20 Avqust 2026 09:20
69
CƏMİYYƏT
A- A+
Qədim Bakının müasir memarlıq imzaları

Qədim Bakının müasir memarlıq imzaları


Paytaxtımızın şəhərsalma məkanı son illər keyfiyyətli bir yeniləşmə dövrünü yaşayır. Tarixi memarlıq inciləri ilə müasir urbanizasiya tendensiyalarının sintezi şəhərin həm estetik görünüşünü, həm də sakinlər üçün funksionallığını tamamilə yeniləyir. Bu baxımdan son onillikdə beynəlxalq miqyaslı mötəbər tədbirlərin, qlobal forumların və möhtəşəm idman yarışlarının ünvanına çevrilən Bakı  dünya şəhərləri sırasında özünəməxsus modern siması ilə seçilir. 

Belə bir modernləşmənin və ölkənin idman ambisiyalarının ən bariz və  vizual olaraq ən heyranedici simvollarından biri şübhəsiz ki, Bakı Olimpiya Stadionudur.  Möhtəşəm layihə Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı sərəncam əsasında həyata keçirilmişdir. Dövlət başçısının idmanın inkişafına və Bakının qlobal bir mərkəzə çevrilməsinə yönəlmiş strateji baxışının məhsulu olan bu nəhəng tikilinin təməli 2011-ci ildə Prezidentin iştirakı ilə qoyulmuşdur. Layihənin icrası isə fərqli ölkələrin qabaqcıl memarlıq və mühəndislik korpuslarını bir araya gətirmişdir. Tikintinin sifarişçisi və maliyyələşdirici qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış etmiş, baş podratçı Türkiyənin "Tekfen İnşaat" şirkəti olmuşdur. Bu mürəkkəb mühəndislik möcüzəsi qısa müddətdə gerçəkliyə çevrilmişdir. Aktiv tikinti prosesi 2011-2015-ci illəri əhatə etmiş və bina 6 mart 2015-ci ildə rəsmi olaraq istifadəyə verilmişdir.

Böyük Şor gölünün ekoloji cəhətdən bərpa edilmiş ərazisində - Bakının mühüm nəqliyyat qovşaqlarının kəsişməsində ucalan bu nəhəng arena sadəcə bir idman qurğusu deyil. O, Azərbaycanın mühəndislik potensialının, iqtisadi gücünün və gələcəyə yönəlmiş innovativ baxışının memarlıq nümunəsidir. Xaricdən bənzərsiz bir parıltı saçan, daxildə isə on minlərlə insanın coşqusunu eyni anda qəbul edə bilən bu stadion qısa müddət ərzində Bakının vizit kartlarından birinə çevrilərək şəhərin simasına idman çaları qatmışdır.

68 mindən çox tamaşaçı tutumuna malik olan Bakı Olimpiya Stadionu beynəlxalq standartların, xüsusulə UEFA və FİFA-nın ən yüksəkkateqoriyalı tələblərinə tam cavab verən çoxfunksiyalı bir kompleksdir. İnşasında dünyanın ən mütərəqqi tikinti texnologiyalarından və seysmik təhlükəsizlik sistemlərindən istifadə olunmuşdur. Arenanın dam örtüyü xüsusi membran materialla örtülmüşdür ki, bu da gecə saatlarında stadiona möhtəşəm işıqlandırma və vizual şou imkanları verir. Stadionun daxili  strukturu atletika yarışları, futbol, konsert və möhtəşəm açılış mərasimləri üçün ideal şəkildə layihələndirilmişdir. Burada yerləşən mətbuat mərkəzləri, VİP lojalar, kafe və restoranlar, eləcə də geniş avtoparkinq sistemi idmançıların və azarkeşlərin maksimal rahatlığını təmin edir.

Açılışı reallaşdığı gündən etibarən bu nəhəng arena bir çox tarixi hadisələrə evsahibliyi etmişdir. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri məhz burada baş tutmuş, dünya mətbuatının diqqəti bu məkana yönəlmişdir. 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşması və Avro-2020 futbol çempionatının bir neçə qrup və dörddəbir final mərhələsi oyunları da Bakı Olimpiya Stadionunda keçirilmişdir. Həmçinin qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən böyük zirvə toplantısı sayılan COP-29 beynəlxalq konfransının əsas ünvanı olması arenanın sadəcə idman deyil, həm də dünya əhəmiyyətli siyasi, sosial hadisələrin mərkəzi olduğunu göstərir. 

Bakı Olimpiya Stadionu Azərbaycanın qonaqpərvərliyini və qlobal arenadakı yüksək nüfuzunu dünyaya nümayiş etdirən müasir bir abidədir. Bu yerdə bir fakt xüsusi qeyd olunmalıdır ki, paytaxtın şəhərsalma tarixində Bakı Olimpiya Stadionunun inşası böyük bir ekoloji və infrastruktur inqilabı idi və o, şəhərin inkişaf istiqamətini kökündən dəyişdirdi. Məlumdur ki, stadion onilliklər ərzində neft və məişət tullantıları ilə çirklənmiş Böyükşor gölünün ərazisində tikilib. Layihə çərçivəsində gölün ətrafı tam təmizlənmiş, ekoloji bərpa işləri aparılmış və ərazi paytaxtın ən gözəl yaşıl zonalarından birinə çevrilmişdir.

Burada yeni şəhər mərkəzi (Şimal-Şərq oxu) də yaradılmışdır. Stadion şəhərin sıx mərkəzini boşaldaraq, inkişafı Heydər Əliyev prospekti boyunca şimal-şərq istiqamətinə doğru çəkmişdir. Ətrafda yeni nəqliyyat qovşaqları, körpülər və "Koroğlu" metrostansiyasının nəhəng keçid infrastrukturu qurulmuşdur.

Dayanıqlı şəhərsalma platformasına gəldikdə isə, bu idman qurğusunun ərazisi o qədər funksional planlaşdırılıb ki, o, 180-dən çox ölkənin qatıldığı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas platforması kimi də istifadə olundu. Bu, arenanın şəhər içində müstəqil və dayanıqlı bir "ağıllı şəhərcik" funksiyasını yerinə yetirdiyini sübut edir. 

Dünyanın qabaqcıl təşkilatları və media nəhəngləri tərəfindən yüksək qiymətləndirilən Bakı Olimpiya Stadionu bir çox mükafatlara və titullara layiq görülmüşdür. ABŞ-nin nüfuzlu mühəndislik jurnalı olan "Engineering News Record" (ENR) 2015-ci ildə stadionu idman və əyləncə obyektləri nominasiyasında qlobal miqyasda "Dünyanın ən yaxşı idman obyekti" elan etmişdir. Layihə dizayn, mühəndislik mürəkkəbliyi və rekord müddətdə tikilmə meyarlarına görə qlobal rəqiblərini geridə qoymuşdur. Bundan əlavə, Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) 2016-cı ildə Nyu Yorkda keçirilən təntənəli mərasimdə Bakı Olimpiya Stadionunu mürəkkəb mühəndislik həllərinə və polad konstruksiyasına görə struktur sahəsində ən mükəmməl layihə seçmişdir. 2017-ci ildə keçirilən Dünya Stadion Konqresində isə bu nəhəng arena "Dünyanın ən yaxşı yeni stadionu" mükafatına layiq görülərək beynəlxalq arenada növbəti uğura imza atmışdır.

Bunlar da hələ hamısı deyil. Beynəlxalq aləmdə ən böyük stadion məlumat bazası olan "StadiumDB" tərəfindən keçirilən qlobal səsvermədə Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı yeni tikilmiş 7-ci stadionu seçilmişdir. Həmçinin dünyanın ən nüfuzlu futbol jurnallarından olan "FourFourTwo" 2024-cü ildə yenilədiyi qlobal reytinqdə Bakı Olimpiya Stadionunu "Dünyanın ən yaxşı 50 futbol arenası" sırasına daxil etmişdir. Eyni zamanda stadion Avropa Futbol Assosiasiyaları İttifaqının "UEFA Category 4" (Elite) stadionları siyahısına salınmışdır. Belə bir beynəlxalq tanınma sübut edir ki, Bakı Olimpiya Stadionu təkcə Azərbaycanın deyil, həm də dünya memarlıq və idman obyektlərinin sırasında ən seçilən arenalardan  biridir.


"Baku City Rezidence Olimpik" yaşayış kompleksi


Paytaxtın dinamik inkişaf tempinə uyğun olaraq, bu gün həm Bakının memarlıq siması gündən-günə yenilənir, həm də sakinlərin rahatlığı və müasir tələblərinə cavab verən müasir yaşayış məkanları salınır. Bu transformasiyanın ən bariz və diqqətçəkən nümunələrindən biri Heydər Əliyev prospektinin dinamik inkişaf edən işgüzar qovşağında ucalan "Baku City Rezidence Olimpik" kompleksidir. 

Ölkənin ən möhtəşəm idman arenası olan Bakı Olimpiya Stadionu, nazirliklərin müasir inzibati binaları və strateji nəqliyyat qovşaqları ilə qonşuluqda yerləşən bu irimiqyaslı layihə sadəcə bir yaşayış məkanı deyil, həm də paytaxtın gələcək inkişaf vektorunu müəyyən edən yeni nəsil şəhərcik modelidir. "Şəhər daxilində şəhər" konsepsiyası əsasında layihələndirilən bu kompleks səs-küylü meqapolisin mərkəzində insanlara həm ekoloji təmizlik, həm də maksimal infrastruktur əlçatanlığı vəd edir. 9 hektar nəhəng ərazini əhatə edən "Baku City Rezidence Olimpik" paytaxtın nəqliyyat istiqaməti sayılan "Koroğlu" metrosu və Heydər Əliyev Beynəlxalq Aeroportu şosesinin tam kəsişməsində yerləşməklə vətəndaşlara şəhərin istənilən nöqtəsinə sürətli çıxış imkanı verir. Bakının 2040-cı il baş planının hədəflərinə uyğun gələn BCR Olimpik yerləşdiyi mövqeyə görə müstəsna şəhərsalma əhəmiyyətinə malikdir.

Kompleksin memarlıq fəlsəfəsinin əsasını genişlik, işıq və təhlükəsizlik təşkil edir. Tikintidə tətbiq olunan yüksək seysmik dayanıqlıq normaları, fasad izolyasiya sistemləri və ekoloji cəhətdən təmiz materiallar binaların uzunömürlüyünü və enerji effektivliyini təmin edir. Mütəxəssislərin fikirlərinə görə, "Baku City Rezidence Olimpik" insanların rahat, statuslu və funksional həyat tərzini bir məkanda birləşdirən mütərəqqi şəhərsalma nümunəsidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən qurulan və abadlaşan yollarımız

09:30
20 Avqust

Qədim Bakının müasir memarlıq imzaları

09:20
20 Avqust

Ermənistan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək niyyətindədir 

09:10
20 Avqust

Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır  

09:00
20 Avqust

Söz azadlığı adı altında terror və zorakılıq təbliğ edilir 

08:50
20 Avqust

Regionun gələcək inkişafını müəyyən edən layihə

08:40
20 Avqust

Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir 

08:30
20 Avqust

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq

08:20
20 Avqust

Bakı-Kiyev əlaqələri: strateji tərəfdaşlıq və humanitar həmrəylik

08:10
20 Avqust

Sənaye zonaları qeyri-neft sektorunun inkişafında irəli çıxır

08:00
20 Avqust

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!