08 Sentyabr 2026 08:20
8526
SİYASƏT
A- A+
Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu


Bu reallığı ATƏT də etiraf etdi


Azərbaycanın siyasi qətiyyəti nəticəsində Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişə artıq tarixə qovuşub. Regionun siyasi xəritəsi və iqtisadi mənzərəsi köklü şəkildə dəyişib, bölgədə yeni və rifaha xidmət edən gerçəkliklər yaranıb.  Bu reallığı otuz ilə yaxın müddətdə problemi həll edə bilməyən beynəlxalq institutlar özləri də etiraf edirlər. Bu mənada sentyabrın 3-də Prezident İlham Əliyevin ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul etməsi sıradan diplomatik görüş yox, həm də regionda tamamilə dəyişmiş reallığın beynəlxalq səviyyədə bir daha təsdiqlənməsi oldu. 


ATƏT məkanındakı münaqişələrdən biri artıq geridə qalıb 


Sözügedən görüş zamanı Pere Joan Pons Sanpietro ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini vurğulayaraq dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik etdi.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev öz növbəsində yaranmış yeni reallıqla bağlı tarixi həqiqətləri bir daha xatırlatmağı vacib bildi. 

Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğuladı. Faktdır ki, Azərbaycan hər zaman münaqişənin məhz danışıqlar yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarı kimi çıxış etmişdi. Lakin münaqişənin həlli missiyasını üzərinə götürən  ATƏT-in Minsk qrupu vasitəçilik pərdəsi altında prosesi, sadəcə, Ermənistanın xeyrinə dondurmağa çalışdı. Beləliklə, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 məlum qətnaməsi kağız üzərində saxlanıldı. Əgər vasitəçilər üç onilliyə yaxın böyük zaman dilimində öz öhdəliklərini yerinə yetirsəydilər, nə müharibəyə ehtiyac qalardı, nə də itkilər, qan-qada olardı. Beynəlxalq mexanizmlərin işləmədiyi yerdə Azərbaycan öz tarixi missiyasını həyata keçirdi. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2020-ci il Vətən müharibəsində qazanılan zəfər həm də beynəlxalq hüququ təmin etdi. 

ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edən zaman Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoydu, ərazi bütövlüyünü və suverenliyini təmin etdi.


Sülh prosesi artıq dönməz xarakter alıb


Bu gün ATƏT-in də etiraf etdiyi kimi, Cənubi Qafqazda münaqişə artıq yoxdur. Azərbaycanın hərbi zəfəri fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk qrupunu de-fakto ləğv etmişdisə, 2025-ci ilin tarixi qərarları bu prosesi de-yure də tamamladı.

2025-ci il avqustun 8-də Vaşinqton Sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə əlaqədar birgə müraciəti imzaladılar. Həmin il dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi.

Münaqişənin bitməsi ilə bölgədə tərəqqi və rifaha xidmət edən praktiki addımlar atılmağa başlanılıb. Ötən il keçirilən tarixi Vaşinqton Zirvəsindən və sülh müqaviləsinin mətninin paraflanmasından sonra Cənubi Qafqazda əməkdaşlıq dövrü başlayıb.

Cənubi Qafqazda gerçəkləşdirilən və onu qlobal maraq dairəsinə salan əsas layihələrdən biri də Vaşinqton Zirvəsində razılaşdırılmış  Zəngəzur dəhlizidir (TRIPP).

Orta dəhlizin vacib tərkib hissəsi olan bu nəqliyyat dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, bütün regionun logistik xəritəsini dəyişəcəkdir. Azərbaycan öz ərazisində bu marşrut üzrə demək olar ki, bütün dəmir yolu və avtomobil infrastrukturu işlərini yekunlaşdırıb. Ermənistan tərəfində də tikinti və mühəndislik işlərinin başlaması TRIPP-ın tezliklə reallaşmasını təmin edəcək. Bu dəhliz təkcə iki ölkəni deyil, Orta dəhliz vasitəsilə Şərqlə Qərbi, ABŞ və Avropa bazarlarını Mərkəzi Asiya ilə bağlayan qlobal iqtisadi körpüyə çevriləcək.

Azərbaycan Ermənistana qarşı tətbiq edilən bütün tranzit məhdudiyyətlərini  aradan qaldırıb. İndi ölkəmizin ərazisindən tranzit keçməklə Ermənistana taxıl, gübrə daşınır. Hətta enerjiyə ehtiyacı olan bu ölkəyə birbaşa Azərbaycandan yanacaq - benzin və dizel göndərilir. Bu, Azərbaycanın timsalında qalib tərəfin bölgədə sabitlik və rifah yaratmaq niyyətinin ən humanist və əyani göstəricisidir.

Göründüyü kimi, Azərbaycanın qətiyyəti ilə Cənubi Qafqazda sülh prosesi artıq dönməz xarakter alıb. Təbii ki, tam və yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır. Vaşinqton Zirvəsində sülh müqaviləsinin imzalanmamasının səbəbi də bu hüquqi maneə idi.  

İllər boyu "həllolunmaz" hesab edilən və beynəlxalq masalarda dondurulan bir münaqişənin Azərbaycan tərəfindən kökündən həll edilməsi qlobal siyasət üçün də mühüm bir dərs oldu. Bakı sübut etdi ki, beynəlxalq hüquq və ədalət, sadəcə, bəyanatlarda qalmamalı, lazım gəldikdə milli iradə və güc hesabına bərpa olunmalıdır.

İndi ATƏT və BMT də  daxil olmaqla bütün beynəlxalq təşkilatlar bu tarixi zəfərin yaratdığı faktdan çıxış etmək məcburiyyətindədirlər. 

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə regiona çoxdan həsrətində olduğu sabitliyi gətirdi. Bu yeni tarixi mərhələdə Cənubi Qafqazın gələcəyi Bakının müəyyənləşdirdiyi sülh, ləyaqət və inkişaf xətti üzərində qurulur. Və bu sülh bütövlükdə Avrasiya məkanının sabitliyinə və rifahına xidmət edir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!