10 Sentyabr 2026 09:10
214
SİYASƏT
A- A+
Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 

Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 


Azərbaycan Cənubi Qafqazın aparıcı gücü olmaqla yanaşı, Avrasiya məkanının da mühüm təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrilib. Bu reallıq fonunda ölkəmizin beynəlxalq tərəfdaşları, o cümlədən Avropa İttifaqı və qitənin aparıcı dövlətləri Bakı ilə münasibətləri yeni müstəviyə qaldırmağa xüsusi önəm verirlər. Regionda yaranmış yeni reallıqlar, qlobal enerji bazarlarındakı dəyişiklik və beynəlxalq nəqliyyat marşrutlarının yenidən qurulması Bakı ilə Brüssel arasındakı münasibətləri daha sistemli və genişmiqyaslı müstəviyə çıxarıb. Tərəflər arasında qurulan strateji tərəfdaşlıq modeli təkcə siyasi bəyanatlarla və çərçivə sənədləri ilə məhdudlaşmır, real iqtisadi, geostrateji və təhlükəsizlik ehtiyaclarına əsaslanır. 

Müasir dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti zəngin karbohidrogen ehtiyatları ilə yanaşı, həm də ölkəmizin Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı tranzit və logistika mərkəzi kimi çıxış etməsindən qaynaqlanır. Avropa əvvəllər Azərbaycana enerji mənbəyi kimi baxırdısa, bu gün ölkəmizi özünün enerji və nəqliyyat təhlükəsizliyinin əsas təminatçılarından biri kimi dəyərləndirir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin məhz Azərbaycanın payına düşməsi ölkəmizin regionun əsas iqtisadi lokomotivi olduğunu aydın şəkildə nümayiş etdirir. 

Strateji yaxınlaşmanın və Bakıya artan diqqətin bariz göstəricisi olaraq Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə intensiv səfərlərini qeyd etmək olar. 2026-cı ilin martında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın, may ayında Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın və iyulda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri rəsmi Bakının Brüsselin xarici siyasət gündəmində nə dərəcədə önəmli aktor olmasından xəbər verir. Qitənin ali rəhbərliyinin Prezident İlham Əliyev ilə keçirdiyi konstruktiv görüşlər Brüsselin Cənubi Qafqazda sabitlik, inkişaf və təhlükəsizliyin mərkəzi kimi məhz Azərbaycanı qəbul etdiyini göstərir. Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycanı Avropa İttifaqının strateji tərəfdaşı adlandıraraq, dünyada az sayda ölkənin Azərbaycan qədər regional əməkdaşlığın və sabitliyin inkişafına töhfə vermək imkanına malik olduğunu xüsusi vurğulamışdır. 

Paralel olaraq son aylarda Litvanın Baş naziri İnqa Ruqiniene, Latviya Prezidenti Edqars Rinkeviçs, Çexiyanın Baş naziri Andrey Babiş və İtaliyanın Baş naziri Ciorcia Meloninin ölkəmizə ardıcıl səfərləri də Azərbaycanın artan nüfuzundan və Avropa ölkələrinin Bakı ilə tərəfdaşlığa önəm verməsindən xəbər verir. Aİ rəhbərliyi ilə yanaşı, qitənin aparıcı dövlətlərinin rəhbərlərinin Bakıya səfərləri münasibətlərin dinamik xarakter aldığını göstərir. 

Azərbaycan Avropa İttifaqına üzv olan 27 dövlətdən 10-dan çoxu ilə strateji tərəfdaşlıq haqqında rəsmi sənədlər imzalamaqla qitənin iqtisadi və siyasi dayanıqlılığında həlledici mövqe qazanıb. Əməkdaşlığın dərinləşməsində enerji amili yenə də aparıcı mövqeyini qoruyur. 2022-ci il iyulun 18-də Bakıda imzalanmış "Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında Enerji Sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" iki tərəf arasında uzunmüddətli strateji müttəfiqliyin təməlini daha da möhkəmləndirib. "Cənub qaz dəhlizi" vasitəsilə Xəzər resurslarının Avropa bazarlarına çatdırılması qitənin enerji xəritəsini köklü şəkildə dəyişib. Hazırda 10-u Aİ üzvü olmaqla, ümumilikdə 16 ölkə Azərbaycanın təbii qazını idxal edir və 2027-ci ilə qədər Avropaya qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması hədəflənir. 

Bununla yanaşı, Azərbaycan qlobal iqlim probleminin həllində, "yaşıl keçid" prosesində də Avropa üçün öncül tərəfdaş kimi çıxış edir. Avropa İttifaqı Xəzər regionundan Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq "yaşıl enerji" kabeli layihəsinə böyük maraq göstərir ki, bu da Bakını Avropanın elektrik enerjisi şəbəkəsinə birbaşa bağlayır. 

Azərbaycanın coğrafi mövqeyi, həyata keçirdiyi infrastruktur layihələri və irəli sürdüyü bağlantı tərəfdaşlığı təşəbbüsləri mövcud geosiyasi qarşıdurmalar fonunda ölkəmizi Avrasiya məkanının ən mühüm bağlantı və logistika mərkəzinə çevirib. Cənubi Qafqazın coğrafi üstünlüklərini real iqtisadi və nəqliyyat imkanlarına çevirən Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta dəhliz Avropa, Qara dəniz, Xəzər və Mərkəzi Asiya regionlarını vahid zəncirdə birləşdirən strateji arteriya rolunu oynayır. Ənənəvi daşıma marşrutlarının təhlükəsizlik riskləri ilə üzləşdiyi dövrdə Azərbaycan üzərindən keçən təhlükəsiz, şaxələndirilmiş və dayanıqlı dəhliz bütövlükdə qitələrarası yükdaşımaların fasiləsizliyinə zəmanət verir.

Xüsusilə Çinlə strateji tərəfdaşlığın dərinləşməsi, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin tamamilə yeni müstəviyə keçməsi və Bakının beynəlxalq investisiya dialoqlarına öncülük etməsi Orta dəhlizin buraxılış qabiliyyətini və tranzit cəlbediciliyini dəfələrlə artırıb. Dəyişən iqtisadi vəziyyəti vaxtında qiymətləndirən ölkəmiz daxili resursları hesabına nəqliyyat infrastrukturuna, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsinə, dəniz və dəmir yolu şəbəkələrinin modernləşdirilməsinə ardıcıl investisiyalar yatırır. Bu səbəbdən Avropa rəsmilərinin Cənubi Qafqazı strateji bağlantı qovşağı, Azərbaycanı isə nəhəng iqtisadi və logistik layihələrin idarəetmə mərkəzi kimi qəbul etməsi təsadüfi olmayıb, dövlətimizin müstəqil, çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin qanunauyğun nəticəsidir. 

Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan tərəfdaşlıq qarşılıqlı maraqlara və bərabərhüquqlu dialoqa əsaslanan unikal əməkdaşlıq modelidir. Azərbaycan bu gün Avropa qitəsinin enerji təhlükəsizliyinin şaxələndirilməsində, Orta dəhliz kimi qlobal nəqliyyat-logistika arteriyalarının fasiləsiz fəaliyyətində, "yaşıl enerji" bağlantılarının reallaşdırılmasında əvəzolunmaz rol oynayır. Avropa İttifaqı və qitənin aparıcı dövlətləri ilə qurulan sistemli və strateji münasibətlər Azərbaycanın qlobal geosiyasi çəkisini daha da artırır, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini möhkəmləndirir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi

10:40
10 Sentyabr

Müasir şəhərsalma konsepsiyasının uğuru

10:30
10 Sentyabr

Naxçıvanda doğuldu, Tbilisidə təhsil aldı, Bakıda məşhur rəssam oldu

10:25
10 Sentyabr

Yaddaşımıza hopmuş əbədi nəğmələr

10:20
10 Sentyabr

Azərbaycanın dəyişən ixrac xəritəsi

10:15
10 Sentyabr

Naxçıvanın coğrafi üstünlükləri

10:10
10 Sentyabr

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

10:05
10 Sentyabr

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

10:00
10 Sentyabr

“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”

09:50
10 Sentyabr

Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır

09:40
10 Sentyabr

Sülh gündəliyinin alternativi yoxdur

09:30
10 Sentyabr

Orta dəhlizin aparıcı gücü

09:20
10 Sentyabr

Aİ Azərbaycanı öz təhlükəsizliyinin əsas aktorlarından biri kimi qəbul edir 

09:10
10 Sentyabr

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09:00
10 Sentyabr

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib

08:50
10 Sentyabr

Bakıdan dünyaya növbəti iqlim çağırışı

08:40
10 Sentyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub 

08:30
10 Sentyabr

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

08:20
10 Sentyabr

Aleksandr Yakovleviç Şarovski

08:10
10 Sentyabr

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

08:00
10 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:52
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!