20 Avqust 2026 08:20
177
SİYASƏT
A- A+
Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq


Azərbaycanla Böyük Britaniya arasında münasibətlər uzun illər ərzində formalaşmış və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrdir. Prezident İlham Əliyevin Böyük Britaniyanın yeni səfirini qəbul etməsi də bu münasibətlərin davamlılığını və iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərən mühüm məqamdır.

Milli Məclisin deputatı Arzuxan ƏLİZADƏ qəzetimizə açıqlamasında deyib ki, yeni səfirin fəaliyyətə başlaması Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradır: "Böyük Britaniya Azərbaycanın Avropadakı mühüm tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlığımızın böyük tarixi və strateji əhəmiyyəti var. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Lakin münasibətləri yalnız enerji amili ilə məhdudlaşdırılmır. Qarşıdakı dövrdə qeyri-neft sektoru, investisiyalar, maliyyə, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur".

Deputat qeyd edib ki, bu baxımdan Azərbaycanın Orta dəhliz çərçivəsində artan rolu da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağına çevrilir. Böyük Britaniyanın maliyyə, texnologiya və logistika imkanlarının Azərbaycanın regional nəqliyyat layihələri ilə uzlaşdırılması hər iki tərəf üçün yeni iqtisadi perspektivlər yarada bilər. Eyni zamanda Azərbaycanın enerji potensialı və Avropanın enerji təhlükəsizliyində artan rolu Böyük Britaniya ilə əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.

A.Əlizadə bildirib ki, digər mühüm məqam isə Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətdir: "Cənubi Qafqazda yeni təhlükəsizlik və nəqliyyat arxitekturasının formalaşdığı bir dövrdə Azərbaycanın rolu getdikcə artır. Böyük Britaniya ilə siyasi dialoqun gücləndirilməsi bu proseslərin fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə daha sıx əməkdaşlığa imkan verə bilər. Ümumilikdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacağını düşünürəm. Əsas hədəf mövcud siyasi və iqtisadi əlaqələri yeni layihələrlə zənginləşdirmək, qarşılıqlı investisiyaları artırmaq və iki ölkənin regional və qlobal məsələlər üzrə əməkdaşlığını daha da gücləndirmək olmalıdır. Yeni səfirin fəaliyyətinin də bu istiqamətdə münasibətlərimizin inkişafına töhfə verəcəyinə inam var".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır  

09:00
20 Avqust

Söz azadlığı adı altında terror və zorakılıq təbliğ edilir 

08:50
20 Avqust

Regionun gələcək inkişafını müəyyən edən layihə

08:40
20 Avqust

Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir 

08:30
20 Avqust

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq

08:20
20 Avqust

Bakı-Kiyev əlaqələri: strateji tərəfdaşlıq və humanitar həmrəylik

08:10
20 Avqust

Sənaye zonaları qeyri-neft sektorunun inkişafında irəli çıxır

08:00
20 Avqust

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!