06 İyun 2026 08:25
852
SİYASƏT
A- A+
Artıq müvəqqəti sığınacaqların deyil, firavan gələcəyin xronikası yazılır

Artıq müvəqqəti sığınacaqların deyil, firavan gələcəyin xronikası yazılır


Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində hər zaman insan amili və vətəndaş rifahı dayanır. Ötən otuz il ərzində məcburi köçkün soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə misilsiz layihələr icra olunub. Məcburi köçkünlərlə bağlı həyata keçirilən hüquqi və sosial islahatlar Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin tərkib hissəsidir. Uzun illər ərzində məcburi köçkünlərin müdafiəsinə yönəlmiş xüsusi mexanizmlər öz tarixi missiyasını yerinə yetirərək, bu gün mövcud reallıqlara uyğun şəkildə yenidən formalaşdırılır.

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki,   məcburi köçkünlərin sosial və humanitar problemlərinin həlli üçün ölkəmizdə möhkəm hüquqi baza formalaşdırılıb: "Bu məqsədlə dövlət başçısı tərəfindən 75 fərman və sərəncam imzalanıb, parlamentdə 11 qanun qəbul edilib. 2004-cü ildə təsdiqlənən xüsusi dövlət proqramı isə bu sahədə genişmiqyaslı layihələrin yol xəritəsinə çevrilib. Görülən ardıcıl tədbirlər nəticəsində 1990-cı illərin ağır mirası olan çadır düşərgələri 2007-ci ildə, fin tipli qəsəbələr isə 2016-cı ildə tamamilə ləğv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə 121 yeni qəsəbə və müasir yaşayış kompleksi tikilib. Bununla da 62 mindən çox ailənin, yəni 300 mindən çox soydaşımızın mənzil-məişət şəraiti köklü şəkildə yenilənib. Dövlət dəstəyi təkcə mənzillə məhdudlaşmayıb, həm də insan kapitalının qorunmasına yönəlib. Bu diqqətin nəticəsidir ki, təkcə 2025-2026-cı tədris ilində ali və orta ixtisas məktəblərinə ödənişli qəbul olan 3923 məcburi köçkün statuslu tələbənin təhsil xərcləri tamamilə dövlət büdcəsi hesabına qarşılanıb".

Deputat diqqətə çatdırıb ki, artıq əsas məqsəd vətəndaşların müvəqqəti məskunlaşma şəraitində deyil, öz doğma torpaqlarında dayanıqlı və firavan həyat qurmalarını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan müasir yaşayış məntəqələri, geniş sosial infrastruktur və məşğulluq imkanları bu məqsədin uğurla həyata keçirildiyini göstərir. Eyni zamanda keçid dövründə sosial müdafiə tədbirlərinin davam etdirilməsi dövlətin vətəndaş amilinə verdiyi yüksək dəyərin təzahürüdür. "Bu yeni strateji mərhələdə doğma yurdlarına köçən vətəndaşların müasir standartlara cavab verən daimi yaşayış sahələri ilə tam təmin olunması dövlət siyasətinin mərkəzində dayanır. Beləliklə, Böyük qayıdış yalnız insanların doğma yurdlarına qayıdışı deyil, həm də onların sosial rifahının, təhlükəsizliyinin və inkişaf perspektivlərinin təmin olunması deməkdir. Bu proses Azərbaycanın sosial dövlət modelinin gücünü və vətəndaşına göstərdiyi ardıcıl qayğını bir daha nümayiş etdirir", - deyə o əlavə edib.

K.Bayramov qeyd edib ki, göründüyü kimi, artıq müvəqqəti sığınacaqların deyil, doğma torpaqlarda qurulan müasir şəhərlərin, yeni iş yerlərinin açılmasının və firavan gələcəyin xronikası yazılır. Dövlətin öz vətəndaşına olan bu ardıcıl qayğısı isə xalq-iqtidar birliyinin ən böyük rəmzi olaraq tarixə həkk olunur.


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!