10 Sentyabr 2026 08:40
126
İQTİSADİYYAT
A- A+
Bakıdan dünyaya növbəti iqlim çağırışı

Bakıdan dünyaya növbəti iqlim çağırışı


Bakı Xəzərin sahilində yerləşən bir şəhər statusundan çıxaraq, iqlim dəyişmələrinin gətirdiyi suallara cavab axtarılan, gələcəyin necə olacağı barədə düşüncələrin bir araya gəldiyi məkan kimi yenə dünyanın diqqət mərkəzindədir. Bu baxımdan hazırda davam edən "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"ya, sadəcə, növbəti beynəlxalq tədbir demək olmaz. O, iqlimlə bağlı fikirlərin konkret addımlara çevrilməsi üçün yaranan mühüm imkanlardan biridir.

Hər kəsin gözü qabağında gündən-günə iqlim dəyişir. Və bunu uzaq gələcəyin daha böyük problemi kimi təsəvvür etmək elə də çətin deyil. Daha isti aylar, tez-tez  dəyişən hava şəraiti, meşələrə, kənd təsərrüfatına və şəhərlərə dəyən ekoloji ziyan bizə bir həqiqəti diktə edir: bu, təbiətlə münasibətdə etdiyimiz səhvlərin əks-sədası və nəticəsidir. Bəlkə də iqlim məsələsinin ən çətin tərəfi də elə budur. Təbiətin bizə göndərdiyi siqnallar çox vaxt səssizdir. Bir gölün suyunun azalması, torpağın quruması, ağacların əvvəlkindən tez çiçəkləməsi və ya havanın bir neçə dərəcə dəyişməsi ilk baxışda kiçik görünə bilər. Amma bu kiçik dəyişikliklər bir-birinin üstünə yığılanda bütöv mənzərə dəyişir.

Şəhərimizdə keçirilən beynəlxalq  tədbirin əhəmiyyəti də elə bundadır. İqlim məsələsi təbii ki, əsasən təbiətin qorunmasını özündə ehtiva edir. Bununla belə enerjidən tutmuş nəqliyyata, kənd təsərrüfatından şəhər həyatına qədər bir çox sahələr mövzu ilə birbaşa bağlıdır. Bu sahələrdə indi atılan addımlar sabah necə bir mühitdə yaşayacağımızı müəyyənləşdirir. Ona görə də iqlim dəyişmələrinə qarşı mübarizəni uzaq gələcəyə saxlamaq olmaz, o, bu günün işidir.

Azərbaycan üçün bu mövzu xüsusi məna daşıyır. Su ehtiyatlarının qorunması, enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı və daha dayanıqlı şəhərlərin qurulması indinin məsələsidir. Bakı isə bütün bunların fonunda maraqlı bir məkana çevrilir. Bir tərəfdə əsrlər boyu neft sənayesi ilə tanınan şəhər, digər tərəfdə daha təmiz və dayanıqlı gələcəyə keçid axtarışları. Sanki şəhərin özü də dəyişən dünyanın hekayəsini danışır. Enerji ilə böyüyən bir şəhər indi enerjinin gələcəyini müzakirə edir.

Amma iqlim fəaliyyətinin ən vacib sözü bəlkə də "fəaliyyət"dir. Çünki iqlimlə bağlı gözəl fikirlər, böyük konfranslar və verilən vədlər yalnız real addımlara çevrildikdə məna qazanır. Daha az tullantı, daha səmərəli enerji, daha "ağıllı şəhər"lər, daha qənaətli su istifadəsi və təbiətə daha məsuliyyətli münasibət  məhz belə konkret addımlardan başlayır. Bu gün Bakıda səslənən fikirlər sabahın şəhərlərində, istehsal müəssisələrində, enerji sistemlərində və gündəlik həyatımızda öz əksini tapa bilər. Ona görə də bəhs etdiyimiz beynəlxalq tədbiri gələcəklə bağlı söhbətin növbəti dayanacağı kimi qiymətləndirməliyik. Bu söhbətin dəyəri isə onun real həyata toxunduğu yerdə başlayır. 

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə diqqət bir neçə əsas istiqamətə yönəlib.  Bu, "yaşıl enerji"yə keçid, təmiz texnologiyaların tətbiqi, şəhərlərin iqlim dəyişmələrinə uyğunlaşdırılması və dayanıqlı kənd təsərrüfatını təmin etməkdir.  Burada həmçinin biznesin "yaşıl transformasiya"dakı rolu, iqlim maliyyəsi və emissiyaların azaldılması üçün yeni həllər də diqqət mərkəzindədir. Bütün bu mövzuların arxasında isə eyni sual dayanır: daha isti, daha quraq və daha dəyişkən bir dünyada həyatımızı necə daha təhlükəsiz və dayanıqlı edə bilərik?  Sualın cavabı Bakı Konqres Mərkəzində keçirilən panel müzakirələrində də axtarılır. 

Xəzər dənizi ilə bağlı paneldə söhbət artıq gözümüzün qarşısında dəyişən bir coğrafiyadan gedir. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ekosistemlərə, şəhərlərə, infrastruktura və iqtisadi fəaliyyətə təsiri müzakirə olunub. Xəzərin gələcəyinə dair müxtəlif ssenarilər fonunda əsas məsələ bu dəyişikliklərə necə hazırlaşmaq və sahilyanı əraziləri necə qorumaqdır. 

Kənd təsərrüfatı da iqlim gündəliyinin əsas mövzularındandır. Müzakirələrdə quraqlıq, yağıntıların dəyişməsi və ekstremal hava hadisələrinin fermerlərə təsiri önə çıxıb. Burada fikir sadədir: iqlim dəyişirsə, kənd təsərrüfatı da yenilənməlidir. Çünki  daha çevik subsidiya mexanizmləri, dayanıqlı istehsal və yeni uyğunlaşma yolları  zərurətdir. 

Digər diqqətçəkən mövzulardan biri süni intellektin erkən xəbərdarlıq sistemlərində istifadəsidir. Fırtına, sel, daşqın və digər təhlükələri daha əvvəl müəyyən etmək üçün süni intellekt əsaslı hava proqnozu modellərinin imkanları müzakirə olunub. Texnologiyanın burada məqsədi  daha dəqiq proq-noz verməklə bərabər təhlükə gəlməmişdən əvvəl insanlara və infrastruktura hazırlaşmaq üçün vaxt qazandırmaqdır. 

İqlim maliyyəsi də diqqətdən kənarda qalmayıb. Belə ki, karbon emissiyalarının azaldılmasına yönələn layihələrə investisiya cəlb etmək, "yaşıl texnologiya"ların və dayanıqlı infrastrukturun maliyyələşməsini artırmaq imkanları müzakirə edilib. Deməli, iqlim fəaliyyəti yalnız ekoloji məsələ olmaqla bitmir. Onun arxasında böyük bir maliyyə və investisiya gündəliyi dayanır. 

Bütün bu müzakirələrin kəsişdiyi əsas fikir birdir: iqlim dəyişmələrinə qarşı addımlar bu gündən atılmalıdır, sabah gec olar. Söhbət enerji, su, kənd təsərrüfatı, şəhərlər və iqtisadiyyatla bağlı verdiyimiz qərarların sabah hansı dünyanı yaradacağından gedir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09:00
10 Sentyabr

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib

08:50
10 Sentyabr

Bakıdan dünyaya növbəti iqlim çağırışı

08:40
10 Sentyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub 

08:30
10 Sentyabr

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

08:20
10 Sentyabr

Aleksandr Yakovleviç Şarovski

08:10
10 Sentyabr

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

08:00
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə  

03:50
10 Sentyabr

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 356-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:42
10 Sentyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:41
10 Sentyabr

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 350-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:40
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilməsi haqqında

03:38
10 Sentyabr

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 352-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:36
10 Sentyabr

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə  

03:35
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında  

03:34
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nda dəyişiklik edilməsi barədə 

03:31
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” 2008-ci il 13 iyun tarixli 136 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2017-ci il 14 noyabr tarixli 490 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında” 2020-ci il 8 avqust tarixli 286 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

03:30
10 Sentyabr

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:28
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

03:26
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:25
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!