06 İyun 2026 09:35
1490
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


Ata yurdumuz olan evi bir neçə ildir ki, bibim satıb. Satış zamanı bizdən heç bir razılıq ərizəsi alınmayıb. Evin yerləşdiyi torpaq sahəsi isə babamın adınadır və həmin torpağa aid sənəd məndədir. Ev hazırda yeni sahibinin adına keçirilib. Bu halda mən həmin torpaq sahəsinə çıxarış ala bilərəmmi?


Şəbnəm Abbasova, 

Sumqayıt sakini 


Sualınıza cavab olaraq bildiririk ki, təsvir etdiyiniz vəziyyət kifayət qədər qəliz, lakin təcrübədə tez-tez rast gəlinən hallardan biridir. Burada əsas məsələ iki fərqli obyektə (daşınmaz əmlaka) məxsus hüquqi vəziyyətin mövcudluğudur. 

Mövcud vəziyyətlə bağlı hər iki obyekt (ev və torpaq sahəsi) mütləq şəkildə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olan əmlaklardır. Burada mülkiyyət hüququ xüsusi əhəmiyyət daşıdığından sözügedən əmlaklar üzərində mülkiyyət hüququ subyekti də xüsusi əhəmiyyətə malikdir. Qeyd etdiyiniz vəziyyətdə torpaq sahəsinin mülkiyyətçisi babanızdır və onun rəsmi razılığı olmadığı halda sözügedən torpaq sahəsinin satılması mümkün deyil. Babanızın sağ olmaması halında belə bu yaxın və uzaq qohumlarınıza sözügedən torpaq sahəsini satmaq hüququ vermir. Bunun üçün babanızın mülkiyyətində olan torpaq sahəsi ilə bağlı mütləq şəkildə babanızın vərəsəsi (vərəsələri) müəyyən olunmalıdır. Bundan sonra vərəsə (vərəsələr) torpaq sahəsini lazımi qaydada adına rəsmiləşdirdikdən sonra onun satışını həyata keçirə bilər (torpaq sahəsinin bir neçə mülkiyyətçisi olduğu halda onların birgə razılığı ilə).

Torpaq sahəsinə sizin yeni çıxarış almağınız üçün yuxarıda qeyd olunan qanun və vəsiyyət üzrə vərəsəlik məsələsinin həll edilməsi zəruridir. Çünki torpaq sahəsinə yeni çıxarışın verilməsi torpaq sahəsinə yeni mülkiyyətçinin rəsmiləşdirilməsindən sonra gözlənilən bir prosesdir. Buna görə də sizin ilk istiqamətiniz torpaq sahəsi ilə bağlı babanızın vərəsəsi olmağınızla bağlı zəruri hüquqi prosesləri başlatmağınızıdr.

Babanızın mülkiyyətində olan torpaq sahəsində mövcud olan evə gəlincə, ilk öncə evin mülkiyyətçisi müəyyən olunmalıdır. Təcrübədə belə vəziyyətlərdə evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmasına baxmayaraq, evin mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması faktları mövcuddur.

Evin mülkiyyət hüququnun bibinizin adına olmaması halında bibinizin sözügedən evi satması yalnız evin mülkiyyətçisinin razılığı əsasında mümkündür. Əgər mülkiyyətçi tərəfindən belə bir razılıq mövcud deyilsə, o zaman bu alqı-satqı mülki qanunvericiliyə əsasən, etibarsızlıq baxımdan mübahisələndirilə bilər. 

Evin satışı ilə bağlı sizdən razılığın alınmaması, eləcə də alqı-satqının rəsmi qaydada aparılması ilə bağlı mövcud iş materiallarının (alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan sənədləri və s.) nəzərdən keçirmədən və sizin həmin əmlakla bağlı hüquqi vəziyyətinizi öyrənmədən fikir bildirilməsi əsaslı deyildir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

14:37
16 İyul

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

13:28
16 İyul

Sabah ölkə ərazisində hava necə olacaq?

13:11
16 İyul

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

12:37
16 İyul

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

12:21
16 İyul

Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlıq artan dinamika ilə inkişaf edir

12:19
16 İyul

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:09
16 İyul

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

12:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!