09 Sentyabr 2026 19:10
270
SİYASƏT
A- A+
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada soydaşlarımızın təkliflərini dinləyib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada soydaşlarımızın təkliflərini dinləyib


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində sentyabrın 9-da Ankarada yaşayan Azərbaycan icması ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə paytaxtında fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyində baş tutan görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları də iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TBMM-in Azərbaycanla Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər keçən gün yeni uğurlara imza atdığını vurğulayıb. Türkiyəli deputat qapısının soydaşlarımıza daim açıq olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə bildirib ki, hazırda TADEF-in tərkibinə 25 dərnək daxildir. Onun sözlərinə görə, TADEF-in əsas qayəsi Azərbaycanın maraqlarına dəstək verməkdir. “Federasiyamız yeni dərnəklərlə də əməkdaşlığa hazırdır. Türkiyədə yaşayan bütün soydaşlarımın problemləri ilə məşğul olmağa hazırıq. Bu, bizim işimizdir”, - deyə P.Məmmədzadə vurğulayıb.

Komitə sədri Fuad Muradov indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri barədə və dövlətimizin başçısının xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib.

İcma təmsilçiləri öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin işini yüksək qiymətləndiriblər, fəaliyyətləri barədə məlumat veriblər, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha məhsuldar və səmərəli birlik mühiti yaratdıqlarını, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Komitə sədri təkliflərə baxılacağını bildirib.

Tədbirin sonunda Dövlət Komitəsinin adından Ankarada diaspor fəaliyyətində aktiv olan icma üzvləri təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada soydaşlarımızın təkliflərini dinləyib

19:10
09 Sentyabr

Azərbaycan-Özbəkistan qərargah danışıqları olub

18:20
09 Sentyabr

BCAW2026: Su mərkəzli iqlim fəaliyyətinə dair dəyirmi masa keçirilib

17:30
09 Sentyabr

Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb

17:20
09 Sentyabr

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

17:10
09 Sentyabr

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

16:22
09 Sentyabr

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

16:10
09 Sentyabr

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

16:00
09 Sentyabr

“Bitum” yükünün sirri rentgendə açıldı

15:55
09 Sentyabr

Uşaq bağçasında atışma: tərbiyəçi öldü, 44 uşaq təxliyə edildi

15:50
09 Sentyabr

İqlim böhranı sərhəd tanımır

15:40
09 Sentyabr

Torpağa toxunmaq və çirklənmək niyə sağlamlığımız üçün faydalıdır?

15:10
09 Sentyabr

Şəxsiyyətimizi genetika yoxsa ətraf mühit formalaşdırır?

15:00
09 Sentyabr

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

15:00
09 Sentyabr

“OpenAI” 90 illik riyaziyyat problemini 88 saata həll etdiyini iddia edir 

14:55
09 Sentyabr

İran Hörmüz boğazında pilotsuz sualtı qayıq ələ keçirib

14:50
09 Sentyabr

Çox isti çay və qəhvə qida borusu xərçəngi riskini artırır

14:47
09 Sentyabr

“Möminə Xatun” adını dəyişdi 

14:45
09 Sentyabr

 “Fast-food”un asılılıq yaratma səbəbi açıqlanıb   

14:40
09 Sentyabr

“Porsche” təkrar istifadə olunan raket daşıyıcısının buraxılacağını elan edib

14:33
09 Sentyabr

Körpəsinə qoyduğu adı eşidənlər təəccüblənir

14:30
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!