20 Avqust 2026 10:00
149
İQTİSADİYYAT
A- A+
"IT Park Uzbekistan"ın icraçı direktoru: "Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm"

"IT Park Uzbekistan"ın icraçı direktoru: "Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm"


"IT Park Uzbekistan"ın icraçı direktoru Cahangir Rəcəbov Özbəkistan və Azərbaycanda startap ekosisteminin inkişafı, iki ölkənin İT şirkətləri arasında əməkdaşlıq, vençur investisiyaları və birgə texnoloji layihələrin perspektivləri barədə AZƏRTAC-a danışıb.

- Siz "INMerge" və "Baku ID" kimi tədbirlərdə Özbəkistan startaplarının iştirakını qeyd etdiniz. Sentyabr ayında Azərbaycandan olan startapların Özbəkistana səfəri gözlənilir. Bu sahədə ikitərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Özbəkistan və Azərbaycan çox yaxşı tərəfdaşlardır, ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri mövcuddur. Qeyd etmək vacibdir ki, Özbəkistan və Azərbaycanın özəl sektoru, İT şirkətləri və startapları da sıx əməkdaşlıq edir, şirkətlərimiz Azərbaycan tərəfinin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edir. Özbəkistan şirkətləri Bakıya gəlməyi və "INMerge", "Baku ID" tədbirlərində iştirak etməyi çox sevirlər. Eləcə də sentyabrın 22-dən 25-dək keçiriləcək informasiya-kommunikasiya texnologiyaları sahəsində "ICT WEEK Uzbekistan" tədbirində ilk dəfə olaraq Azərbaycanın təxminən 10 şirkətinin iştirakı gözlənilir. Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İDDA) ilə çox yaxşı tərəfdaşlığımız var. Startapların və şirkətlərin mübadiləsi üzrə onunla çox sıx əməkdaşlıq planımız mövcuddur. Bütün bunlar özəl və dövlət sektorlarının bu ekosistemin birgə inkişaf etdirməsinə gətirib çıxarır.

Biz təcrübə və ekspertiza, eləcə də, ən azı bunun qədər vacib olan, ölkələrimiz arasında dayanıqlı əlaqələrin, körpünün və ekosistemin yaradılmasına kömək edən vençur investisiyaları mübadiləsi aparmalıyıq. Həmçinin Özbəkistan-Azərbaycan birgə startaplarını inkişaf etdirməyi düşünürük. Arzu edirəm ki, təkcə Özbəkistan və ya Azərbaycan startapları deyil, Özbəkistan-Azərbaycan şirkətləri yaradılsın.

- Digər bir istiqamət kosmik texnologiyalardır. Özbəkistanda "Səmərqənd-2028" peyki orbitə buraxılıb. Məhz kosmik və GIS texnologiyaları sahəsində startapların inkişafı planlaşdırılırmı?

- Yəqin heç kimə sirr deyil ki, hazırda kosmik texnologiyalar hər bir ölkədə inkişafın prioritet istiqamətlərindən biridir. Biz belə qənaətə gəlmişik ki, kosmik texnologiyalar, yəni kosmosda müstəqillik ümumilikdə müstəqil və daha sabit inkişafın, internetin, kommunikasiyaların və texnologiyaların inkişafının təminatlarından biridir. Bu məqsədlə və kosmik sənaye texnologiyalarının inkişafını dəstəkləmək üçün Səmərqənd şəhərində keçiriləcək beynəlxalq forumla əlaqədar "Səmərqənd-2028" peyki orbitə buraxılıb. "Uzbekkosmos" agentliyi ilə birlikdə bir sıra birgə hakatonlar keçirilir. Özbəkistandan ilk kosmonavtın kosmosa göndərilməsinə hazırlıq işləri aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib

10:46
20 Avqust

ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

10:45
20 Avqust

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

10:42
20 Avqust

Ağaca nəfəs verməklə xalqın səsini yaşatmaq olarmış

10:40
20 Avqust

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

10:36
20 Avqust

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

10:33
20 Avqust

Qızılın qiyməti iki ayın maksimumuna yüksəlib

10:31
20 Avqust

Azərbaycanın ilk qadın Xalq şairi

10:30
20 Avqust

Kimliyini qoruyan xalq dünyaya daha inamla açılır

10:20
20 Avqust

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

10:19
20 Avqust

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

10:18
20 Avqust

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

10:16
20 Avqust

Birjalarda qızıl və gümüşün qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:14
20 Avqust

Yaşıl tarlalar bir azdan ağ örpəyə bürünəcək

10:10
20 Avqust

"IT Park Uzbekistan"ın icraçı direktoru: "Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm"

10:00
20 Avqust

Rəqəmsal təhlükəsizlikdə saxtakarlığa qarşı hansı mübarizə yolları mövcuddur

09:50
20 Avqust

Elm və təhsil süni intellektin sürəti ilə ayaqlaşmağa məcburdur 

09:40
20 Avqust

Yenidən qurulan və abadlaşan yollarımız

09:30
20 Avqust

Qədim Bakının müasir memarlıq imzaları

09:20
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!