrutun inkişafında maraqlıdır. 

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Bakıda mətbuata bəyanatında deyib ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir: "Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır".

Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına daha qısa və təhlükəsiz çıxış yolları axtarışı Orta dəhlizə olan marağı yüksək həddə çatdırıb. Region dövlətləri üçün Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən bu marşrut iqtisadi müstəqilliyin və ticarət şaxələndirməsinin əsas zəmanətidir. 

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan sıx siyasi dialoq və qardaşlıq münasibətləri nəqliyyat-logistika sahəsində praktiki layihələrlə tamamlanır. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi və Zəngəzur dəhlizi layihəsinin reallaşma mərhələsinə qədəm qoyması Mərkəzi Asiyanın Avropaya çıxış imkanlarını bir qədər də artırır. Bu infrastruktur şəbəkəsi region ölkələrinə öz təbii resurslarını və sənaye məhsullarını Türkiyə və Avropa bazarlarına daha az xərclə və sürətlə çatdırmaq imkanı verir. 

Bütün bunlar göstərir ki, Azərbaycan sadəcə yolların kəsişdiyi coğrafiya deyil, həm də qitələri, iqtisadiyyatları və xalqları birləşdirən sülh və tərəfdaşlıq mərkəzidir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi

10:40
10 Sentyabr

Müasir şəhərsalma konsepsiyasının uğuru

10:30
10 Sentyabr

Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu

10:25
10 Sentyabr

Yaddaşımıza hopmuş əbədi nəğmələr

10:20
10 Sentyabr

Azərbaycanın dəyişən ixrac xəritəsi

10:15
10 Sentyabr

Naxçıvanın coğrafi üstünlükləri

10:10
10 Sentyabr

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

10:05
10 Sentyabr

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

10:00
10 Sentyabr

“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”

09:50
10 Sentyabr

Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır

09:40
10 Sentyabr

Sülh gündəliyinin alternativi yoxdur

09:30
10 Sentyabr

Orta dəhlizin aparıcı gücü

09:20
10 Sentyabr

Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 

09:10
10 Sentyabr

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09:00
10 Sentyabr

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib

08:50
10 Sentyabr

Bakıdan dünyaya növbəti iqlim çağırışı

08:40
10 Sentyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub 

08:30
10 Sentyabr

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

08:20
10 Sentyabr

Aleksandr Yakovleviç Şarovski

08:10
10 Sentyabr

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

08:00
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!