20 Avqust 2026 10:33
121
DÜNYA
A- A+
Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır


Dünyanın ən böyük avtomobil şüşəsi istehsalçısı olan Çinin “Fuyao Group” şirkəti fotoelektrik elementlərlə təchiz edilmiş panoram damların kütləvi istehsalına hazır olduğunu təsdiqləyib. Günəş elementləri birbaşa çoxqatlı laminasiya edilmiş avtomobil şüşəsinə inteqrasiya olunur və üzərinə düşən işığı elektrik enerjisinə çevirir. Bu enerji mühərrikləri qidalandırmaq üçün kifayət etməyəcək, lakin kondisioner və digər sistemlər üçün tam yetərlidir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, texnologiya artıq laboratoriya prototipi mərhələsindən çıxıb. “Fuyao” hələ 2024-cü ilin mayında investorlara belə şüşələrin seriyalı istehsalının mümkün olduğunu və müştərilərin sifarişi əsasında tədarük edilə biləcəyini bildirmişdi. Buna görə də şirkətin hazırkı açıqlaması daha geniş kommersiya tətbiqinə keçiddən xəbər verir. Şirkətin məlumatına görə, fotoelektrik modullar şüşə konstruksiyasının daxilində yerləşdirilir, p–n keçidlərində yaranan gərginlik və cərəyan isə avtomobilin bort elektrik şəbəkəsi tərəfindən istifadə oluna bilər.

Çin mənbələri daha əvvəl “Fuyao”nun bu yeniliyini “BYD” şirkəti ilə əlaqələndirib və Günəş damının “Han” və “Tang” modelləri üçün təxminən 8000 yuan (təxminən 1190 dollar) müqabilində əlavə seçim kimi təklif oluna biləcəyini bildiriblər. Həmçinin sistemin pik gücünün 720 vatt, fotoelementlərin faydalı iş əmsalının 23,18 faiz olduğu və heterokeçidli silisium elementlərindən (HJT) istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu göstəriciləri hələlik rəsmi təsdiqlənmiş hesab etmək olmaz, belə ki, nə “Fuyao”, nə də “BYD” sistemin birgə texniki təsvirini dərc edib. “Fuyao” investorlarla keçirilən görüşdə də məhsulun sifarişçilərinin kimliyini və qiymətini açıqlamaqdan imtina edib və bunun kommersiya sirri olduğunu bildirib.

Minik avtomobilinin damının sahəsi belə bir sistemin elektrik şəbəkəsi ilə tam doldurulmanı əvəz etməsi üçün kifayət qədər böyük deyil. Lakin damda Günəş enerjisi vasitəsilə elektrik istehsalı avtomobilin köməkçi sistemlərinin işləməsi üçün faydalı ola bilər. Məsələn, avtomobil dayanarkən bu enerji salonun ventilyasiyasını, elektronikanı və digər az enerji sərf edən sistemləri işlədə, bununla da əsas akkumulyatorun enerjisinin daha az tükənməsinə kömək edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib

10:46
20 Avqust

ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

10:45
20 Avqust

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

10:42
20 Avqust

Ağaca nəfəs verməklə xalqın səsini yaşatmaq olarmış

10:40
20 Avqust

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

10:36
20 Avqust

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

10:33
20 Avqust

Qızılın qiyməti iki ayın maksimumuna yüksəlib

10:31
20 Avqust

Azərbaycanın ilk qadın Xalq şairi

10:30
20 Avqust

Kimliyini qoruyan xalq dünyaya daha inamla açılır

10:20
20 Avqust

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

10:19
20 Avqust

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

10:18
20 Avqust

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

10:16
20 Avqust

Birjalarda qızıl və gümüşün qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:14
20 Avqust

Yaşıl tarlalar bir azdan ağ örpəyə bürünəcək

10:10
20 Avqust

"IT Park Uzbekistan"ın icraçı direktoru: "Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm"

10:00
20 Avqust

Rəqəmsal təhlükəsizlikdə saxtakarlığa qarşı hansı mübarizə yolları mövcuddur

09:50
20 Avqust

Elm və təhsil süni intellektin sürəti ilə ayaqlaşmağa məcburdur 

09:40
20 Avqust

Yenidən qurulan və abadlaşan yollarımız

09:30
20 Avqust

Qədim Bakının müasir memarlıq imzaları

09:20
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!