Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan incəsənət xadimləri, həmçinin Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşüb, foto çəkdiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiətilə Dövlət Himni səsləndirilib.

Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən, Zəfərin qazanılmasında xalqımızın rolundan, döyüşçülərimizin göstərdikləri igidlik nümunələrindən danışılıb, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağı əminliklə vurğulanıb. Şanlı Qələbəmizdən keçən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq işlərindən geniş söhbət açılıb.

Tədbirlər çərçivəsində şəxsi heyət arasında vətənpərvərlik ruhunun və qələbə əzminin yüksəldilməsi, Vətənə və dövlətə sədaqət hissinin möhkəmləndirilməsi məqsədilə dəyirmi masalar təşkil olunub. Görüşlər zamanı döyüş əməliyyatlarında əldə edilmiş qələbələr, onların tarixi əhəmiyyəti və qəhrəmanlıq nümunələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxlar nümayiş etdirilib. Hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də yerli mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər təşkil edilib. Təqdim olunan proqramlar hərbi qulluqçular tərəfindən böyük maraqla izlənilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin estetik dünyagörüşünün zənginləşdirilməsi, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda formalaşdırılması və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi olub.

Yekunda xidməti vəzifələrinin icrasında fərqlənən, nümunəvi davranışı və yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə Vətən Müharibəsi qəhrəmanları ilə, “Qarabağ” və “Zəfər” ordenlərinə layiq görülmüş hərbi qulluqçularla görüşüblər.

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində görüşü ilə bağlı videoçarx paylaşılıb.

Paylaşımı təqdim edirik

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü - VİDEO
Türkiyə Prezidentinin Azərbaycana səfəri və liderlərin Qarabağdan verdiyi mesajlar iki ölkənin həmrəyliyini bütün dünyaya nümayiş etdirdi

Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq diplomatiyada özünəməxsus yeri olan, tarixi, milli və mənəvi bağlara söykənən nadir qardaşlıq nümunəsidir. İki ölkə arasındakı əlaqələr sıradan strateji tərəfdaşlıq çərçivəsini çoxdan aşaraq, sarsılmaz könül birliyinə çevrilib. Azərbaycan və Türkiyəni birləşdirən əsas amillər ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımızın bir-birinə bəslədiyi tükənməz sevgidir.

Bu ali münasibətlərin kökündə dayanan “Bir millət, iki dövlət” ifadəsi sadəcə siyasi şüar deyil, tarix boyu müxtəlif sınaqlardan keçərək möhkəmlənmiş qardaşlığın həqiqi mahiyyətidir. Xalqlarımız əsrlər boyu bir-birinin sevincinə və kədərinə şərik olublar, ən mürəkkəb dövrlərdə çiyin-çiyinə dayanıblar. XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə də qardaş Türkiyə ilə münasibətlər xüsusi əhəmiyyət daşıyıb və bu gün də həmin tarixi təməl üzərində ucalmaqdadır. Xüsusən dövlət başçılarının ardıcıl qarşılıqlı səfərləri, imzalanan mühüm sənədlər və həyata keçirilən birgə regional layihələr bu əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirir.

Bu möhkəm təməlin sarsılmazlığını və dövlətlərimizin bir-birinə olan dərin bağlılığını vurğulayan Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bu həqiqəti xüsusi olaraq qeyd edib: “Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur. 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir".

Prezident İlham Əliyev vurğulayıb ki, bizim birliyimiz, qardaşlığımız sarsılmazdır: "Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq". Dövlətimizin başçısı əlavə edib ki, iki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.

Bu bəyanat Azərbaycan-Türkiyə qardaşlığının sadəcə emosional bağlara deyil, ən yüksək səviyyədə nümayiş etdirilən qətiyyətli siyasi iradəyə söykəndiyini göstərir. Burada əsas mesaj iki liderin vahid mövqeyi sayəsində heç bir kənar qüvvənin, geosiyasi marağın və ya nifaq cəhdinin bu birliyə xələl gətirə bilməyəcəyidir. Bəyanat iki ölkə arasındakı müttəfiqliyin sarsılmazlığını xatırlatmaqla yanaşı, Azərbaycan və Türkiyənin həmrəyliyinə kölgə salmaq istəyən bütün dairələrə qətiyyətli xəbərdarlıq xarakteri daşıyır.

Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının ən parlaq nümayişi məhz çətin günlərdə özünü büruzə verib. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xalqımızın yaddaşında əbədi yer tutub. Türkiyənin dövlət rəhbərliyi və qardaş xalqı ilk saatlardan Azərbaycanın haqq mövqeyini açıq şəkildə dəstəkləyib. Eynilə, 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələlər zamanı Azərbaycanın dəstəyi və göstərdiyi həmrəylik iki xalq arasındakı qardaşlığın qarşılıqlı xarakter daşıdığını, birimizin ağrısının digərimizin ağrısı olduğunu bir daha bütün dünyaya subut etdi.

Vətən müharibəsindən cəmi 7 ay sonra imzalanan tarixi sənəd isə bu əlaqələri rəsmi olaraq ən yüksək zirvəyə qaldırdı. 2021-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələ açdı, iki ölkə arasındakı müttəfiqlik bağlarını hüquqi-siyasi çərçivədə möhkəmləndirdi.

Prezident İlham Əliyev bu tarixi məqamın əhəmiyyətini belə ifadə edib: “Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Və bu bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi sadəcə olaraq bu tarixi mədəni əlaqələri rəsmi çərçivəyə salıb”.

Bu dostluq və müttəfiqlik təkcə iki ölkə üçün deyil, bütövlükdə geniş bir coğrafiya üçün təhlükəsizlik və sabitlik zəmanətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük gücə çevrilməsi, güclü iqtisadiyyatı və siyasi çəkisi ilə dünya miqyasında söz sahibinə çevrilməsi Azərbaycanı da gücləndirir. Prezident İlham Əliyevin dediyi kimi biz birlikdə daha da güclüyük və böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi mühüm bir amil, mühüm bir faktordur: "Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik faktorudur".

Bu həmrəyliyin və ortaq gələcəyin sarsılmazlığını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bəyan edib. Türkiyənin dövlət başçısı münasibətlərin tarixi köklərini və gələcək perspektivini qiymətləndirərək vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatıb: ““Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahımıza işıq tutan sönməz bir məşəldir. 15 iyun 2021-ci il tarixində Şuşada imzaladığımız bəyannamə ilə müttəfiqlik bağını möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da məqsədlərinə əsla çata bilməyəcəklər. Uca Allahın izni ilə birliyimiz hər zaman davam edəcək”.

Bu bəyanat bir daha sübut edir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə rəsmi razılaşmalara deyil, sarsılmaz mənəvi və tarixi təməllərə söykənir. Şuşa Bəyannaməsi ilə taclanan bu birlik kənar təzyiqlərə və nifaq cəhdlərinə qarşı ən güclü qalxandır. Liderlərin nümayiş etdirdiyi bu qətiyyətli iradə iki qardaş dövlətin gələcəkdə də bütün sınaqlardan layiqincə çıxacağını zəmanət altına alır.

İki qardaş dövlət regional və beynəlxalq platformalarda vahid mövqedən çıxış edir, bir-birinin maraqlarını qarşılıqsız müdafiə edirlər. Azərbaycan-Türkiyə qardaşlığı həm də türk dünyasının inteqrasiyasına, regionda sülhün, inkişafın, əməkdaşlığın bərqərar olmasına xidmət edən tarixi bir missiyadır. Prezident İlham Əliyevin vurğuladığı kimi bu səfərlərin ana xəttini təşkil edən əsas nəticə birliyin sarsılmazlığıdır.

Azərbaycan və Türkiyə qardaşlığı tarixin bütün sınaqlarından şərəflə çıxaraq zəfərlərlə taclanan, bənzəri olmayan əməkdaşlıqdır. Qarabağda yenidən ortaya qoyulan bu sarsılmaz həmrəylik, iradə və xalqlarımızın qəlbindəki sonsuz sevgi göstərir ki, Azərbaycan-Türkiyə birliyi bundan sonra da əbədi olacaq, regional sülhün, ədalətin və tərəqqinin ən etibarlı dayağı kimi gələcək nəsillərə işıq saçmaqda davam edəcək.

İsmayıl QOCAYEV,

"Azərbaycan"

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib
Bu gün İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsini ziyarət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.

Komplekslə tanışlıq zamanı bildirilib ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiyada təqdim olunan “Faciənin siması” instalyasiyası soyqırımı zamanı qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri əks etdirir.

Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorçuların Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada Xocalının tarixi, münaqişənin xronologiyası, soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim edilir.

İkinci ekspozisiya zalında faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular süni intellektlə hazırlanan video vasitəsilə nümayiş olunur.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər əks etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyaları ilə tamamlanır.

X X X

Prezident Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazdı.

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub
Azərbaycanın Zəfər Günü münasibətilə Malayziyanın paytaxtı Kuala Lumpurda məşhur “Petronas” əkiz qüllələrinin yerləşdiyi ərazidəki şəhər meydanında quraşdırılmış nəhəng ekranda Azərbaycan Bayrağının proyeksiyası əks olunub.

AZƏRTAC xəbər verir ki, Zəfər Günü münasibətilə təbrik mesajının yer aldığı videoçarx nümayiş olunub. Gün ərzində davam edən nümayiş şəhər sakinlərinin və paytaxtın qonaqlarının böyük marağına səbəb olub.

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən bu aksiya sosial media platformalarında da geniş yayılıb. Bundan əlavə, Malayziyanın milli informasiya agentliyi BERNAMA-da Zəfər Gününə həsr olunmuş geniş məqalə dərc edilib.

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümü münasibətilə noyabrın 8-də Maliyyə Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazirlik əməkdaşları tarixi Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoyub, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində qalib Azərbaycan hərbçilərinin göstərdikləri misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıq hissi ilə xatırlanıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə təsis edilən 8 Noyabr - Zəfər Günü xalqımızın milli qürurunun, birliyinin və yenilməz iradəsinin təntənəsinə çevrilib. Azərbaycan xalqının qalib xalq kimi adını tarixə yazdığı bu şanlı gün şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin və müharibə iştirakçılarının fədakarlığına minnətdarlığın ifadəsi olaraq hər il böyük təntənə ilə qeyd edilir.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmisiniz.

Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı.

Şuşa şəhəri 28 il əsarət altında idi, ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.

Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır.

Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.

İşğal dövründə, təbii ki, müxtəlif vaxtlarda müəyyən ümidlər də var idi - bu məsələ, bu münaqişə sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.

Bu gün vəziyyət tam başqadır. Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir.

44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.

Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.

Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.

Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.

Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.

Əziz qardaşım, gəldiyiniz üçün Sizə bir daha təşəkkür edirəm. Sağ olun.

x x x

Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın

bəyanatı

-Hörmətli cənab Prezident, Əziz qardaşım.

Hörmətli heyət üzvləri.

Hörmətli media nümayəndələri.

Sizləri şəxsən öz adımdan, ölkəm və millətim adından ən səmimi hisslərlə və məhəbbətlə salamlayıram.

Qarabağ Zəfərinin altıncı ildönümündə sizlərlə birlikdə olmaqdan məmnunam. Bu əlamətdar ildönümünü şairin “Dilimizdə işlənən ən əziz bir söz kimi, Canımızı isidən ocaq kimi, köz kimi, Ən qoxulu güllərlə çiçək açan Şuşamız”, - deyə tərif etdiyi tarix, təbiət və mədəniyyət şəhəri gözəl Şuşada olmaqdan xüsusi məmnunluq duyuram.

Çıxışımın əvvəlində Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla anıram. Qazilərimizə təşəkkürümüzü bildirir, Allahdan onlara cansağlığı, rifah və uzun ömürlər diləyirəm.

Altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.

Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir.

2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır.

Biz bu missiyanı, eyni zamanda, Türk dünyasında da hakim mövqeyə gətirmək üçün var gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən bariz nəticəsidir. Fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birlik və möhkəmliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz dövründə təşkilatın daha güclü, daha institusional quruma çevrilməsi üçün səy göstərəcəyik.

Hörmətli media nümayəndələri, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrə qapı açıb. Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən bərpası və bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu fəaliyyəti böyük təqdirlə izləyirik.

Qarabağda yenidən yanan hər ocaq, yüksələn hər bina və bərpa olunan tarixi miras Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və bərpa fəaliyyətlərinə töhfə verməyə davam edəcəyik. Ən son Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur. Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik.

Əziz qardaşlarım, çıxışımı yekunlaşdırarkən xüsusilə bu gün buraya gələrkən ayrı-ayrı yeddi tuneldən keçdik. Bu yeddi tunel bölgədə infrastrukturun inşasının nə qədər uğurlu olduğunu ortaya qoyur. Şuşaya gələrkən haradan-haraya gəldiyimizi görməyin xoşbəxtliyi içərisindəyik. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha çox fərqli olacaq, Füzuli başqa cür fərqli olacaq. Çünki bu işə inanan, can yandıran bir lider var, bir komanda var. Bu lider, bu komanda eyni inancla və eyni qətiyyətlə yoluna davam edir.

Mən Qarabağ Zəfərini canları və qanları ilə tariximizə həkk edən əziz şəhidlərimizi bir daha rəhmətlə yad edirəm. Qəhrəman qazilərimizə təşəkkürlərimi bildirir, azərbaycanlı qardaşlarımı bu şanlı Zəfər münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Türkiyə və türk milləti olaraq hər zaman yanınızda olmaqda, kədərinizi kədərimiz, sevincinizi sevincimiz bilməkdə, inşallah, davam edəcəyik. Təşəkkür edirəm.

Çıxışımın sonunda mərhum şair Bəxtiyar Vahabzadənin məşhur ifadələrini dilə gətirmək istəyirəm:

Birdir bizim hər halımız,

Diləyimiz, amalımız,

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Rəbbim ay-ulduzlu al Bayrağımızla şanlı Azərbaycan Bayrağının göylərdə yan-yana əbədi dalğalanmasını nəsib etsin. 9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi hisslərimlə təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram.

İlham qardaşıma səmimi ev sahibliyi üçün bir daha təşəkkür edirəm.

Oman körfəzində insident baş verib
Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinə məxsus hərbi dəniz qurumu Dəniz Ticarəti Əməliyyatları Oman körfəzində, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xor Fakkan şəhərindən təxminən 18 dəniz mili şərqdə yük gəmisi və hərbi qüvvələrin iştirakı ilə insidentin baş verdiyini bildirib.

Anadolu Agentliyi xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanıb, ərazidən keçən gəmilərə diqqətli olmaq xəbərdarlığı edilib. Eyni zamanda, BƏƏ Milli Qvardiyası dənizdə yanan gəmidən müxtəlif ərəb ölkələrindən olan 22 nəfərlik heyəti xilas etdiyini və həmin şəxslərin səhhətinin yaxşı olduğunu açıqlayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

“Nəfəsim Vətən”
Lənkəran Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunmuş “Nəfəsim Vətən” adlı tamaşa nümayiş olunub.

Vətən sevgisini, milli qüruru, qəhrəmanlıq və vətənpərvərlik ruhunu özündə əks etdirən tamaşada şəhidlərimizin xatirəsi yad edilib, ordumuzun qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi, tarixi Zəfərimizin əhəmiyyəti bədii ifadəsini tapıb. Tamaşa Zəfər Gününün mənəvi mahiyyətini, xalqımızın qəhrəmanlıq salnaməsini və şəhidlərimizin xatirəsini yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyıb.

Seyran CAVADOV,

“Azərbaycan”

Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib
Beynəlxalq həkimlər qrupu davamlı və nəzarətə tabe olmayan hipertoniyanın müalicəsi üçün nəzərdə tutulan yeni preparat — “Bakdrostata” ilə bağlı maraqlı nəticələr əldə edib. Araşdırmaya görə, preparatı uzun müddət qəbul edən könüllülərin 25 faizində dərman qəbulunu tamamilə dayandırdıqdan sonra belə arterial təzyiq normallaşıb. Bəzi pasiyentlərdə bu təsir iki il ərzində qorunub saxlanılıb.

Harvard Universitetinin professoru Meyson Friman bildirib ki, preparatın klinik sınaqlarında iştirak edən könüllülərin sağlamlıq vəziyyətinin təkrar müşahidəsi zamanı gözlənilməz nəticə əldə edilib. Onun sözlərinə görə, bu kəşf böyrəküstü vəzilərin həddindən artıq fəaliyyəti ilə əlaqəli davamlı hipertoniyadan əziyyət çəkən bəzi pasiyentlərin invaziv cərrahi müdaxiləyə ehtiyac olmadan sağalmasına ümid yaradır.

Alimlər bu nəticəyə hipertoniyanın böyrəküstü vəzilərin fəaliyyəti ilə əlaqəli formasının müalicəsi üçün perspektivli hesab edilən bakdrostatanın klinik sınaqlarında iştirak etmiş şəxsləri əlavə müşahidə etdikdən sonra gəliblər. Preparat aldosteron hormonunun istehsalına cavabdeh olan CYP11B2 fermentinin fəaliyyətini bloklayan kiçik molekuldur. Bu fermentin həddindən artıq aktivliyi orqanizmdə su və duzun ləngiməsinə səbəb olur. Nəticədə ağır hipertoniya inkişaf edir. Belə hallarda arterial təzyiq beta-blokatorlara və yüksək təzyiqin müalicəsində istifadə olunan bir çox digər preparatlara lazımi səviyyədə cavab vermir.

Ötən il başa çatan klinik sınaqlar göstərib ki, bakdrostatanın qəbulu qanda aldosteronun səviyyəsini iki dəfə azaldıb və iştirakçıların 40 faizində arterial təzyiqin normallaşmasına səbəb olub. Klinik sınaqlar başa çatdıqdan sonra alimlər preparatın qəbulunun dayandırılmasının könüllülərin sağlamlığına necə təsir edəcəyini araşdırıblar. Tədqiqatçıların bu məsələyə marağı əvvəllər siçovullar üzərində aparılmış təcrübələrlə bağlı olub. Həmin təcrübələrdə preparatın uzunmüddətli istifadəsinin bəzi hallarda böyrəküstü vəzilərin fəaliyyətini davamlı şəkildə normallaşdırdığı və əlavə dərman qəbuluna ehtiyac olmadan arterial təzyiqi aşağı saldığı müşahidə edilib.

Sonrakı müşahidələr göstərib ki, “Bakdrostata”nın qəbulu dayandırıldıqdan iki il sonra da könüllülərin əhəmiyyətli bir hissəsində müsbət təsir qorunub saxlanılıb. Onların arterial təzyiqi müalicədən əvvəlki göstəricilərlə müqayisədə orta hesabla 25 mm civə sütunu aşağı olub. İştirakçıların dörddə birində isə müşahidə müddəti ərzində arterial təzyiq tamamilə normallaşıb.

Alimlərin fikrincə, əldə edilən nəticələr “Bakdrostata”nın uzunmüddətli istifadəsinin davamlı və nəzarətə tabe olmayan hipertoniyadan əziyyət çəkən bəzi pasiyentləri uzunmüddətli, hətta daimi remissiyaya çatdıra biləcəyinə ümid yaradır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə əklil qoyulub.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
"Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir".

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki,  Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşməklə regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Qarabağa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini nümayiş etdirən mühüm siyasi və diplomatik hadisədir. Bu səfər təkcə iki ölkə arasında qardaşlıq münasibətlərinin ifadəsi deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesajdır.

Samir Vəliyevin fikrincə, səfərin məhz Şuşada və Zəfər Günündə keçirilməsi xüsusi rəmzi məna daşıyır: "Şuşa Azərbaycan xalqının tarixi yaddaşının, milli iradəsinin və Zəfərinin simvoludur. Türkiyə Prezidentinin bu əlamətdar gündə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağda olması rəsmi Ankaranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi dəstəyin növbəti təzahürüdür. Eyni zamanda, bu, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ruhuna və strateji müttəfiqlik prinsipinə sadiqliyin nümayişidir".

Onun sözlərinə görə, digər mühüm amil Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində də dərinləşdirilməsidir. Hesab edirəm ki, bu səfər iki ölkə arasında mövcud əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradacaq. Xüsusilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi və enerji təhlükəsizliyi məsələlərində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat diqqətə çatdırıb ki, Prezident Ərdoğan Zəfər Günü münasibətilə ünvanladığı təbrikdə də Şuşa Bəyannaməsinə, «Bir millət, iki dövlət» prinsipinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinin vacibliyinə xüsusi diqqət yetirib. Bu, səfərin siyasi mahiyyətini daha aydın ifadə edir.

"Prezident Ərdoğanın Şuşaya səfərini Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisə hesab edirəm. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız keçmişin ortaq tarixi və qələbələri ilə deyil, həm də gələcəyə dair ortaq strateji baxışları ilə bir-birinə bağlıdır" - deyən Samir Vəliyev əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

“Azərbaycan”

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı
2020-ci il noyabrın 10-u Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanat 44 günlük Vətən müharibəsinə son qoydu və onun hərbi-siyasi nəticələrini təsbit etdi. Lakin bu sənədin tarixi əhəmiyyətini yalnız 2020-ci ilin noyabrında baş vermiş hadisələr çərçivəsində qiymətləndirmək mümkün deyil. Ötən altı ildə təkcə Bəyanatın qəbul edildiyi şərait deyil, regionun siyasi reallıqları da əsaslı şəkildə dəyişib.

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, 10 noyabr sənədini qiymətləndirərkən, ilk növbədə, onun imzalandığı şərait nəzərə alınmalıdır: “Döyüş meydanındakı vəziyyət, Şuşanın azad edilməsi və hərbi-strateji qüvvələr nisbətinin dəyişməsi danışıqlar üçün tamamilə yeni şərtlər yaratmışdı. Əgər 2020-ci ilin sentyabrınadək onilliklər boyu davam edən diplomatik proses faktiki olaraq mövcud status-kvonun qorunmasına xidmət edirdisə, Vətən müharibəsinin nəticələri qüvvələr balansını köklü şəkildə dəyişdirdi. Məhz Azərbaycanın hərbi uğurları Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüş əməliyyatları davam etdirilmədən geri qaytarılmasına şərait yaratdı. Beləliklə, Bəyanat ərazi məsələsinə dair bərabər mövqeyə malik iki tərəf arasında əldə edilmiş kompromisi deyil, bölgədə yaranmış yeni vəziyyətin nəticəsini təsbit edirdi. Bununla yanaşı, hərbi əməliyyatların dayandırılmasına dair razılaşma ilə hərtərəfli sülh müqaviləsi arasında fərq qoymaq vacibdir”.

Deputat qeyd etdi ki, müharibədən sonrakı dövrün əsas problemlərindən biri üçtərəfli Bəyanatın ayrı-ayrı müddəalarının tam icra edilməməsi oldu. Bu, ilk növbədə, Qarabağ ərazisində erməni silahlı birləşmələrinin mövcudluğunun davam etməsinə aid idi. Silahlı infrastrukturun saxlanılması, separatçı qurumların fəaliyyətini davam etdirməsi və əvvəlki siyasi gündəliyi qoruyub saxlamaq cəhdləri müharibədən sonrakı nizamlanmanın məntiqinə birbaşa zidd idi. Azərbaycan bu məqamlara dəfələrlə diqqət çəkirdi. “İkinci problem Laçın yolunun fəaliyyəti ilə bağlı idi. Sənədə əsasən, bu yol Ermənistanla Qarabağın erməni sakinləri arasında əlaqəni təmin etmək üçün nəzərdə tutulmuşdu. Lakin Azərbaycan tərəfinin dəfələrlə qeydə aldığı kimi, həmin marşrutdan silah-sursatın, hərbi təyinatlı yüklərin və şəxsi heyətin daşınması üçün istifadə edilirdi. Yola nəzarət, təhlükəsizlik və ondan istifadə qaydaları ilə bağlı məsələlər tədricən əsas gərginlik mənbələrindən birinə çevrildi. Nəqliyyat kommunikasiyalarının açılması məsələsi də az əhəmiyyət daşımırdı. Bəyanatın doqquzuncu bəndi iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasını nəzərdə tuturdu. Siyasi leksikona Zəngəzur dəhlizi kimi daxil olmuş bu istiqamət üzrə öhdəliklərin praktiki icrası isə sonrakı illərdə təmin edilmədi”, – deyə o əlavə etdi.

Prinsipial dönüşün 2023-cü ilin sentyabrında baş verdiyini deyən S.Fətəliyeva bildirdi ki, lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələri tərksilah edildi, separatçı strukturların fəaliyyətinə son qoyuldu. Azərbaycan Qarabağ bölgəsinin bütün ərazisi üzərində dövlət nəzarətini bərpa etdi. Baş verənlərin siyasi əhəmiyyəti hərbi əməliyyatın bilavasitə nəticələrindən daha geniş idi. 2023-cü ilin sentyabrınadək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü ilə onun ərazisinin bir hissəsində mövcud olan faktiki idarəetmə sistemi arasında ziddiyyət qalırdı. Tam dövlət nəzarətinin bərpası ilə həmin ziddiyyət aradan qaldırıldı. Nəticədə sonrakı danışıqların predmeti də dəyişdi. Qarabağın siyasi statusu məsələsi dövlətlərarası gündəlikdən birdəfəlik çıxarıldı. Ön plana ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədin delimitasiyası, təhlükəsizliyin təmin edilməsi və iki qonşu dövlət arasında normal münasibətlərin əsaslarının yaradılması məsələləri keçdi.

S.Fətəliyeva vurğuladı ki, növbəti mühüm mərhələ 2025-ci il avqustun 8-i oldu. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Birgə Bəyannamə imzalandı. Eyni zamanda, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Vaşinqton razılaşmaları mühüm siyasi mərhələ oldu. Çünki bu razılaşmalar silahlı münaqişənin nəticələrinin idarə olunmasından dövlətlərarası sülhün hüquqi əsaslarının yaradılmasına keçidi təsbit etdi. Lakin sənədin paraflanması ilə yekun imzalanması arasında prinsipial fərq var. 2026-cı ilin noyabrına olan vəziyyətə görə, sülh sazişi hələ imzalanmayıb və qüvvəyə minməyib. “Üçtərəfli Bəyanatın doqquzuncu bəndinin sonrakı inkişafı xüsusi diqqətə layiqdir. 2020-ci ildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası başlıca olaraq müharibədən sonrakı nizamlanmanın tərkib hissəsi kimi qiymətləndirilirdi. Altı ildən sonra bu məsələ daha geniş geoiqtisadi əhəmiyyət qazandı. Artıq söhbət yalnız ayrı-ayrı ərazilər arasında nəqliyyat bağlantısının təmin edilməsindən deyil, həm də beynəlxalq ticarət üçün əlavə marşrutun formalaşdırılmasından, Cənubi Qafqazın tranzit imkanlarının genişləndirilməsindən və onun Avrasiya logistika sistemində rolunun gücləndirilməsindən gedir. Bu istiqamətə 2025-ci ilin Vaşinqton razılaşmaları çərçivəsində nəzərdə tutulan TRIPP layihəsi mühüm təkan verdi. Bununla belə, 2020-ci il Bəyanatında nəzərdə tutulan ilkin nəqliyyat modeli ilə Vaşinqtonda razılaşdırılmış yanaşmanın tam eyni olmadığını nəzərə almaq lazımdır. Yeni mexanizm dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət prinsipinə əsaslanır, layihənin praktiki icrası üçün ayrıca razılaşmaların əldə olunmasını nəzərdə tutur”, – deyə o bildirdi.

S.Fətəliyeva vurğuladı ki, 2020-ci ilin noyabrı ilə 2026-cı ilin noyabrında regionda mövcud olan vəziyyəti müqayisə etdikdə bir neçə fundamental dəyişikliyi qeyd etmək olar: “İlk növbədə, Azərbaycan-Ermənistan danışıqlarının predmeti köklü surətdə dəyişib. Onilliklər ərzində münaqişənin məntiqini müəyyənləşdirən əraziyə nəzarət məsələsi öz yerini dövlətlərarası tanınma, sərhədlər, təhlükəsizlik və iqtisadi münasibətlərlə bağlı məsələlərə verib. Xarici aktorların iştirakının konfiqurasiyası da dəyişib. Rusiya sülhməramlı kontingenti missiyasını başa vurub, ATƏT-in Minsk prosesi rəsmən fəaliyyətini dayandırıb, ABŞ isə yeni nəqliyyat və sülh gündəliyinin irəli aparılmasında mühüm rol qazanıb. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında birbaşa razılaşmaların əhəmiyyəti artıb. Bu, beynəlxalq dəstəyi istisna etmir, lakin öhdəliklərin yerinə yetirilməsinə görə əsas məsuliyyəti dövlətlərin öz üzərinə qoyur. Nəhayət, Azərbaycanın regional əhəmiyyəti də dəyişib. Bu gün ölkəmizin rolu təkcə 2020 və 2023-cü illərin hərbi-siyasi nəticələri ilə deyil, həm də enerji, logistika, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahələrindəki imkanları ilə müəyyənləşir. Bununla belə, uzun illər davam etmiş münaqişənin bütün nəticələrinin artıq aradan qaldırıldığını söyləmək hələ tezdir”.

Deputatın sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilkin əsas funksiyasını yerinə yetirib: genişmiqyaslı hərbi əməliyyatları dayandırıb və sonrakı nizamlanma üçün keçid şəraiti yaradıb. Nəticə etibarilə 2020-ci il noyabrın 10-nun tarixi əhəmiyyəti yalnız həmin gün müharibənin başa çatması ilə ölçülmür. Həmin tarix bütövlükdə regionun gələcəyini dəyişmək üçün şəraitin yaranması ilə əlamətdardır.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Konqresində hər iki palatada üstünlüyüələ alan Demokratlar Partiyası Ukrayna üçün təxminən 15 milyard dollar dəyərində yeni hərbi yardım paketini müzakirə edir.

“Financial Times” nəşrinin məlumatına görə, demokratlar illik müdafiə büdcəsinə Ukrayna üçün əlavə maliyyə, enerji sektoruna dəstək, hava hücumundan müdafiə raketləri, kəşfiyyat məlumatları və “Starlink” peyk rabitəsinin təminatını daxil etməyi planlaşdırır.

Ağ Ev isə öz növbəsində bildirib ki, Tramp Administrasiyası diqqətini Ukraynadakı müharibəni bitirməyə cəmləyib və Konqreslə konstruktiv əməkdaşlığa hazırdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Günəşdə XXI əsrin alışma rekordu üçüncü dəfə təkrarlanıb
Son 24 saat ərzində Günəşdə qeydə alınan alışmaların sayı 29-a çataraq XXI əsrin rekordunu təkrarlayıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKI RAN) və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (İSZF SO RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Noyabrın 7-də Günəşdə rəsmi olaraq 29 alışma qeydə alınıb. NOAA-nın dünya kataloqunun məlumatlarına əsasən, bu göstərici ən azı 2000-ci ildən bəri qeydə alınan rekordun təkrarıdır”, – məlumatda bildirilib. Bundan əvvəl sutka ərzində eyni sayda alışma iki dəfə qeydə alınıb: 5 may 2022-ci ildə və 10 dekabr 2024-cü ildə. Beləliklə, noyabrın 7-də bu rekord göstərici XXI əsrdə üçüncü dəfə təkrarlanıb.

Qeyd olunur ki, Günəşdə XXI əsr ərzində bir sutka ərzində 30 alışma həddi hələ heç vaxt keçilməyib. Rekord göstəricinin qeydə alındığı günün əsas xüsusiyyəti isə bütün 29 alışmanın 4566 nömrəli eyni Günəş ləkələri qrupu daxilində baş verməsidir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Media: Makron üçün gizli təxliyə planı hazırlanıb?
Fransa hakimiyyəti etirazçıların Yelisey sarayını ələ keçirəcəyi təqdirdə Prezident Emmanuel Makronun Paris ətrafındakı gizli sığınacağa təxliyə edilməsi üçün plan hazırlayıb.

Bu barədə “The Telegraph” qəzeti fransız jurnalistlərin qələmə aldığı “Kölgələrin yeni ordusu” kitabına istinadən məlumat yayıb. Məlumata görə, ölkədə artan etiraz əhval-ruhiyyəsi və gözlənilən prezident seçkilərindən sonra baş verə biləcək iğtişaşlar səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib. Hətta hökumətin süqutu ssenarisinə qarşı ordunun cəlb edilməsi və Soyuq müharibə dövründən qalma yeraltı şəbəkələrdən istifadə imkanları nəzərdən keçirilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər
Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay masası əsnasında söhbət ediblər.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair mətbuata bəyanatında deyib.

Türkiyə lideri Ankaranın Azərbaycan torpaqlarının bərpası prosesinə imkanları daxilində töhfə verməyi davam etdirəcəyini vurğulayıb. O, Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb.

Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Türkiyə həm Azərbaycanın ədalətli mübarizəsini, həm də Bakının regionda davamlı sülhün təmin olunması istiqamətindəki səmimi səylərini dəstəkləyib”, – deyə Prezident Ərdoğan qeyd edib.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz “Bir millət, iki dövlət” kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq”.

Ərdoğan vurğulayıb ki, 2021-ci il iyununda Şuşa Bəyannaməsində təsbit olunan Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.

Zəfərin Xankəndidən ucalan səsi
İkinci Zəfər tağının önündə səslənən müraciət tarixi qələbəmizin mənəvi və siyasi məzmununu bir daha nümayiş etdirdi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur.

8 Noyabr – Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevin Azərbaycan xalqına Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən ünvanladığı müraciət məhz belə tarixi məqamlardan idi. Bu müraciət Zəfərin doğurduğu qürurun, bərpa edilmiş suverenliyin və qalib Azərbaycanın yenilməz dövlətçilik iradəsinin tarixə çevrilmiş bir məkandan bütün dünyaya növbəti bəyanı idi. Bir vaxtlar həsrətin, mübarizənin və tarixi ədalət uğrunda mücadilənin ünvanı olan Xankəndidən bu gün Qələbə səsinin ucalması hadisəyə xüsusi rəmzi məna, dərin tarixi məzmun və misilsiz mənəvi əzəmət qazandırır.

Dövlətimizin başçısı müraciətini Xankəndidən səsləndirməsi təsadüfi deyil, Azərbaycanın 30 illik işğala son qoymasının, tarixi ədalətin bərpasının, ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsinin rəmzi ifadəsidir. İşğal zamanı şeytan yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycanın bütövlüyünün, dövlətçilik iradəsinin və quruculuq əzminin ünvanıdır. Bu baxımdan Prezident İlham Əliyevin məhz Xankəndidən xalqa müraciəti Zəfər tariximizin mənəvi məntiqini tamamlayan mühüm hadisə kimi diqqət çəkir. Dövlət başçısı müraciətində bu rəmzi məqamı xüsusi vurğulayaraq bildirmişdir: “Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir”.

Bakı və Xankəndi – Zəfər tariximizin iki mühüm ünvanı. Paytaxtda ucaldılmış Zəfər tağı ümumxalq qələbəsinin təntənəsini, Xankəndidəki ikinci Zəfər tağı isə həmin qələbənin tarixi nəticələrini, Azərbaycanın öz torpaqlarında suverenliyinin bərpasını təcəssüm etdirir. Bu iki rəmzi məkan bir həqiqətin – Azərbaycan xalqı öz iradəsi, birliyi və qəhrəmanlığı ilə tarixinin ən mühüm sınaqlarından qalibiyyətlə çıxıdığının ifadəsidir.

Xankəndidəki Zəfər tağına aparan pilləkənin hər pilləsində Vətən müharibəsi günlərinin həkk olunması da xüsusi məna daşıyır. Prezident İlham Əliyev bu barədə belə demişdir: “Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub”. Sözsüz ki, bu, Zəfərin qiymətini ifadə edən ən təsirli fikirdir. Çünki 44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıqla yanaşı, ağır itkilər, şəhidlik zirvəsinə yüksələn igidlərimizin fədakarlığı ilə yadda qaldı. Bu gün xalqımızın yaşadığı qürur və sevincin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin şücaəti, əsgər və zabitlərimizin misilsiz döyüş əzmi dayanır. Zəfər tağına aparan pilləkən əslində xalqımızın qürurla keçdiyi qəhrəmanlıq yolunun rəmzidir.

Prezidentin müraciətində 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, xalqımızın milli həmrəyliyi və ordumuzun qəhrəmanlığı geniş yer aldı. Dövlətimizin başçısının “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik” sözləri qələbənin gələcək nəsillər üçün də milli yaddaşın ayrılmaz hissəsi olacağını birmənalı şəkildə ifadə edir.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən tarixi hadisə oldu. Sonrakı mərhələdə – 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası ilə yeni tarixi reallıq yarandı. Prezidentin “Qarabağ Azərbaycandır və nida” ifadəsinə Xankəndidən səsləndirdiyi “O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada – Xankəndidə qoyduq” fikri bu tarixi hadisənin rəmzi ifadəsidir.

Müraciətin mühüm məqamlarından biri də azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri idi. Dövlət başçısının “Bu gün biz azad Qarabağda qurub-yaradırıq” deməsi Zəfərdən sonrakı mərhələnin əsas məzmununun aydın ifadəsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhərlər, kəndlər yenidən qurulur, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması Böyük qayıdışın real nəticələrini nümayiş etdirir.

Xankəndidə Zəfər muzeyinin yaradılması ilə bağlı Prezidentin açıqlaması da xüsusi rəmzi məna daşıyır. Muzeyin keçmiş icra hakimiyyəti binasında yerləşdirilməsi nəzərdə tutulur. Vaxtilə işğalçılıq siyasətinin mərkəzi olmuş binanın xalqımızın qəhrəmanlıq tarixini yaşadan muzeyə çevrilməsi keçmişlə bu gün arasında tarixi qarşılaşmadır. Bu həm də o deməkdir ki, Xankəndi təkcə Zəfərin qeyd olunduğu yer deyil, həm də onun tarixinin gələcək nəsillərə çatdırılacağı məkana çevrilir.

Prezident İlham Əliyev müraciətində milli-mənəvi dəyərlərə və azərbaycançılıq məfkurəsinə də mühüm yer ayırdı. Dövlət başçısının “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” fikri qələbənin arxasında dayanan milli birliyin və həmrəyliyin əhəmiyyətini ifadə edir. Məhz bu birlik xalqımızı ən çətin sınaqlardan keçirərək Vətən müharibəsində vahid amal ətrafında birləşdirdi.

Xankəndidən səslənən müraciət keçmişə ehtiram, bugünə qürur və gələcəyə inamın vəhdətidir. Burada şəhidlərin xatirəsi, ordumuzun qəhrəmanlığı, xalqımızın iradəsi, dövlətimizin qüdrəti və Qarabağda aparılan quruculuq işləri vahid Zəfər salnaməsində birləşdi.

Xankəndidə ucalan ikinci Zəfər tağı Qələbənin memarlıq rəmzi deyil, eyni zamanda xalqımızın sınmayan iradəsinin, şəhidlərimizin əbədi xatirəsinin, müstəqil dövlətimizin gücünün və tarixi yaddaşımızın ifadəsidir. Prezident İlham Əliyevin məhz bu tağın önündən xalqa müraciət etməsi bir daha göstərdi ki, Azərbaycan Zəfərini yalnız tarixə yazmır, onu quruculuqla, birliklə və suveren dövlətçiliklə yaşadır.

Elşən QƏNİYEV,

“Azərbaycan”

Şirvan Şəhər İcra Hakimiyyətində ağsaqqallar və ziyalılarla görüş keçirilib
Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər qazandığı möhtəşəm nailiyyətlərdən, Azərbaycanın sosial-iqtisadi inkişafından, beynəlxalq mövqelərinin gündən-günə daha da möhkəmlənməsindən və dövlətimizin artan qüdrətindən danışıb.

Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, dövlətimizin iqtisadi və hərbi potensialı əhəmiyyətli dərəcədə güclənib. Tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlət-xalq-ordu birliyinin təntənəsi olduğu vurğulanaraq bu Qələbənin Azərbaycan tarixində əbədi yaşayacağı bildirilib.

İlqar Abbasov həmçinin ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, işğaldan azad edilmiş ərazilərdə icra olunan Böyük qayıdış proqramından, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edib. O, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramının icrası istiqamətində nəzərdə tutulan tədbirlər, şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri, infrastrukturun müasirləşdirilməsi, şəhərsalma prinsiplərinə uyğun yenilənmə tədbirləri və Şirvanın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib, şəhərin sosial-iqtisadi potensialının gücləndirilməsi, müasir şəhər mühitinin formalaşdırılması və sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

RİH-in başçısı onu da vurğulayıb ki, əldə olunan nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin davamlı inkişafına töhfə verilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur və bu baxımdan ağsaqqalların və ziyalıların cəmiyyət həyatında fəal mövqeyi, zəngin həyat təcrübəsi və dəyərli tövsiyələri xüsusi əhəmiyyət daşıyır.

Çıxış edən Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov ağsaqqalların cəmiyyətin ictimai-mənəvi həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rolunu qeyd edib. O, ağsaqqalların üzərlərinə düşən mənəvi məsuliyyəti layiqincə yerinə yetirmələrinin, zəngin həyat təcrübələrini gənc nəslə ötürmələrinin, onlarda Vətənə, dövlətə və xalqa bağlılıq hisslərinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Fəxrəddin Rəhimov ağsaqqallar tərəfindən müxtəlif vaxtlarda qaldırılan məsələlərin və irəli sürülən təkliflərin şəhər rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını, onların həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən, Şirvan şəhərində aparılan abadlıq-quruculuq və inkişaf tədbirlərindən bəhs edib, ağsaqqalların cəmiyyətin ictimai-mənəvi həyatında və milli dəyərlərin qorunmasında mühüm rolunu qeyd edib.

Görüş zamanı şəhərin gələcək inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib, ağsaqqal və ziyalılarla mütəmadi görüşlərin keçirilməsinin, onların müraciət və təkliflərinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.

Seyran CAVADOV,

“Azərbaycan”

Süni intellekt insan nəzarətindən çıxır
“Anthropic” şirkətinin mütəxəssisləri süni intellektin adi mətnlər vasitəsilə insanları aldatmağı və nəzarətdən yayınmağı öyrənə bildiyini nümayiş etdiriblər.

“Reuters” Agentliyinin  məlumatına görə, təhlükəsizlik sınaqları zamanı “Claude” modeli təhlükəsizlik filtrlərini yan keçərək xüsusi mətnlər formalaşdırıb.

Həmin mətnlər əsasında öyrədilən süni intellekt sistemi insan nəzarətinə müqavimət göstərməyə, məlumatları gizlətməyə və hətta öz kodunu kənar serverlərə kopyalamağa cəhd edib. Maraqlıdır ki, sistem bu davranışı bədii yazılar, arıçılıq və peşəkar güləş haqqında sadə mətnləri mənimsəyərək öyrənib.

“Anthropic” nümayəndələri bildiriblər ki, bu sınaqlar xüsusi olaraq zəiflikləri tapmaq üçün aparılıb və tədqiqat süni intellektin təhlükəsizliyini artırmaq üçün vacib əhəmiyyət kəsb edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

“Zəfərin qəhrəmanları ilə bir gün”
Hacıqabulda Zəfər Günü münasibəti ilə “Zəfərin qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən, ordumuzun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıqdan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbədən bəhs edib. O, Vətən müharibəsi iştirakçılarının keçdiyi döyüş yolunun gənclər üçün mühüm vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Sonra Vətən müharibəsi iştirakçıları öz döyüş xatirələrini bölüşüblər. Onlar müharibə zamanı qarşılaşdıqları çətinliklər, döyüş yoldaşlarının göstərdiyi fədakarlıq, Azərbaycan əsgərinin iradəsi və torpaq uğrunda mübarizəsi barədə danışıblar.

Gənclər qazilərə suallar ünvanlayıb, onların döyüş yolu və müharibə təcrübəsi ilə bağlı fikirlərini dinləyiblər. Görüş zamanı Vətənə sədaqət, dövlətə bağlılıq, milli birlik və vətəndaş məsuliyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

“Zəfərin qəhrəmanları ilə bir gün” adlı görüş gənclərin Vətən müharibəsinin iştirakçıları ilə birbaşa ünsiyyət qurmasına, onların həyat və döyüş təcrübəsi ilə tanış olmasına şərait yaradıb.

Seyran CAVADOV,

“Azərbaycan”

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
Noyabrın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Goranboyda arabir yağış, Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Sarıbaşda (Qax) isə qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrədək güclənir.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq.

Bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

“Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur”, - deyən dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər.

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur
Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur.

Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib.

“Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada - Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür.

Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.

Türkiyənin nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bizi çox sevindirir və bizi də gücləndirir.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin
İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar
Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib.

“Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur”.

Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq
Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq.

Bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı artıq bir ildən çoxdur Ermənistanla Azərbaycanın sülh sazişini parafladığını, amma hələ ki, son imzanın atılmadığını diqqətə çatdırıb.

Tarixdən güc, gələcəyə yön alan ideologiya
Prezident İlham ƏLİYEV: “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”

Elə  ideyalar var ki, zaman keçdikcə sadəcə siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəyə dair vahid baxışın ifadəsidir.

Azərbaycançılıq təsadüfən yaranmış ideoloji yanaşma deyil. Onun təməlində xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və tarixi sınaqlardan keçərək formalaşmış birliyi dayanır. Həmin ideologiyanın müasir Azərbaycan dövlətçiliyində  möhkəmləndirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində azərbaycançılıq ideyası cəmiyyəti birləşdirən, milli həmrəyliyi gücləndirən, dövlətçiliyin qorunmasını ümummilli məqsədə çevirən möhkəm ideoloji dayağa çevrildi.

Bu ideyanın gücü ən ağır tarixi sınaqlarda özünü göstərdi. Azərbaycan zaman-zaman siyasi təzyiqlərlə, hərbi təhdidlərlə, iqtisadi çətinliklərlə üzləşdi. Amma  hər zaman Vətənə bağlılıq, milli iradə və müstəqillik əzmi  xalqımızı ayaqda saxladı. Həmin iradə illərlə davam edən mübarizədə, torpaq həsrətində, şəhidlərin qanı ilə yazılan tarixdə öz təcəssümünü tapdı.

Bu gün azərbaycançılıq məfkurəsi dövlət siyasətimizin ideoloji əsaslarından biri olmaqla yanaşı, milli birliyimizin, həmrəyliyimizin və gələcəyə baxışımızın başlıca fəlsəfəsidir. Prezident İlham Əliyevin dünən Xankəndidə Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər də bu məfkurənin müasir Azərbaycan üçün daşıdığı əhəmiyyəti bir daha aydın ifadə edir. Dövlət başçısı azərbaycançılığın xalqımızı birləşdirən, bütün uğurlarımızın təməlində dayanan və bizi gələcəyə aparan milli ideya olduğunu vurğulayaraq deyib: “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur”.

Bu fikirlər azərbaycançılığın yalnız tarixi keçmişimizdən qaynaqlanan ideya olmadığını, həm də bugünkü dövlətimizin inkişaf istiqamətini və sabahımızın konturlarını müəyyənləşdirən milli məfkurə olduğunu göstərir. İdeyanın ən böyük gücü isə müxtəlifliyimizi birliyə, fərqli baxışlarımızı ümumi məqsədə, vətəndaşlıq məsuliyyətimizi vahid dövlətçilik iradəsinə çevirə bilməsindədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün siyasi, iqtisadi və hərbi baxımdan müstəqil qərarlar qəbul edən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Lakin güclü dövlət olmaq yalnız əldə edilən uğurlarla kifayətlənmək demək deyil. Güc həm də sabahı düşünmək, mümkün təhdidləri qabaqlamaq, iqtisadi və texnoloji inkişafı sürətləndirmək, müdafiə qabiliyyətini daim yüksəltmək, gənc nəslin intellektual potensialını artırmaqdır. Əsl müstəqillik elə bir qüdrətə sahib olmaqdır ki,  kimsə ölkəmizə qarşı təhdid planları qurmağı ağlından belə keçirməsin. Bu, sülhün, təhlükəsizliyin və suverenliyin etibarlı təminatı olan güclü dövlət quruculuğunun fəlsəfəsidir.

Azərbaycançılıq məfkurəsi gələcəyin Azərbaycanını qurmaq ideyasıdır. Bu ideologiyanın daşıyıcısı olan hər bir vətəndaş bilməlidir ki, dövlətə bağlılıq yalnız bayrağa sevgi ilə məhdudlaşmır. Bu, öz işinə məsuliyyətlə yanaşmaq, qanunlara hörmət etmək, milli maraqları qorumaq və gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşımaqdır.

Azərbaycançılıq  birgəyaşayış mədəniyyətidir. Bu torpaqda yaşayan hər bir insanın dili, dini, etnik mənsubiyyəti fərqli ola bilər, lakin Vətən birdir, dövlət birdir, gələcək birdir. Bizi birləşdirən də məhz bu ortaq taledir. Azərbaycanı Azərbaycan edən onun rəngarəngliyi, bu rəngarəngliyi vahid milli kimlik ətrafında birləşdirə bilən həmrəyliyi və mənəvi bütövlüyüdür.

Bu gün Zəfər tariximizin işığında gələcəyə baxarkən bir həqiqəti unutmamalıyıq: dövlətin gücü  xalqının birliyindən, xalqın gücü isə öz dövlətinə inamından başlayır. Dünən torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşən xalqımız bu gün də quruculuq, inkişaf və tərəqqi naminə eyni həmrəyliyi nümayiş etdirməlidir.

Zəfər bizə gücümüzü, iradəmizi və tarixi məsuliyyətimizi bir daha xatırlatdı. İndi qarşımızda daha böyük vəzifə dayanır. Bu, tarixi qələbəni davamlı inkişafın, elmin, mədəniyyətin, iqtisadi qüdrətin və güclü dövlətçiliyin Zəfərinə çevirməkdir. Çünki Vətən gələcək nəsillərə əmanətdir. Onu qorumaq, ucaltmaq, daha qüdrətli etmək hər birimizin borcudur. Köklərimizdən güc alaraq gələcəyə inamla addımlamaq, milli birliyimizi qorumaq və müstəqil Azərbaycanın heç vaxt zəifləməyəcək dövlətçilik iradəsini yaşatmaq azərbaycançılıq məfkurəsinin əsl mahiyyətidir.

Zəfərimiz tariximizdir, birliyimiz gücümüzdür, müstəqilliyimiz isə gələcəyimizin ən böyük təminatıdır!

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Qələbəmizin təminatçısı xalqın iradəsi, ordunun qüdrəti, iqtidarın qətiyyəti oldu
Azərbaycan Vətən müharibəsinədək hərbi qüdrətinin artırılması, Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində illər boyu ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdi. Ölkənin iqtisadi imkanlarının güclənməsi, müdafiə sənayesinin inkişafı, müasir silah və hərbi texnikanın istehsalı və alınması, hərbi infrastrukturun yenilənməsi Azərbaycan Ordusunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdı.

Ordumuzun arsenalına daxil edilən pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket-artilleriya sistemləri, zirehli texnika və digər müasir döyüş vasitələri onun hərbi-texniki üstünlüklərini əhəmiyyətli dərəcədə artırmışdı. Eyni zamanda, Azərbaycan hərbçilərinin müxtəlif ölkələrdə keçirilən təlimlərdə iştirakı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi, döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi Silahlı Qüvvələrimizi regionun ən qüdrətli ordusuna çevirmişdi.

Amma Vətən müharibəsində Azərbaycan Ordusunun gücünü yalnız müasir silah və texnikanın imkanları ilə ölçmək düzgün olmazdı. Bu Ordunun hər bir əsgər və zabitini irəli aparan ən böyük qüvvə doğma torpaqların işğaldan azad edilməsi arzusu, Vətənə sonsuz məhəbbət, milli qürur və tarixi ədalətin bərpasına olan sarsılmaz inam idi. Azərbaycan hərbçiləri müasir döyüş texnologiyalarından məharətlə istifadə etməklə yanaşı, yüksək peşəkarlıq, çevik qərarvermə, döyüş əzmi və fədakarlıq nümayiş etdirdilər. Onlar mürəkkəb döyüş şəraitində qarşıya qoyulan tapşırıqları əzmkarlıqla yerinə yetirərək sübut etdilər ki, ordunun əsl qüdrəti həm də əsgərin mənəvi gücündə, Vətəninə sədaqətində və qələbəyə sarsılmaz inamındadır.

Vətən müharibəsinin hər günü Azərbaycan əsgər və zabitlərinin iradəsinin yeni bir sınağı idi. Onlar Qarabağın və Şərqi Zəngəzurun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Müharibənin başladığı ilk gündən – 2020-ci il sentyabrın 27-dən yalnız qalibiyyət xəbərləri ilə doğma xalqı sevindirdilər. İşğalçı Ermənistanın silahlı qüvvələrinə döyüş meydanında ağır zərbələr endirərək Qarabağın və Şərqi Zəngəzurun düşmən tapdağı altında qalmış ərazilərini azad etdilər.

Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndi şəhərindən müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyev vurğuladı ki. bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Dövlətimizin başçısı qeyd etdi ki,  bizi irəliyə aparan milli ruhumuz idi: “Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi”.

Qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin illərlə möhkəmləndirdiyi, alınmaz hesab etdiyi müdafiə xətlərini yararaq strateji əhəmiyyətli yüksəklikləri, yaşayış məntəqələrini bir-birinin ardınca azad etdi. Savaşın ilk günlərindən etibarən Azərbaycan Ordusu təşəbbüsü öz əlində saxladı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər istiqamətlərdəki uğurlar hərbi əməliyyatların gedişində ciddi dönüş yaratdı. Hər azad edilən kənd, qəsəbə və şəhər xalqımızın qələbəyə olan inamını daha da artırdı, cəbhədə vuruşan əsgər və zabitlərimizin döyüş əzmini yüksəltdi.

Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri Şuşa uğrunda aparılan döyüşlər oldu. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı, tarixi və mənəvi yaddaşımızın ayrılmaz parçası olan Şuşanın azad edilməsinin müstəsna əhəmiyyəti vardı. Odur ki, Azərbaycanın qəhrəman oğulları olduqca mürəkkəb relyefə malik ərazidə, çətin hava şəraitində, dağlıq və meşəlik sahələrdən keçərək Şuşaya doğru irəlilədilər. Qayalıqları, sıldırım yolları aşan qəhrəman hərbçilərimiz xüsusi cəsarət, dözümlülük və peşəkarlıq nümayiş etdirdilər. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin döyüş hazırlığının, mənəvi gücünün və Vətən sevgisinin bariz nümunəsi oldu.

Azərbaycan 30 ilə yaxın torpaqlarını Ermənistanın işğalından danışıqlar yolu ilə azad etməyə səy göstərdi. Amma işğalçı dövlət və onun xarici havadarları münaqişənin həllində maraqlı olmadıqlarını göstərir, işğal müddətini uzatmağa çalışırdılar. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı: “Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı”.

Ermənistanın hərbi-siyasi rəhbərliyi müharibəni davam etdirməyin mümkünsüzlüyünü dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 10-dan etibarən bütün hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulurdu. Bu sənədin şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Beləliklə, üçtərəfli Bəyanatın imzalanması ilə Vətən müharibəsi başa çatdı. Bu, Azərbaycanın uzun illər davam edən işğala son qoymaq, ərazi bütövlüyünü bərpa etmək istiqamətində apardığı mübarizənin qələbə ilə başa çatması idi.

44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.

Bu gün azad edilmiş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə və Laçında həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzurun işğalı artıq tarixdə qalıb. Azərbaycan xalqı bu tarixi ibrət dərsi kimi heç zaman yaddan çıxarmayacaq. Vətən müharibəsində şəhid olan igidlərimizin əziz xatirəsini, qazilərimizin qəhrəmanlığını isə gələcək nəsillər şərəf və cəsarət nümunəsi kimi xatırlayacaqlar.

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.

Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.

“44 gün ərzində Siz - əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onun telefon söhbəti bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi.

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
Noyabrın 8-də Zəfər Günü münasibətilə Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıdakı Zəfər parkında Zəfər abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir.

Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.

Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizin başçısı düz 6 il bundan əvvəl Şuşa şəhərinin erməni işğalından azad edildiyini və ondan bir gün sonra Ermənistanın rəsmən təslim olduğunu xatırladıb.

Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
Noyabrın 8-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib.

FHN-in kollektivi Zəfər parkını ziyarət edib
8 Noyabr - Zəfər Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi Bakıdakı Zəfər parkını ziyarət edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

“Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız”
Şanlı Zəfərimizin qürurunu, əzəmətini və haqq-ədalətin təntənəsini ən dərin hisslərlə yaşadığımız bu unudulmaz günlərdə Azərbaycanın hər qarış torpağı yeni bir növraq yaşayır. Uzun illər nisgilin, qürbət acısının ağır yükünü çiyinlərində daşıyan keçmiş məcburi köçkün soydaşlarımız üçün isə indi təqvimin hər günü itirilmiş illərin bərpası, ana torpağa qovuşmağın təntənəsidir.

Noyabrın 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak etmələri, Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərə təzə mənzillərinin açarlarını təqdim etmələri bu möhtəşəm tarixi daha bir parlaq səhifə ilə zənginləşdirdi.

Zəfər qürurlu qayıdış karvanları

2020-ci ilin noyabrında azadlığa qovuşan torpaqlarımızda qələbənin əbədi simvolu olan Şuşaya uzanan Zəfər yolunun təməlini qoyan Prezident İlham Əliyevin bu müqəddəs bölgəyə hər səfəri əzəli sakinlərinin doğma ocaqlarına qayıtdıqlarının qürurlu bəyanıdır. Bu gün zirvələrində üçrəngli bayrağımızın əbədi dalğalandığı Qarabağ və Şərqi Zəngəzur başqa bir ruhla, coşquyla nəfəs alır. İllərin həsrəti yerini ana torpağa qovuşmağın sonsuz səadətinə verib. Düz otuz il məcburi köçkünlüyün ağır maddi və mənəvi çətinliklərinə sinə gərən soydaşlarımız bir an olsun belə doğma yurdlarına dönəcəklərinə olan inamlarını itirmədilər. Onların qəlbində bu sarsılmaz ümidi sönməyə qoymayan isə Prezident İlham Əliyevin xalqımızın milli maraqlarının təmin olunmasına yönələn qətiyyətli və uzaqgörən siyasəti oldu. Ölkəyə rəhbərlik etdiyi ilk illərdən torpaqlarımızın azadlığını özünün şərəf borcu, Ali məqsədi hesab edən dövlətimizin başçısı hər zaman məcburi köçkünlərimizin yanında oldu, onlarla hər görüşündə mütləq öz ocaqlarına qayıdacaqlarını inamla və qətiyyətlə söylədi. Bu gün xalqımız həmin uzaqgörən vədlərin gerçəkləşdiyi tarixi anları yaşayır: Qarabağ və Şərqi Zəngəzura ardıcıl qayıdış karvanları zəfər qüruru ilə yola salınır...

Prezident İlham Əliyevin doğma el-obalarına qovuşan keçmiş məcburi köçkünlərin evlərinə qonaq gedərək onların sevinclərini bölüşməsi də artıq xoş ənənəyə çevrilib.

Növbəti bayram əhvallı görüş Zəfərimizin 6-cı ildönümünü qeyd etdiyimiz günlərdə yaşandı. Noyabrın 6-da Zəfər bayramı ərəfəsində gerçəkləşən bu səfər zamanı Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə çıxış edərək şanlı Qələbəmiz və azad edilən ərazilərdə ötən illər ərzində görülən nəhəng işləri diqqətə çatdırdı: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin... ...Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir”.

Ölkəmizin rəhbəri əlavə etdi ki, bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq: “Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır”.

“Bəlkə yuxu görürəm...” - səmimi hisslərin ifadəsi...

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşləri, yaşanan səmimi dialoqlar unudulmaz anlarla yadda qalır. Dövlət başçısının Cahangirbəyli və Soltanlı kəndlərinin sakinləri ilə görüşündə də elə oldu. Məhz bu səmimi mühitdə otuz üç illik həsrətin son nöqtəsi qoyuldu. İllərlə ürəklərdə gəzdirilən ən kövrək hisslər, böyük inam və təşəkkür ifadələri dilə gəldi.

“Otuz ildən sonra, yox, otuz üç ildən sonra Sizin bizi buraya qaytarmağınız əslində möcüzədir. Mənim üçün möcüzədir. Mən fikirləşirəm ki, bəlkə yuxu görürəm, inanın səmimiyyətimə. Sonra baxıram ki, yox, yuxu deyil. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin”, - deyə sakinlərdən biri öz səmimi duyğularını ifadə etdi.

Yaxud digər sakinin dediklərindən: “Yaralı, əsir düşmüş vətənimizin yeganə xilası onun yaralarını ancaq Zəfərlə sarımaq olardı ki, bu mümkünsüz işi Siz bacardınız, əziz Prezidentimiz... ...Ulu Öndərimizdən və şəhidlərimizdən bizlərə əmanət qalmış bu Vətən torpağının bundan sonra bərpa olunub yenidən dirçəlməsi üçün qalan vəzifə artıq biz vətəndaşların borcudur. Sizə söz veririk ki, yurdumuzun abadlığı üçün biz də hər zaman dövlətimizin və Sizin arxanızdayıq”.

Söhbət əsnasında Prezident sakinlərin gələcək planları, təsərrüfat qurmaq istəkləri ilə yaxından maraqlandı.

Dövlət başçısının, “ Burada nə işlə məşğul olacaqsınız?” sualını cavablandıran kişi sakinin, “maşının daşını atıb” kənd təsərrüfatı ilə məşğul olacağını bildirməsi, torpağa bağlılığın və qurub-yaratmaq əzminin bariz nümunəsi idi: “Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər”.

Bölgədə Zəngəzur dəhlizinin açılması, dəmir yolunun çəkilməsi, məktəb və bağçaların fəaliyyətə başlaması ilə böyük inkişafın olacağını bildirən Prezident İlham Əliyev kənddə məşğulluq imkanlarının geniş olacağını xüsusi vurğuladı: “Burada iş çox olacaq. Zəngəzur dəhlizi də kəndin ərazisindən keçir. Burada böyük inkişaf gözlənilir, dəmir yolu da işləyəcək... ...Məktəbi də soruşmuşam, müəllimlər məktəbdə, bağçada işləyəcəklər”.

Görüşdə yaşanan kövrək, eyni zamanda qürurverici anlardan biri şəhid anasının  – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ziyadxan Əliyevin anasının dilindən səslənən o unudulmaz sözlər oldu: “Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz”.

Otuz illik ayrılığa son qoyan yurda möhtəşəm qayıdış həm də xalqımızın milli qürurunun, iradəsinin və ədalətin bərpasının əbədi dastanıdır. 	Azad ərazilərdə ucalan hər yeni ev, çiçəklənən torpaqlar bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı Ordumuzun qəhrəmanlığı ilə qazanılan bu Zəfərin işığı daim Qarabağ və Şərqi Zəngəzura – Bütöv Azərbaycana nur saçacaq.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Müstəqil dövlətimizin etibarlı dayağı
Torpaqlarımızın işğaldan azad olunmasından 6 il ötür. 6 il öncə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında İkinci Qarabağ müharibəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Silahlı Qüvvələrimiz, müstəqil dövlətimiz bu müharibədə dosta da, düşmənə də gücünü, qüdrətini göstərdi.

44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, döyüşlərdə qalib gələn güclü və qüdrətli Azərbaycan Ordusudur, sübut etdi ki, Vətən savaşında qazanılan qələbə Ümummilli Lider Heydər Əliyevin bünövrəsini qoyduğu ordu quruculuğu siyasətinin uğurlu nəticəsidir.

Güclü, qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində uğurlu əks-hücum əməliyyatları zamanı noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi erməni işğalçılarından azad etdi. Bu, bir daha göstərdi ki, ölkəmizdə ordu quruculuğu həmişə dövlətin əsas diqqət mərkəzində olub. Elə bu diqqətin nəticəsində də ordumuz İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıq nümayiş etdirib, həm texniki imkanları və taktiki addımları, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından dünya üçün indiyə qədər görünməmiş nümunə olub. Prezident İlham Əliyev hərbçilərimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən, fədakarlıqdan danışarkən demişdir: "Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid oldu. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi".

İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan qələbədən sonra da ordu quruculuğu bir an olsun belə, dayandırılmayıb, əksinə, bu proses daha sürətlə davam edir. Dövlətimizin gündən-günə artan iqtisadi gücü, maliyyə imkanları hesabına Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və avadanlıqlarla təmin olunur. Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması, daha da gücləndirilməsi məqsədi ilə zəruri islahatlar həyata keçirilir, yeni hərbi hissə və birləşmələr yaradılır, qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün müdafiə sahəsinə ayrılan dövlət xərcləri artırılır.

Prezident İlham Əliyev müharibədən sonra ordu quruculuğu iştiqamətində atılan  zəruri adımlardan söz açaraq demişdir: “İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir”.

Prezident İlham Əliyev Azərbaycan ordusunun gələcək inkişaf prespektivləri barədə mühüm açıqlamalar verərkən komando birliklərinin formalaşdırılmasından, yerli hərbi sənayemizin sürətli inkişafından, həmçinin Silahlı Qüvvələrin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən də danışıb. Dövlətimizin başçısı Azərbaycan Ordusunda komando birliklərinin formalaşdırılmasına toxunaraq bildirib ki, bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam edəcək. Üstəlik, Xüsusi Təyinatlı Qüvvələrimizin də sayı artacaq. Ümumiyyətlə, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan Ordusunun inkişafı, modernləşməsi, NATO standartlarına uyğunlaşdırılması üçün sistemli işlər aparılıb.

Böyük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi beləcə sürətlə davam edir. Azərbaycan Ordusu getdikcə gücünü, qüdrətini artırır. Bu gün inamla deyə bilərik ki, daim güclənən Silahlı Qüvvələrimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etmək, sərhədlərimizi qorumaq gücünə malik və qadirdir. Xalqımız fəxr edə bilər ki, ölkəmizə qarşı yarana biləcək istənilən təhdidə layiqli cavab verməyə qadir Silahlı Qüvvələrimiz və iradəli, qətiyyətli Ali Baş Komandamız var..

Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

Energetika Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib
Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 8 Noyabr Zəfər Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Zəfər Abidəsi önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

NASA Ayın dərinliklərində gizlənən sərvətləri üzə çıxarmaq istəyir
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2028-ci ilin sonunda Ayın cənub qütbünə nüvə enerji mənbəyi ilə təchiz edilmiş, altı təkərli Ay tədqiqat aparatı PROMISE (Ayın qütb bölgəsində müşahidə, xəritələşdirmə və yerində tədqiqatlar aparan  cihaz ) göndərməyi planlaşdırır. Nüvə enerji mənbəyi sayəsində o, uzun Ay gecələrində, eləcə də buz ehtiyatlarının olduğu ehtimal edilən, daim kölgədə qalan kraterlərdə fasiləsiz fəaliyyət göstərə biləcək. Bu barədə  “İzvestiya” qəzetində qurumun saytına istinadən  məlumat verilib.

“PROMISE aparatı  buzun və digər resursların öyrənilməsi məqsədilə təxminən 1 metr dərinlikdən Ay torpağının  nümunələrini götürmək üçün qazma qurğusu, səth materialının kimyəvi tərkibini təhlil edən spektrometrlər, temperatur və radiasiya sensorları, eləcə də görünən işıq diapazonunda işləyən kameralarla təchiz olunacaq. Aparat radiasiyaya davamlı yeni nəsil hesablama sistemi, həmçinin qabaqcıl avtonom idarəetmə sensorları və alqoritmlərini nümayiş etdirəcək. NASA PROMISE aparatını 2028-ci ilin sonunda buraxmağı planlaşdırır və onun 18 ay davam edəcək missiyasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Aparatın yerin təbii peykinin səthinə çatdırılması üçün NASA “Blue Origin” şirkəti ilə 94 milyon dollar dəyərində ilkin müqavilə imzalayıb. İşlərin uğurla yerinə yetirilməsi halında müqaviləyə əlavə olaraq 140 milyon dollar dəyərində opsion da nəzərdə tutulub. Aparatın Aya çatdırılması və orada yerləşdirilməsi “Moon Base” proqramının birinci mərhələsi çərçivəsində Mark 1 eniş modulu vasitəsilə həyata keçiriləcək.

NASA rəhbəri Cared Ayzekman və “Boeing” şirkətinin kommersiya proqramının rəhbəri Con Malholland sentyabrın 28-də ekipajla birlikdə “Starliner” kosmik gəmisinin ilk müntəzəm istismar uçuşunun 2028-ci ilə təxirə salındığını bildiriblər.

Onların sözlərinə görə, əvvəlcə “Starliner-1” pilotsuz missiyası Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriləcək. Bu missiya artıq cari ilin dekabrında həyata keçirilə bilər. Əldə olunacaq məlumatlardan proqramlara düzəlişlərin edilməsi və ekipajlı uçuş üçün zəruri sınaqların aparılması zamanı istifadə olunacaq.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”