09 Sentyabr 2026 15:00
120
İQTİSADİYYAT
A- A+
“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çindən olan tərəfdaşlar arasında Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın yeni imkanları müzakirə olunub.

AZƏRTAC ADY-nin yaydığı məlumata istinadən xəbər verir ki, Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.

Rövşən Rüstəmov “Şanxay Beynəlxalq Liman Qrupu” şirkəti (SIPG) və “NIZE Tech” texnologiya şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Orta Dəhliz vasitəsilə müntəzəm konteyner daşımalarının artırılması imkanlarını müzakirə edib. Şanxaydan Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşına biləcək yüklərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.

Görüşdə liman əməliyyatlarının rəqəmsallaşdırılması və smart-liman həllərinin tətbiqi məsələləri də müzakirə olunub. Terminal idarəetmə sistemləri, intellektual yük girişi və hesablanması həlləri, yük meydançalarının idarə edilməsi, məlumat inteqrasiyası, eləcə də liman və dəmir yolu əməliyyatları arasında rəqəmsal koordinasiya mümkün əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.

ADY, SIPG və “NIZE Tech” arasında Orta Dəhliz üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub və bu istiqamətdə atıla biləcək birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

ADY sədri, həmçinin “Lyanyunqan Limanı” ASC-nin nümayəndə heyəti ilə görüşdə Lyanyunqan–Bakı marşrutunun inkişaf etdirilməsi, Orta Dəhliz üzrə blok-qatarların təşkilinin genişləndirilməsi və Avropa istiqamətində daha çox yük axınının cəlb olunması məsələlərini müzakirə edib.

Görüş zamanı ADY və Lyanyunqan Limanı arasında mövcud əməkdaşlığın əhəmiyyəti və açdığı yeni imkanlar nəzərə çatdırılıb. Tərəflər yük axınları, qatarların hərəkət cədvəlləri və logistika tələbləri üzrə məlumat mübadiləsinin gücləndirilməsinin Lyanyunqan–Bakı marşrutunun səmərəliliyinə, tranzit müddətlərinin optimallaşdırılmasına və marşrutun rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyini qeyd ediblər.

Görüşlərin yekununda tərəflər Orta Dəhlizin inkişafı, Çin–Azərbaycan–Avropa istiqamətində yük axınlarının artırılması, logistika proseslərinin təkmilləşdirilməsi və yeni texnoloji həllərin tətbiqi üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlim böhranı sərhəd tanımır

15:40
09 Sentyabr

Torpağa toxunmaq və çirklənmək niyə sağlamlığımız üçün faydalıdır?

15:10
09 Sentyabr

Şəxsiyyətimizi genetika yoxsa ətraf mühit formalaşdırır?

15:00
09 Sentyabr

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

15:00
09 Sentyabr

“OpenAI” 90 illik riyaziyyat problemini 88 saata həll etdiyini iddia edir 

14:55
09 Sentyabr

İran Hörmüz boğazında pilotsuz sualtı qayıq ələ keçirib

14:50
09 Sentyabr

Çox isti çay və qəhvə qida borusu xərçəngi riskini artırır

14:47
09 Sentyabr

“Möminə Xatun” adını dəyişdi 

14:45
09 Sentyabr

 “Fast-food”un asılılıq yaratma səbəbi açıqlanıb   

14:40
09 Sentyabr

“Porsche” təkrar istifadə olunan raket daşıyıcısının buraxılacağını elan edib

14:33
09 Sentyabr

Körpəsinə qoyduğu adı eşidənlər təəccüblənir

14:30
09 Sentyabr

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

14:25
09 Sentyabr

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

14:20
09 Sentyabr

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

14:10
09 Sentyabr

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir 

14:00
09 Sentyabr

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

13:55
09 Sentyabr

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur 

13:50
09 Sentyabr

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

13:45
09 Sentyabr

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

13:40
09 Sentyabr

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

13:37
09 Sentyabr

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

13:35
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!