09 İyul 2026 12:25
989
Elm və texnika
A- A+
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti

Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti


Elm və istehsalat


Müasir dünyada iqtisadi inkişafın əsasını təşkil edən amillər sırasında elm və texnologiya xüsusi yer tutur. Bu elmlər içərisində kimya elmini öz fundamental xarakterinə görə digər sahələrin inkişafını təmin edən aparıcı istiqamətlərdən biri hesab etmək olar. 

Kimya yalnız maddələrin quruluşunu, xassələrini və çevrilmələrini öyrənən elm deyil, eyni zamanda sənayenin, kənd təsərrüfatının, səhiyyənin, energetikanın, ekologiyanın, informasiya texnologiyalarının və kosmik tədqiqatların inkişafına bilavasitə təsir göstərən strateji sahədir. Xüsüsilə sənaye inqlabların başlanması ilə kimya səhəsində elmi tədqiqatlar daha da dərinləşib. 

Kimya elm kimi dövlətin bir sıra qurumların ayrılmaz tərkib hissəsidir. Səhiyyədən müdafiəyə, energetikadan kənd təsərrüfatına, ekologiyadan qida təhlükəsizliyinə, sənayedən kosmik texnologiyalara qədər dövlətin strateji əhəmiyyət daşıyan bütün əsas qurumlarının fəaliyyəti kimya elminin nailiyyətlərinə əsaslanır. Bu baxımdan kimya təbiət elmi olmaqla yanaşı, həm də milli təhlükəsizliyin, iqtisadi inkişafın və dayanıqlı tərəqqinin əsasını təşkil edir. 

XXI əsrdə dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi gücü böyük ölçüdə kimya sənayesinin inkişaf səviyyəsi ilə müəyyən olunur. ABŞ, Almaniya, Çin, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş dövlətlər iqtisadiyyatlarının aparıcı hissəsini məhz yüksək texnologiyalı kimya məhsullarının istehsalı hesabına formalaşdırırlar.

Kimya və neft-kimya sənayesi dünya iqtisadiyyatında ən böyük paya malik sənaye sahələrindən biridir. Xam neft və təbii qaz yalnız yanacaq mənbəyi deyil, minlərlə müxtəlif kimyəvi məhsulun əsas xammalıdır. Polietilen, polipropilen, sintetik kauçuk, plastiklər, boya və laklar, sintetik liflər, həlledicilər, yuyucu vasitələr və yüzlərlə digər məhsul kimyəvi emal proseslərinin nəticəsində əldə edilir. Müasir avtomobil, tikinti, məişət texnikası və elektronika sənayesini neft-kimya məhsulları olmadan təsəvvür etmək mümkün deyil.

Kimyanın energetikada əhəmiyyəti danılmazdır. Neft və qazın emalı, nüvə yanacağının hazırlanması, hidrogen energetikası, litium-ion batareyalar, nüvə və digər yanacaq elementləri və günəş panellərinin istehsalı birbaşa kimya elminin nailiyyətlərinə əsaslanır. Son illər "yaşıl enerji" konsepsiyasının inkişafı nəticəsində hidrogen iqtisadiyyatı, bərpa olunan enerji mənbələri və enerji saxlanma sistemləri üzrə aparılan tədqiqatlarda da kimya aparıcı mövqe tutur.

Əczaçılıq sənayesi tamamilə kimya elminə söykənən sahələrdən biridir. Yeni dərman preparatlarının hazırlanması, vaksinlərin istehsalı, antibiotiklər, vitaminlər, hormon preparatları və tibbi reagentlərin yaradılması üzvi kimya, biokimya və farmasevtik kimyanın inkişafı nəticəsində mümkün olmuşdur. COVID-19 pandemiyası dövründə qısa müddətdə yeni vaksinlərin hazırlanması kimya və biotexnologiyanın iqtisadi və sosial əhəmiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Kimya və kənd təsərrüfatı da vacib sahələrdən biridir. Əhalinin sürətlə artması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsini zəruri etmişdir. Mineral gübrələr, pestisidlər, herbisidlər, insektisidlər və bitki inkişaf tənzimləyiciləri kənd təsərrüfatının məhsuldarlığını dəfələrlə artırmışdır. Torpaq kimyası sahəsində aparılan tədqiqatlar torpaqların münbitliyinin qorunmasına, su ehtiyatlarından səmərəli istifadəyə və ekoloji təhlükəsiz kənd təsərrüfatının formalaşdırılmasına imkan verir.

Kimya və qida sənayesində qida əlavələri, konservantlar, dad və aroma maddələri, fermentasiya kimi maddələrin böyük əhəmiyyəti var. Bu, istehsalçı şirkətlər üçün əhəmiyyəti olan bir sənayedir. 

Kimya və metallurgiyanın inkişafı insan sivilizasiyasının tərəqqisində mühüm mərhələ olmuşdur. Müasir metallurgiyada filizlərin zənginləşdirilməsi, metalların saflaşdırılması, ərintilərin hazırlanması, korroziyadan mühafizə və xüsusi xassəli materialların alınması kimyəvi proseslər vasitəsilə həyata keçirilir.

Aerokosmik sənaye, maşınqayırma və müdafiə sənayesi üçün yüksək möhkəmliyə malik ərintilərin hazırlanması müasir kimyanın mühüm istiqamətlərindən biridir. Bu səaye sahəsində sənaye inqlabları baş verib. 

Kimya və elektronika sahəsində mikroelektronika və kompüter texnologiyalarının inkişafı da kimya elminin nailiyyətləri hesabına mümkün olmuşdur. Yarımkeçiricilər, silisium texnologiyaları, mikroprosessorlar, OLED ekranlar, sensorlar və nanomateriallar müasir elektronikanın əsasını təşkil edir.

Bu gün həmçinin süni intellekt sistemləri, kvant kompüterləri və yüksək məhsuldarlıqlı hesablama sistemləri kimyəvi materialşünaslıq olmadan inkişaf edə bilməz.

Kimya və biotexnologiya müasir elmin ən sürətlə inkişaf edən istiqamətlərindəndir. Gen mühəndisliyi, DNT analizləri, ferment texnologiyaları, biosensorlar və bioloji preparatlar kimya ilə biologiyanın vəhdətindən yaranmışdır.

Kimya və nanotexnologiyalar XXI əsrin prioritet istiqamətlərindən hesab edilir. Nanohissəciklər, ağıllı materiallar, xüsusi örtüklər, tibbi implantlar, yüksək möhkəm kompozit materiallar və nanoelektronika kimyanın yeni inkişaf mərhələsini təşkil edir. Hazırda avtomobil, kosmik sənaye, energetika və tibb sahələrində nanomateriallardan geniş istifadə olunur.

Kimya və ekologiya dünyanın əhəmiyyətli sahələrindən biridir. Ətraf mühitin mühafizəsində kimya elminin rolu əvəzsizdir. Atmosfer çirklənməsinin azaldılması, tullantı sularının təmizlənməsi, məişət və sənaye tullantılarının təkrar emalı, karbon qazının tutulması və yaşıl kimya texnologiyalarının tətbiqi ekoloji problemlərin həllində mühüm əhəmiyyət daşıyır.

Kimyanın müdafiə sənayesində aparıcı rolu var. Hər sahədə olduğu kimi müdafiə sənayesi də hər dövlət üçün aktual sahədir. Müdafiə sənayesinin inkişafını kimyasız təsəvur etmək mümkün deyil. Bunlara xüsusi materiallar, kompozit zirehlər, yanacaqlar, partlayıcı maddələr, kimyəvi mühafizə sistemləri aiddir. Həmçinin tikinti sənayesində kimyaya ciddi tələbat var. Dövrümuzdə isə tikinti sənayesinin özəyini kimyasız təsəvvür etmək mümükun deyil. 

Kimya və IV sənaye inqilabı arasında görünməz əlaqələr var. Dördüncü sənaye inqilabı süni intellekt, robot texnikası, rəqəmsal texnologiyalar, böyük verilənlər və avtomatlaşdırılmış istehsal sistemləri ilə xarakterizə olunur. Bu istiqamətlərdə istifadə olunan sensorlar, yarımkeçiricilər, ağıllı materiallar, litium batareyaları və yüksək funksional polimerlər kimya elminin məhsuludur. Kimyəvi simulyasiya, molekulyar modelləşdirmə və süni intellekt vasitəsilə yeni maddələrin layihələndirilməsi artıq müasir elmi tədqiqatların ayrılmaz hissəsinə çevrilmişdir.

Kimya və kosmik tədqiqatların vəhdədi inkişaf etmiş ölkələrdə qabarıq hiss olunur. Kosmik sənayenin inkişafında da kimyanın rolu əvəzsizdir. Raket yanacaqları, istiliyədavamlı materiallar, kompozit örtüklər, yüksək möhkəmlikli polimerlər və kosmik aparatlarda istifadə olunan xüsusi ərintilər kimya elminin nailiyyətləridir. Mars və Ay proqramlarında istifadə olunan yeni materialların hazırlanması da məhz kimyəvi tədqiqatların nəticəsidir.

Nəticədə bunu demək olar ki, kimya elmi müasir dünya iqtisadiyyatının bütün aparıcı sahələrinin inkişafını təmin edən fundamental elmlərdən biridir. Bu gün ölkələrin iqtisadi gücü artıq yalnız təbii sərvətlərlə deyil, həmin sərvətlərin kimyəvi texnologiyalar vasitəsilə yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi ilə müəyyən olunur. Ona görə də kimya elmi XXI əsrin innovativ iqtisadiyyatının əsas sütunlarından biri hesab edilir və gələcəkdə də qlobal iqtisadi inkişafın aparıcı hərəkətverici qüvvəsi olaraq qalacaq.


Nicat İSAYEV,

Y.H.Məmmədəliyev adına Neft-Kimya  Prosesləri İnstitutunun doktorantı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!