03 İyun 2026 08:05
175
SİYASƏT
A- A+
Milli həmrəylikdən böyük Zəfərə

Milli həmrəylikdən böyük Zəfərə


2016-cı il 3-4 iyun tarixi dünya azərbaycanlıları üçün əlamətdardır. Həmin günlər Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. İki gün davam edən qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. 

Xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları, eləcə də yüksəkvəzifəli şəxsləri və parlament üzvləri də qonaqlar arasında olub. Həmçinin respublikamızın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyətinin qatıldığı qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər, onların həlli yolları və digər prioritet məsələlər diqqət mərkəzində saxlanılıb.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabrın 9-10-da Prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Dünya Azərbaycanlılarının II Qurultayı 5 il sonra Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamına əsasən, həmin il martın 16-da baş tutub. Xaricdə yaşayan soydaşlarımız III Qurultaya isə 2011-ci il iyulun 5-6-da toplaşıblar. 

Dünya Azərbaycanlılarının IV Qurultayının iyunun 3-də Heydər Əliyev Mərkəzində keçirilən rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Bildiyiniz kimi, I Qurultay Ulu Öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır". Dövlətimizin başçısı 2001-ci ilin Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olduğunu, məhz həmin ildə keçirilən I Qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldığını xatırladıb: "Hazırda onun adı Diasporla İş üzrə Dövlət Komitəsidir. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır". Prezident İlham Əliyev bildirib ki, Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmişlər. Bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.

Dövlətimizin başçısı bir məqamı da vurğulayıb. Qeyd edib ki, diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir: "İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək".

Xatırladaq ki, Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləndə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur əraziləri hələ də Ermənistanın işğalı altında idi. Belə bir zamanda yalnız dövlətimizin, Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin üzərinə ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq kimi böyük və məsuliyyətli vəzifə düşürdü. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi: "Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər". 

Diqqəti tarixi faktlara çəkən Prezident əsl həqiqətlər barədə Azərbaycanda kifayət qədər materialların, xəritələrin, kitabların, tarixi sənədlərin olduğunu qeyd etmiş, diaspor təşkilatları qarşısında əhəmiyyətli vəzifələr qoymuşdur: "Bizim alimlərimiz çox böyük işlər görürlər. "İrəvan xanlığı" adlı böyük bir elmi əsər yaradılıbdır. Çünki dünyada bir çoxları bilmir ki, bu, bizim tarixi torpağımızdır. Ancaq biz bunu sənədlər əsasında sübut edirik, xarici dillərə tərcümə edirik". Dövlətimizin başçısı demişdir ki, ona görə bu istiqamət diaspor təşkilatları üçün əsas olmalıdır.

Rəsmi açılışdan sonra qurultay öz işini "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri", "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya", "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində", "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzularında panel iclaslarla davam etdirib. Diaspor rəhbərləri iclaslarda müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və başqa mühüm  mövzularda fikir mübadiləsi aparıb, rəy və təkliflərini irəli sürüblər. 

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə, dünya azərbaycanlılarına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətlərini yekdilliklə qəbul ediblər.

Qurultayın yekununda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiqlənib. Qurultay iştirakçıları növbəti dəfə Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına Sədr seçiblər. 

Son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinin daha da möhkəmlənməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişlənməsi və beynəlxalq müstəvidə Azərbaycanın mövqelərinin güclənməsi IV Qurultayda müəyyənləşdirilən strateji hədəflərin uğurla həyata keçirildiyini göstərir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə Azərbaycanın ərazi bütövlüyünün bərpası  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında daha sıx birləşməsinə, informasiya və diplomatik mübarizədə fəal iştirakına səbəb oldu.

Bu gün Azərbaycan diasporu qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin qazandığı uğurların, həyata keçirilən quruculuq və bərpa işlərinin, eləcə də regionda formalaşan yeni reallıqların beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasıdır. Dünya Azərbaycanlılarının IV Qurultayında səsləndirilən çağırışlar və müəyyən edilən prioritetlər xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və xalqımızın maraqlarının müdafiəsi istiqamətində fəaliyyətinə bu gün də istiqamət verir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 101 dollara satılır

09:43
03 İyun

Rubio: Çin İrana ABŞ-nin hərbi əməliyyatlarını çətinləşdirəcək dəstək vermir

09:29
03 İyun

Araşdırma: Alkoqolun hətta az miqdarda qəbulu da xərçəng riskini artırır

09:27
03 İyun

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiya tətbiq edib

09:25
03 İyun

Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb

09:24
03 İyun

İran ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb

09:22
03 İyun

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

09:01
03 İyun

Nadir Ebola ştamı yayılır

08:55
03 İyun

Ermənistan növbəti siyasi sınaq qarşısındadır

08:50
03 İyun

Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" mərkəzinə çevrilir

08:47
03 İyun

WUF13 Azərbaycanın uğurlu iqtisadi inkişafını beynəlxalq aləmə təqdim etdi

08:45
03 İyun

Görüş yeri dəyişmədi

08:40
03 İyun

Ölkəmizin təcrübəsi digər dövlətlər üçün də faydalıdır

08:35
03 İyun

Prezident İlham Əliyevin təşəbbüsü: "Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi gücə çevrilməlidir"

08:30
03 İyun

Dünyanın enerji strategiyası bu dəfə də Bakıda formalaşır

08:25
03 İyun

907-ci düzəlişin ləğvi zərurətdir

08:20
03 İyun

Qlobal liderlik, səmimi dostluq, yeni diplomatik səhifə

08:15
03 İyun

TDT-nin təməl tarixi

08:10
03 İyun

Milli həmrəylikdən böyük Zəfərə

08:05
03 İyun

Bizi hədələyən özlərindən xəbərsizlər

08:00
03 İyun

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

01:14
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!