19 Avqust 2026 08:10
3045
SİYASƏT
A- A+
Beynəlxalq ədalətin Azərbaycan modeli

Beynəlxalq ədalətin Azərbaycan modeli


Ölkəmiz müstəmləkəçiliyə qarşı mübarizənin önündə gedir


Azərbaycan son illərdə neokolonializmə və müstəmləkəçiliyin müasir təzahürlərinə qarşı qlobal mübarizənin əsas mərkəzlərindən birinə çevrilib. Ölkəmiz xüsusilə Qoşulmama Hərəkatına sədrlik etdiyi illərdə (2019-2023) bu məsələni beynəlxalq gündəliyin ön sırasına çıxarıb.

Müstəmləkəçiliyə qarşı qlobal mübarizə 1955-ci ildə İndoneziyada keçirilmiş və 29 Asiya-Afrika ölkəsinin iştirak etdiyi Bandunq Konfransından sonra daha da vüsət aldı. Həmin konfrans qəbul etdiyi 10 təməl prinsiplə Asiya və Afrika xalqlarının azadlıq həmrəyliyinin təməlini qoydu və 1961-ci ildə Qoşulmama Hərəkatının yaranmasına zəmin yaratdı. Antimüstəmləkəçilik həmrəyliyinin gücləndirilməsi məqsədilə 1958-ci ildə Qanada, habelə Seneqalda və Afrikanın müxtəlif ölkələrində çoxsaylı konfranslar təşkil edildi. Bu tarixi hərəkat BMT Baş Assambleyasının 1960-cı il 1514 saylı Bəyannaməsi ilə bir çox ölkənin dekolonizasiya prosesini sürətləndirdi. İllər keçməsinə baxmayaraq, müasir dünyada müstəmləkəçiliyin qalıqları hələ də qalmaqdadır və hazırda BMT-nin siyahısında özünüidarə etməyən 17 ərazi mövcuddur.

Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib. Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edərək, özünün zəngin tarixi və diplomatik təcrübəsinə əsaslanaraq neokolonializmdən əziyyət çəkən digər xalqlara fəal yardım göstərib. Xüsusilə 2023-cü ildə yaradılmış Bakı Təşəbbüs Qrupu vasitəsilə Fransanın dənizaşırı ərazilərindəki müstəqillik hərəkatlarına beynəlxalq, hüquqi və siyasi dəstək verilib.

Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bu məsələyə toxunaraq deyib: "Dünyada Bakı Təşəbbüs Qrupu kimi təşkilatların sayı çox olsa, bir növ QHT-lərin koalisiyası kimi təsis edilə bilər. Onlar daha yüksək səslə mövqe bildirə bilərlər. Təkcə Yeni Kaledoniya deyil, Avropanın özündə - Korsika Avropanın mərkəzində yerləşir - insanlar özləri öz həyat tərzlərini seçmək istəyirlər. Kimliklərini, dillərini qorumaq istəyirlər. Onlar Fransanı işğal etmək istəmirlər. Onlar öz əcdadlarının torpaqlarında ləyaqətlə yaşamaq istəyirlər. Kənar təsir və hökmranlığa məruz qalmaq istəmirlər. Biz də 19-cu əsrdə müstəmləkə olaraq yaşamışıq. Biz müstəqil olmamışıq. SSRİ-nin tərkibi olmuşuq. Bizim də tarixi yaddaşımızda müstəmləkəçilik var. Heç bir hüququmuz yox idi. 

Biz indi müqayisə edə bilərik. Azad olmaq və müstəmləkə olmaq nə deməkdir. Siz 20-ci əsrdə Azərbaycana nəzər sala bilərsiniz. Və bugünkü Azərbaycanla müqayisə etsəniz, görərsiniz ki, bu, gecə və gündüz arasında olan bir fərqdir. Milyard tonlarla neftimiz çıxarıldı. Sovet İttifaqı dağılanda bizim qazımız və elektrik enerjimiz yox idi. İndi də Bakı ətrafında milyardlarla vəsait xərcləyərək çirklənmiş əraziləri təmizləyirik. Bu, bizim sərvətimizi daşıyıb aparanların əməllərinin nəticəsidir. Və 30 ildir, biz müstəqilik. Bu gün biz ortahəcmli gücük. Sovet İttifaqı süquta uğrayanda, yadımdadır ki, bir çox təhlilçilər deyirdilər ki, respublikalar mərkəzsiz yaşaya bilməyəcəklər. Ancaq bu gün bütün respublikalar yaşayırlar".

Azərbaycanın bu sahədəki fəaliyyəti əməli, hüquqi və diplomatik müstəvidə ardıcıl addımlarla müşayiət olunur. Ölkəmiz neokolonializmdən əziyyət çəkən xalqların haqq səsinin beynəlxalq platformalarda ucaldılması üçün sistemli mexanizmlər formalaşdırıb. Yeni Kaledoniya (Kanaki), Fransanın dənizaşırı bölgələri (Mayotta, Reyunyon, Martinika, Qvadelupa) və digər ərazilərdə müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və qüvvələrə təşkilati, media və siyasi dəstək verilir. Bu dəstək həmin xalqların səsini dünya ictimaiyyətinə çatdırmağa imkan yaradır.

Müstəmləkə altında olan xalqların hüquqlarının beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində bərpası üçün hüquqi müstəvidə təşəbbüslər irəli sürülür. Azərbaycan BMT-nin məcburi köçkünlər və insan hüquqları üzrə mexanizmlərindən istifadə edərək bu məsələləri gündəmdə saxlayır. Qlobal miqyasda konfranslar, simpoziumlar və media brifinqləri keçirilir. Məqsəd müasir müstəmləkəçilik siyasətinin fəsadlarını və yerli əhalinin qarşılaşdığı çətinlikləri dünya ictimaiyyətinə faktlarla çatdırmaqdır. Kolonializm siyasətindən əziyyət çəkən bölgələrdə baş verən haqsızlıqlara, ekoloji terrora və mədəni soyqırımlara dair rəsmi sənədlər və analitik hesabatlar hazırlanır. Bu sənədlər BMT Beynəlxalq Məhkəməsinə, İnsan Hüquqları Şurasına və digər beynəlxalq institutlara təqdim edilir.

Azərbaycanın bu sahədəki fəaliyyəti gələcəkdə daha geniş miqyas alacaq. Ölkəmiz, sadəcə, öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də qlobal müstəvidə ədalətsizliyə və neokolonializmə qarşı mübarizə aparan lider dövlətlərdən birinə çevrilib. Bütün dünya anlamalıdır ki, azadlıq və suverenlik hər bir xalqın təbii hüququdur. Müasir dünyada müstəmləkəçiliyə yer yoxdur və Azərbaycan bu yolda prinsipial mübarizəsini inamla davam etdirir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!