03 İyun 2026 08:00
181
SİYASƏT
A- A+
Bizi hədələyən özlərindən xəbərsizlər

Bizi hədələyən özlərindən xəbərsizlər


Güclülər də hədə-qorxu gələ bilirlər, zəiflər və qorxaqlar da!

Fərq burasındadır ki, güclü özünə arxayın olaraq asıb-kəsir, zəif isə özgəsinə!

Amma nəticə vuruşanda, döyüş meydanında bəlli olur!

Başqasına "xox" gəlməyin digər bir məqsədi də var:

Özünü güclü göstərmək!

Başqalarının  gözündə özünü ucaltmağa çalışmaq!

Öz adı ilə desək, gözə kül üfürmək!

Ancaq bu, birinci dəfədə, bir dəfə baş tuta bilər!

Uduzmuşun və məğlub olmuşun hapa-gopa basması isə yalnız ironik təbəssüm doğurar!

İstər adi adam olsun, istər hərbçi, istərsə də nə vaxtsa prezident işləmiş birisi...

Fərq eləməz!

Döyüş meydanında basılaraq döyülənin, qol-qabırğası qırılanın, yalvararaq aman diləyənin sonradan ağız-burnunun qanını silərək xoruzlanması təkcə təbəssüm yox, həm də ikrah yaradır!

Bəli, söhbət bir zamanlar Ermənistana başçılıq edənlərin, müharibədə məğlub  edilərək kapitulyasiya aktına məcburən qol çəkdirilənlərin indi revanşizmdən dəm vurmalarından, təzədən xoruzlanmalarından gedir!

Xoruzların xoruzlanması təbiidir...

Amma gərək iki məqamı unutmayasan:

Birinci, lap yaxın keçmişdə baş verənləri...

İkinci,  "dəmir yumruğ"un  mövcudluğunu!

Çünki davanın nəticəsini söz yox, yumruq həll edir!

***

Erməni cəsarətinin arxasında həmişə rus amili dayanıb.

Çünki erməniləri Cənubi Qafqaza gətirən də, onları Azərbaycan torpaqlarında yerləşdirən də, Ermənistan adında dövlət yaradan da, bu dövləti bizdən qoparılan ərazilər hesabına daim genişləndirən də, İrəvanı bizdən alıb yeni erməni dövlətinə  paytaxt edən də, ən nəhayət, Ermənistanı daim silahlandıraraq üstümüzə qısqırdan da  məhz Rusiya olub.

Çar Rusiyasının başladığı işi sovet Rusiyası mövcudluğu dövründə dayanmadan davam etdirib.

Bir tərəfdən dədə-baba torpaqlarında yaşayan azərbaycanlıları müxtəlif adlarla deportasiya edib, digər tərəfdən heç bir əsas və ehtiyac olmadan Azərbaycan ərazisində muxtar qurum  yaradaraq orada ermənilərin sayını daim artırmağa çalışıb.

NİYYƏT:

* Əlaltı dövlət yaratmaqla onun ərazisində Türkiyəyə qarşı hərbi bazalar yerləşdirmək;

* Türk dövlətlərinin quru yolla  əlaqələrini kəsmək və onları bir-birindən  ayrı salmaq;

* Azərbaycana qarşı daimi təzyiq vasitəsi yaratmaqla onun yeraltı və yerüstü sərvətlərini mənimsəmək  olub!

Tarixin ən sərt dönüşlərində - ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti yarananda və Azərbaycan xalqı ikinci dəfə dövlət müstəqilliyinə nail olanda isə yenidən erməniləri maliyyələşdirərək və silahlandıraraq Qarabağ münaqişəsini körükləyib, xalqımıza ərazi və insan itkisi yaşadıb.

Əgər Rusiya və rus ordusu, rus silahı olmasaydı, Azərbaycandan hər sahədə - əhali sayına, iqtisadi imkanlara, strateji mövqelərə görə qat-qat geridə qalan Ermənistan bizdən torpaq qopara bilərdimi?!

Heç zaman!

Bunu  II Qarabağ müharibəsi də açıq şəkildə göstərdi:

Hərbi əməliyyatlar Azərbaycan ərazisində getdiyinə görə Rusiya aşkar olaraq - KTMT qismində müdaxilə edə bilmədiyindən Azərbaycan öz gücü ilə  otuzillik işğala 44 gündə son qoydu!

Hətta Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularına dəstək versələr də!

***

Hayların ikinci "silahı" "erməni soyqırımı" mifi və onun əsasında dünya miqyasında gördükləri işlərdir.

Ermənilərin heç zaman özlərinin əraziləri, vətənləri, dövlətləri olmayıb.

Olsaydı,  öz vətənlərində  "soyqırım"larına  uğrayardılar.

Qaraçı kimi bütün dünyaya səpələnmiş,  müxtəlif dövlətlərin  ərazisində kompakt  halında yaşamış, varlanmış və sonra  harınlayaraq həmin dövlətlərə ən çətin günlərdə xəyanət etmişlər.

Qardaş Türkiyə dediklərimizə misaldır!

Türkiyə ərazisində rahat yaşayaraq şellənən haylar  müharibə başlayan kimi  fitnəyə uyaraq türklərə arxadan bıçaq sapladılar,  xəyanət əməlləri törətdilər.

Türk dövləti də öz təhlükəsizliyini təmin etmək üçün onları həmin ərazilərdən kütləvi şəkildə köçürdü.

Ermənilər isə bunun adını  "soyqırımı" qoydular!

Amma ortada  "soyqırımı"nı təsdiq edən bir sənəd, tarixi fakt yoxdur!

Türkiyə öz arxivlərini açaraq ermənilərdən də bunu, birgə araşdırmaları tələb edir.

Arxivlərdə  "soyqırımı"na  dəlalət edən heç bir sənədin olmadığını yaxşı bilən haylar açıq araşdırmalardan daim boyun qaçırırlar.

Dünya erməniliyi isə  bu əfsanə üzərində  "biznes" qurub.

Bir çox dövlətdə yaradılan erməni diasporları müntəzəm şəkildə "soyqırımını tanıtmaq" adı ilə pul toplayırlar.

Həmin pullardan diaspor liderləri və Ermənistanın rəhbərləri bəhrələnməklə yanaşı, müxtəlif ölkələrin siyasi xadimlərinin, parlament üzvlərinin satın alınmasında, erməni diasporuna sərf edən qərar, qətnamə və digər saxta sənədlərin qəbul olunmasında  istifadə  edilir.

Digər tərəfdən isə haylar özlərini daim "məzlum", "fağır", "zavallı", "soyqırımına uğramış xalq" kimi təqdim etməklə yırtıcı simalarını bu pərdə altında gizlədirlər.

Bunu Xocalıda, Qaradağlıda, Ballıcada, Başlıbeldə törətdikləri soyqırımları da təsdiq edir.

Otuzillik işğal dövründə Qarabağda erməni vandallığı və vəhşiliklərinə isə  bütün dünya şahid oldu.

"Məzlum"  maskası cırılanda  altındakı yırtıcı xislət və əməllər  üzə çıxdı.

***

İkinci Qarabağ müharibəsində Ermənistana heç kim və heç nə kömək edə bilmədi!

"Məğlubedilməz xalq", "məğlubedilməz ordu" 44 gün ərzində yerlə yeksan edilərək biabırçı məğlubiyyətə uğradıldı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə düşməni diz çökdürdü, ona kapitulyasiya aktını imzalatdırdı, Ağdam, Laçın və Kəlbəcər rayonlarını bir güllə atılmadan geri qaytardı, işğal altındakı torpaqlara azadlıq gətirdi!

Məğlubiyyətlə barışmaq istəməyən ermənilər müdafiəçilərinə arxalanaraq xam xəyallara düşdülər, üçtərəfli Bəyanatın bəzən mühüm bəndlərini yerinə yetirmək istəmədilər.

"Dəmir yumruq" yenidən işə düşdü!

Unikal əməliyyat keçirilərək Həkəri çayı üzərindəki post alındı, beləliklə, şər yoluna çevrilən Laçın qapısı əbədilik qapandı!

Daha sonra cəmi 23 saat çəkən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət  suverenliyi və konstitusiya əsasları bərpa olundu!

Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatiya və siyasət sahəsində atdığı qətiyyətli addımlarla davam etdirdi:

* Qalib tərəf olsa da, özü sülh şərtlərini hazırlayaraq sülh təşəbbüsünü irəli sürdü;

* Vasitəçilərdən imtina edərək ikitərəfli danışıqlara üstünlük verdi;

* İşğalda qalmış bir neçə kəndi dinc yolla geriyə qaytararaq delimitasiya və demarkasiya prosesinə başladı;

* 8 avqust 2025-ci ildə ABŞ Prezidenti D.Trampın iştirakı ilə Vaşinqtonda keçirilən ikitərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı.

* TRIPP  marşrutunun (Zəngəzur dəhlizinin) açılması barədə  razılıq əldə olundu;

* Qarabağ münaqişəsinin həllində buxova çevrilən ATƏT-in Minsk qrupu tarixin arxivinə verildi;

* N.Paşinyan Ermənistan Konstitusiyasında tələb olunan dəyişikliyin referendum yolu ilə aradan qaldırılacağı barədə  öz  üzərinə öhdəlik götürdü.

Bütün bunlar Ermənistanın və onun havadarlarının ürəyincə olmasa da, cənab İlham Əliyev məcburən etdirdi!

Separatizmdən əziyyət çəkən dünyanın bir sıra siyasi liderlərinə həm də siyasət və diplomatiya dərsləri verdi.

***

"Qarabağ  Ermənistandır və nöqtə" deyən Paşinyan  bu gün sülh uğrunda ən fəal  şəkildə  çalışanlardan biridir!

* Çünki  "dəmir yumruğ"un qüdrətini gördü!

* Çünki təkcə hərb meydanında deyil, siyasət, diplomatiya və informasiya cəbhəsində də yerlə yeksan edildi!

* Çünki başa düşdü ki, mifik "böyük Ermənistan" uğrunda sərsəm mübarizələrindən əl çəkməsələr, real Ermənistanı da itirəcəklər.

* Çünki əyani şəkildə anladı ki, özündən güclü dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi səfehlikdir.

* Çünki gördü ki, elə hayların özü üçün də blokadadan çıxaraq əməkdaşlığa başlamaq  daha faydalıdır.

Ancaq hələ də Ermənistanda ağıllanmayan siyasətçilər və vəzifələrini, çirkli pul qazanmaq  imkanlarını itirmiş sərsəm  düşüncə sahibləri  var.

Onlar revanşizmdən dəm vurur, qisasçılıq niyyəti ilə  seçkilərə qoşulur, Paşinyanı xəyanətdə ittiham edərək  erməni xalqının qözünə kül üfürürlər.

Ordularının darmadağın edildiyini, özlərinin  biabırçı şəkildə  məğlubiyyətə  uğradıldıqlarını, havadarlarının belə heç bir kömək göstərə bilmədiyini unudanlar, özlərindən  xəbərsizlər hərdən  hədlərini aşaraq bizi hədələyirlər də.

"Axmaq baş sahibinə qapaz  yedizdirər" demişlər!

Deyəsən,  "dəmir yumruğ"un  "dəmir qapazları"nı  unudanlar var!

2020-ci ilin 8 noyabrından elə də çox vaxt keçməyib!

Azərbaycan əsgərinin Şuşanı yalın əllə, yalnız əsgər xəncəri və lopatkası ilə aldığını haylar heç zaman  yaddan çıxarmasınlar!

Çünki yaddaşsızlıq insanın başına yeni bəlalar gətirir.

Erməni xalqı isə özü  varlanaraq erməni gənclərini  qurbana çevirən, "miatsum" ideyası ilə otuz ildə  xalqa məşəqqətlər yaşadan, sonda hər şeydən məhrum  edən başabəla liderlərinin, sabiq prezidentlərinin əməllərini unutmamalıdır.

Seçkiyə gedənlər səsvermə qutusuna yaxınlaşanda geriyə boylansınlar, eşitdiklərinə yox, gördüklərinə inansınlar, başlarına gələnlərdən bu dəfə doğru və ağıllı nəticə çıxarsınlar!

***

Ermənistanın hazırkı rəhbəri də bir zamanlar hakimiyyətə təzə gələndə  lovğalıqla "Qarabağ Ermənistandır və nöqtə" deyərək artıq məsələnin tamamilə həll olunduğunu güman edirdi.

Elə bilirdi ki, aldıqları torpaqlar daha əbədilik  onlarındır.

Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev onun cavabını verdi!

Əvvəlcə sözlə!

Beynəlxalq  konfransların tribunasından açıq şəkildə bəyan etdi:

"Qarabağ  Azərbaycandır və nida işarəsi".

Sonra Paşinyanla debatda Qarabağın kimlər tərəfindən, nə vaxt və necə yaradıldığını tarixi faktlarla söylədi!

Ən nəhayət, müharibədə, döyüş meydanında kimin kim olduğunu əyani şəkildə sübuta yetirdi!

Nəticədə Paşinyan hər şeyi dərindən və olduğu kimi başa düşdü.

*  Başa düşdü ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır!

* Başa  düşdü ki,  artıq  kimlərəsə  güvənməyin  vaxtı keçib!

* Başa düşdü ki,  Azərbaycan Ermənistandan dəfələrlə və bütün  parametrlər üzrə güclüdür!

* Başa düşdü ki, Azərbaycana hərb meydanında  qalib gəlmələri daha mümkün deyil!

Ən əsası, başa düşdü ki,  əgər  mifik "böyük Ermənistan"ın xəyalını etsələr,  real Ermənistanı da  itirə bilərlər!

Odur ki,  tamamilə ağıllandı,  illüziyalardan  tam uzaqlaşdı.

* Bu gün Paşinyan  Azərbaycanın sülh şərtlərini,  ABŞ-də  D.Trampın iştirakı ilə paraflanmış sülh sazişini  qəbul və icra edir.

Odur ki, Paşinyan Ermənistanı otuz ildən çox  davam edən blokadadan çıxarır.

* Bu gün Paşinyan  Azərbaycandan  benzin, yanacaq alır.

* Bu gün Rusiyadan və Ukraynadan Ermənistana göndərilən taxıl və digər  mallar Azərbaycan ərazisindən daşınır.

Paşinyan həm də Trampın adını daşıyan və Orta dəhlizin əsas elementlərindən biri sayılan Zəngəzur dəhlizinin (TRIPP) işə salınmasına çalışır.

Paşinyan həm də  Yerablurun genişlənməsini istəmir.

Əgər 7 iyun seçkilərində Paşinyan deyil, özgə birisi qalib gəlsə, hər şey təzədən başlaya bilər.

MƏSƏLƏN:

* Ermənistan  yenidən blokadaya salınar;

* Əhali yenidən  yoxsullaşaraq ölkəni tərk edər;

* Revanşistlər hakimiyyətə gələcəkləri halda yenidən xalqı soyaraq çox varlanarlar;

* Yenidən  müharibəyə başlasalar,  Yerablur qat-qat genişlənər;

* Erməni anaları oğulsuz, gözü yaşlı qalar;

* Ən nəhayət,  real Ermənistan dövləti də  yox ola bilər!

Seçim erməni xalqınındır...

Bir neçə dəfə səhv edərək, ter-petrosyanlara, koçaryanlara, sarkisyanlara, ohanyanlara etibar edərək başı daşdan-daşa dəyən erməni xalqının.

"Dəmir yumruq" hazır vəziyyətdədir!

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə daim dediklərinə bütün dəqiqliyi ilə əməl edəndir!

Kiməsə, nəyəsə arxayın olmağın zamanı keçib.

Bir dəfə batdığınız palçığa yenidən girməkdən çəkinin.

Nağıllara inananların aqibəti heç də yaxşı olmur.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 101 dollara satılır

09:43
03 İyun

Rubio: Çin İrana ABŞ-nin hərbi əməliyyatlarını çətinləşdirəcək dəstək vermir

09:29
03 İyun

Araşdırma: Alkoqolun hətta az miqdarda qəbulu da xərçəng riskini artırır

09:27
03 İyun

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiya tətbiq edib

09:25
03 İyun

Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb

09:24
03 İyun

İran ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb

09:22
03 İyun

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

09:01
03 İyun

Nadir Ebola ştamı yayılır

08:55
03 İyun

Ermənistan növbəti siyasi sınaq qarşısındadır

08:50
03 İyun

Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" mərkəzinə çevrilir

08:47
03 İyun

WUF13 Azərbaycanın uğurlu iqtisadi inkişafını beynəlxalq aləmə təqdim etdi

08:45
03 İyun

Görüş yeri dəyişmədi

08:40
03 İyun

Ölkəmizin təcrübəsi digər dövlətlər üçün də faydalıdır

08:35
03 İyun

Prezident İlham Əliyevin təşəbbüsü: "Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi gücə çevrilməlidir"

08:30
03 İyun

Dünyanın enerji strategiyası bu dəfə də Bakıda formalaşır

08:25
03 İyun

907-ci düzəlişin ləğvi zərurətdir

08:20
03 İyun

Qlobal liderlik, səmimi dostluq, yeni diplomatik səhifə

08:15
03 İyun

TDT-nin təməl tarixi

08:10
03 İyun

Milli həmrəylikdən böyük Zəfərə

08:05
03 İyun

Bizi hədələyən özlərindən xəbərsizlər

08:00
03 İyun

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

01:14
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!