10 Sentyabr 2026 10:15
161
İQTİSADİYYAT
A- A+
Azərbaycanın dəyişən ixrac xəritəsi

Azərbaycanın dəyişən ixrac xəritəsi


Qeyri-neft məhsullarımız yeni bazarlara çıxır


Bir vaxtlar Azərbaycanın ixrac çeşidinə baxanda göz önünə ilk növbədə neft və qaz gəlirdi. İndi isə həmin siyahıya hər ay, hər il neftdənkənar məhsulların adları əlavə olunur. Meyvə-tərəvəz, şərab və digər kənd təsərrüfatı məhsullarından tutmuş kimya sənayesi, metallurgiya və müxtəlif sənaye mallarımızın ixrac coğrafiyası da genişlənir.

Bu dəyişiklik təsadüfi deyil. İqtisadiyyatın şaxələndirilməsi, neftdənkənar sahənin inkişafı və yerli məhsulların dünya bazarlarına çıxarılması Azərbaycanın qarşısında böyük imkanlar açır. Daimi ixrac bazarları ilə yanaşı, yeni coğrafiyalara doğru hərəkət də sürətlənir. Azərbaycanın ixrac xəritəsi  artıq "nə ixrac edək?" sualı ilə  üz-üzə deyil. Əksinə, "hara ixrac edirik?" sualına fərqli cavab verməyə başlayır. Bəs neftdənkənar ixracda hansı məhsullar önə çıxır? Yerli istehsalçılar hansı xarici bazarlara üz tuturlar? Qarşıdakı illərdə Azərbaycanın ixrac coğrafiyasını hansı istiqamətlər genişləndirə bilər?

Qeyd olunan sualların cavabı isə Azərbaycanın qeyri-neft-qaz ixracında əsas bazarların və yeni istiqamətlərin formalaşmasına nəzər saldıqda daha aydın görünür. Ənənəvi olaraq, qeyri-neft məhsullarının əsas alıcıları arasında region ölkələri xüsusi yer tutur. Rusiya, Türkiyə və Gürcüstan kimi yaxın bazarlar Azərbaycan məhsullarının xaricdə tanınmasında və satış coğrafiyasının formalaşmasında mühüm rol oynayır. Bununla yanaşı, son illər Mərkəzi Asiya, Yaxın Şərq və Avropa istiqamətlərində də xeyli imkanlar yaranıb.

İxrac  haqqında danışarkən ilk növbədə kənd təsərrüfatı məhsullarının rolunu qeyd etmək lazımdır. Meyvə-tərəvəz, pomidor, fındıq, xurma, müxtəlif emal olunmuş ərzaq məhsulları xarici bazarlarda Azərbaycan brendinin formalaşmasında böyük rol oynyır. Amma bu o demək  deyil ki, ixrac səbətində başqa məhsullar yoxdu. Təbii ki, belə deyil. Kimya sənayesi məhsulları, gübrələr, alüminium və ondan hazırlanan məmulatlar, pambıq və pambıq ipliyi, müxtəlif sənaye məhsulları neftdənkənar  ixracın strukturunda geniş yer tutur. 

Rəsmi statistikaya nəzər saldıqda Azərbaycanın ixrac səbətində həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının kifayət qədər  yer aldığını görürük. 2025-ci ildə əvvəlki illə müqayisədə təzə meyvə ixracı 21,4, təzə tərəvəz ixracı 18, şəkər ixracı 67,6, kartof ixracı 47,8, bitki yağları ixracı 25, pambıq ipliyi ixracı 30,5 faiz artıb. Sənaye məhsulları arasında isə xüsusilə emal olunmamış alüminium ixracının 87 faiz artması diqqət çəkir. Eyni zamanda polietilen ixracı 12,7, sement klinkerləri 11,5, polipropilen ixracı isə 0,8 faiz yüksəlib.

Azərbaycanın xarici ticarət xəritəsində Avropa ölkələri ilə yanaşı, regionun və dünyanın aparıcı iqtisadi gücləri də xüsusi çəkiyə malikdir. Dövlət Gömrük Komitəsinin məlumatları göstərir ki, ölkənin xarici ticarət dövriyyəsində əsas pay bir neçə strateji tərəfdaşın üzərinə düşür. Bu ölkənin yüksək göstəricisi iki ölkə arasındakı iqtisadi münasibətlərin strateji xarakterini bir daha ortaya qoyur.

Siyahının zirvəsində isə İtaliya yer alıb. Azərbaycanın xarici ticarət dövriyyəsinin 24 faizi bu ölkənin payına düşür. Ölkənin xarici ticarət dövriyyəsində hər dörd manatdan təxminən birinə İtaliya sahibdir. Bu  da o deməkdir ki, Azərbaycanın xarici iqtisadi əlaqələrində Avropa istiqamətinin,  xüsusilə  də İtaliya ilə əməkdaşlığın çəkisi kifayət qədər böyükdür. Türkiyə 11,6 faizlə ikinci, Rusiya 10 faizlə üçüncü, Çin isə 9,9 faizlə dördüncüdür. Bu mənzərə Azərbaycanın xarici ticarət coğrafiyasının Avropa ilə yanaşı, regional və qlobal iqtisadi mərkəzlər üzrə də şaxələndiyini göstərir. Azərbaycanın digər aparıcı ticarət tərəfdaşları sırasında İsveçrə 3,6, ABŞ 3,1, Almaniya 2,8, Birləşmiş Krallıq 2,3 faiz payla təmsil olunur. 

Xarici ticarət coğrafiyasının daha bir diqqətçəkən xüsusiyyəti isə tərəfdaş ölkələrin kifayət qədər geniş spektrə malik olmasıdır. Avstraliya, Gürcüstan və Yunanıstanın hər birinin payı 1,8 faiz təşkil edir. Bolqarıstan 1,7, Çexiya və Özbəkistan 1,6, Rumıniya, Xorvatiya və Qazaxıstanın hər biri isə 1,4 faizlə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır. İran Azərbaycanın xarici ticarət dövriyyəsində 1,3, Ukrayna 1 faiz paya malikdir. Portuqaliya və Belarusun hər birinin payı 0,9, Fransa və Hindistanın  ayrı-ayrılıqda payı  0,8 faizdir. 

Göründüyü kimi, Azərbaycanın ixrac coğrafiyasının genişlənməsi üçün Mərkəzi Asiya, Yaxın Şərq, Şimali Afrika və Avropa bazarları vacib yer tutur. Əsas hədəf  də ixracın həcmini artırmaqla yanaşı, daha çox əlavə dəyər yaradan məhsulların dünya bazarlarına çıxarılmasını sürətləndirməkdir. Bu baxımdan yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi, Azərbaycan məhsullarının yeni bazarlarda tanıdılması və ixracatçı şirkətlərin imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Neftdənkənar sahədə emal və istehsal zəncirinin gücləndirilməsi ölkənin ixrac strukturunda daha dayanıqlı dəyişikliklərin formalaşmasına imkan verə bilər.

Nəticə etibarı ilə Azərbaycanın ixrac xəritəsi dəyişir. Neft və qazın dominant olduğu ənənəvi modelə yeni məhsullar, yeni bazarlar və yeni iqtisadi imkanlar əlavə olunur. Qarşıdakı illərdə bu coğrafiya və çeşidin nə qədər genişlənəcəyi isə neftdənkənar sahədə istehsalın və ixrac imkanlarının artırılmasından asılı olacaq.


Züleyxa  ƏLİYEVA, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi

10:40
10 Sentyabr

Müasir şəhərsalma konsepsiyasının uğuru

10:30
10 Sentyabr

Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu

10:25
10 Sentyabr

Yaddaşımıza hopmuş əbədi nəğmələr

10:20
10 Sentyabr

Azərbaycanın dəyişən ixrac xəritəsi

10:15
10 Sentyabr

Naxçıvanın coğrafi üstünlükləri

10:10
10 Sentyabr

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

10:05
10 Sentyabr

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

10:00
10 Sentyabr

“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”

09:50
10 Sentyabr

Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır

09:40
10 Sentyabr

Sülh gündəliyinin alternativi yoxdur

09:30
10 Sentyabr

Orta dəhlizin aparıcı gücü

09:20
10 Sentyabr

Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 

09:10
10 Sentyabr

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09:00
10 Sentyabr

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib

08:50
10 Sentyabr

Bakıdan dünyaya növbəti iqlim çağırışı

08:40
10 Sentyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub 

08:30
10 Sentyabr

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

08:20
10 Sentyabr

Aleksandr Yakovleviç Şarovski

08:10
10 Sentyabr

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

08:00
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!