06 İyun 2026 09:10
151
CƏMİYYƏT
A- A+
Masallıda kütləvi veloyürüş keçirilib

Masallıda kütləvi veloyürüş keçirilib


Masallıda Dünya Velosiped Günü münasibətilə veloyürüş təşkil olunub.

Rayon icra hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan idman tədbiri rayonda sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədini daşıyıb. Təşkilatçılar qeyd ediblər ki, bu cür kütləvi idman tədbirlərinin mütəmadi keçirilməsi rayonda ekoloji təmiz nəqliyyat vasitələrinə olan marağı artırmaqla yanaşı, gənc nəslin fiziki sağlamlığının möhkəmlənməsinə mühüm töhfə verir.

Gənclərin, idmançıların və rayon ictimaiyyətinin böyük maraq göstərdiyi veloyürüş rayon icra hakimiyyətinin qarşısındakı mərkəzi meydandan start götürüb. Təhlükəsizlik qaydalarına tam riayət olunmaqla təşkil edilən yürüş iştirakçıları şəhid İntiqam Əsgərli küçəsi, Bakı və Heydər Əliyev prospektləri üzrə hərəkət edərək müəyyən olunmuş marşrutu qət ediblər. Yüksək coşqu və idman ruhu ilə keçən veloyürüş Masallı Olimpiya İdman Kompleksinin qarşısında yekunlaşıb.

Tədbirin sonunda qaliblər müəyyən olunub, iştirakçılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim edilib. 


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!