20 Avqust 2026 10:50
84
SİYASƏT
A- A+
“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  


Vaşinqtonda Corc Vaşinqton Universitetində “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” mövzusunda konfrans keçirilib. Tədbir ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsi (ANA) tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Komitə sədri xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, Azərbaycan dilinin və milli kimliyin qorunmasına yönəlmiş layihələr, Azərbaycan evlərinin fəaliyyəti, diaspor təşkilatları və gənclər üçün təşkil olunan yay düşərgələri barədə məlumat verib.

Fuad Muradov akademik dairələrin Azərbaycan haqqında etibarlı və obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, xaricdə fəaliyyət göstərən azərbaycanlı alim və mütəxəssislərin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini qeyd edib, həmçinin Corc Vaşinqton Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova açılışda çıxış edərək ölkələr arasında əlaqələrin müxtəlif aspektlərinin akademik dairələrdə müzakirəsinin əhəmiyyətindən danışıb.

Daha sonra keçirilən panel müzakirəsində Fuad Muradov, Corc Vaşinqton Universitetinin professoru Can Korman, Təhsil və İnsan İnkişafı Məktəbinin dekan əvəzi Lionel Hovard, qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova, Corc Meyson Universitetinin siyasi elmlər üzrə tədqiqatçısı Əli Məmmədov və idman menecmenti üzrə mütəxəssis Mett Vinkler çıxış ediblər.

Paneldə Azərbaycanla ABŞ arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında uzunmüddətli tərəfdaşlıqların qurulması, birgə təhsil və tədqiqat proqramlarının inkişafı, insan kapitalına investisiya və bilik mübadiləsi məsələləri müzakirə olunub.

Çıxışçılar uğurlu beynəlxalq akademik əməkdaşlığın qarşılıqlı maraqlara və konkret nəticələrə əsaslanmasının vacibliyini vurğulayıblar. Azərbaycan universitetləri ilə ABŞ ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq nümunələrinə, o cümlədən ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında kompüter elmləri, data analitikası, elektrik və kompüter mühəndisliyi sahələrində həyata keçirilən proqramlara toxunulub. Azərbaycanın təhsil, elm və texnologiyanın inkişafına, xüsusilə insan kapitalının gücləndirilməsinə verdiyi önəm qeyd edilib.

Müzakirələrdə, həmçinin akademik və şəxsi əlaqələrin uzunmüddətli institusional tərəfdaşlıqların yaranmasındakı rolu, müxtəlif ölkələrin təhsil və tədqiqat təcrübələrinin bölüşdürülməsinin əhəmiyyəti, eləcə də akademik diplomatiyanın ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsi diqqətə çatdırılıb.

Panel müzakirəsinin sonunda sual-cavab sessiyası keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib

10:46
20 Avqust

ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

10:45
20 Avqust

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

10:42
20 Avqust

Ağaca nəfəs verməklə xalqın səsini yaşatmaq olarmış

10:40
20 Avqust

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

10:36
20 Avqust

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

10:33
20 Avqust

Qızılın qiyməti iki ayın maksimumuna yüksəlib

10:31
20 Avqust

Azərbaycanın ilk qadın Xalq şairi

10:30
20 Avqust

Kimliyini qoruyan xalq dünyaya daha inamla açılır

10:20
20 Avqust

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

10:19
20 Avqust

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

10:18
20 Avqust

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

10:16
20 Avqust

Birjalarda qızıl və gümüşün qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:14
20 Avqust

Yaşıl tarlalar bir azdan ağ örpəyə bürünəcək

10:10
20 Avqust

"IT Park Uzbekistan"ın icraçı direktoru: "Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm"

10:00
20 Avqust

Rəqəmsal təhlükəsizlikdə saxtakarlığa qarşı hansı mübarizə yolları mövcuddur

09:50
20 Avqust

Elm və təhsil süni intellektin sürəti ilə ayaqlaşmağa məcburdur 

09:40
20 Avqust

Yenidən qurulan və abadlaşan yollarımız

09:30
20 Avqust

Qədim Bakının müasir memarlıq imzaları

09:20
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!