09 Sentyabr 2026 08:00
23860
SİYASƏT
A- A+
Azərbaycanın təmin etdiyi ədalət dünyaya nümunədir

Azərbaycanın təmin etdiyi ədalət dünyaya nümunədir


İlham ƏLİYEV: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"


Dünyanın siyasi gündəmi Beynəlxalq Millətlər Təşkilatının Baş Assambleyasının Nyu Yorkdakı qərargahında işinə başlayan növbəti 81-ci sessiyasına köklənib. Sentyabrın 22-də yüksəksəviyyəli həftə çərçivəsində keçiriləcək ümumi müzakirələr zamanı 100-dən çox dövlət və 46 hökumət başçısının, həmçinin nazirlər və səfirlərin iştirakı ilə geniş nümayəndə heyətləri çıxış edəcəklər. Lakin bu qlobal platformada fəaliyyət göstərən beynəlxalq birliyin fonunda ən çox diqqətçəkən məqam BMT-nin öz daxili mexanizmlərinin effektivliyi və təşkilatda islahatların aparılması zərurətidir.

Faktdır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsini, ölkənin suverenliyinin və ərazi bütövlüyünün tanınmasını tələb edən 822, 853, 874 və 884 saylı 4 məlum qətnamə qəbul edildi. Lakin bu beynəlxalq sənədlər tam 27 il boyunca kağız üzərində qalaraq, icra olunmadı. Qlobal təhlükəsizlik sisteminin və beynəlxalq hüququn aliliyini təmin etməli olan institutların fəaliyyətsizliyi, ikili standartların və beynəlxalq ədalətsizliyin ən bariz nümunəsinə  çevrildi.


BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb


Azərbaycanın timsalında gətirdiyimiz nümunədən də aydın görünür ki, BMT-nin qəbul etdiyi qətnamələr onilliklərlə icra edilmir. Məhz bu səbəbdən təşkilatda qəbul edilən qətnamələrin icra mexanizmləri ilə bağlı köklü islahatların aparılması vacibdir. BMT-nin mexanizmsizliyi səbəbindən Azərbaycan 2020-ci və 2023-cü illərdə tarixi ədaləti, ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə döyüş meydanında bərpa etmək məcburiyyətində qaldı və BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin necə icra edilməli olduğunu bütün dünyaya göstərdi. 

Vətən müharibəsinə qədər Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan BMT-nin icra mexanizmlərinin işləksizliyini bəyan edib. 

Eyni zamanda təşkilatın bu çatışmazlığını cari il sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə "ŞƏT plyus" formatında görüşdəki çıxışında Azərbaycan Prezidenti bir daha diqqətə çatdırdı: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq". 

Ölkəmizin rəhbəri onu da təəssüflə vurğuladı ki,  BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb: "Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər".

Bu reallıqlar sentyabrın 3-də Prezident İlham Əliyevin ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul etməsi zamanı da səsləndirildi. 

Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğuladı.

Bəli, 30 il ərzində "dondurulmuş münaqişə" formulası ilə vaxt qazanan Minsk qrupunun lazımsızlığı sübuta yetirildi və BMT TŞ-nin icrasız qətnamələri məhz Azərbaycanın hərbi-siyasi iradəsi ilə yerinə yetirildi. 

İndi bu təsisatlar özləri artıq Azərbaycanın yaratdığı yeni sülh reallığını qəbul və etiraf edirlər. 


BMT-də islahatlar zərurətdir


Azərbaycan BMT ilə əlaqələrə hər zaman böyük önəm verib. 1992-ci il martın 2-dən bu quruma üzv olan respublikamızın BMT ilə əlaqələrinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev BMT-nin müxtəlif sessiyalarında Ermənistan-Azərbaycan münaqişəsini dünya ictimaiyyətinin nəzərinə çatdırıb, ölkəmizin prinsipial mövqeyini ortaya qoymuşdu. Prezident İlham Əliyev də daim bu əlaqələrin inkişafının tərəfdarı olub. Ölkəmizin rəhbərinin bu qurumun tribunasından etdiyi çıxışlar Ermənistanın işğalçılıq siyasətinin ifşası baxımından çox vacib əhəmiyyət daşıyıb.

Bu mənada ötən il BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında Prezident İlham Əliyevin iştirakı həm də rəmzi məna daşıyırdı. Azərbaycan Prezidenti bu mötəbər sessiyaya bu dəfə məhz BMT TŞ-nin qətnamələrini özü yerinə yetirən qalib ölkənin lideri kimi qatılmışdı. 

"Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam", - deyən  Prezident İlham Əliyev bu qlobal tribunadan Azərbaycanın ötən üç onillik zaman dilimində qət etdiyi keşməkeşlərdən, haqq və ədalət uğrunda sarsılmaz mübarizədən keçərək bugünkü tarixi zirvəyə yetən qələbə yolundan qürurla danışdı. 

Azərbaycanın BMT TŞ qətnamələrini təkbaşına icra etməsi bölgəyə yalnız hərbi zəfər gətirmədi. Bu Zəfər həm də Cənubi Qafqaza davamlı sülh və birgəyaşayış modeli bəxş etdi.

Ölkəmizin yaratdığı bu yeni reallıq həm də onu sübut etdi ki, sülh və sabitlik kağız üzərindəki bəyanatlarla deyil, güclü siyasi iradə və ədalətə söykənən addımlarla əldə olunur. Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri aparmaqla yanaşı, Ermənistana neft məhsullarının tədarükünü, tranzit daşımaları və yeni kommunikasiyaların açılmasını təmin edərək bölgəyə tamamilə fərqli bir əməkdaşlıq mühiti gətirib. 

BMT kimi mötəbər bir qurumun qəbul etdiyi fundamental qətnamələrin 30 ilə yaxın müddətdə icrasız qalması təşkilatın daxili mexanizmlərinin nə qədər iflic vəziyyətdə olduğunu göstərdi. Azərbaycanın öz gücünə söykənərək BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini döyüş meydanında və diplomatik masada icra etməsi, həm də beynəlxalq hüququn aliliyinin yenidən bərpası üçün parlaq Zəfər modelinə çevrildi.  

BMT qətnamələrinin icrası üçün vahid və məcburi icra mexanizmlərinin yaradılması artıq zamanın tələbidir. Təşkilatın nüfuzunun bərpası, münaqişələrin həllində real rol oynaması və ikili standartlardan azad olması üçün BMT-də köklü islahatların aparılması artıq qaçılmazdır. Azərbaycanın təcrübəsi göstərdi ki, qətnamələrin kağız üzərində qalması beynəlxalq arenada anarxiyaya, işğala və ədalətsizliyin dərinləşməsinə xidmət edir. Əgər BMT gələcəkdə öz missiyasını qoruyub saxlamaq istəyirsə, Bakının bu çağırışına və təcrübəsinə universal model kimi yanaşmalıdır.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!