09 İyul 2026 13:09
126
Səhiyyə
A- A+
Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib

Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib


Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında Azərbaycanda ilk dəfə vaskülarizə olunmuş limfa düyünü transferi (Vascularized Lymph Node Transfer – VLNT) əməliyyatı uğurla həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu müasir rekonstruktiv mikrocərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan üsul, xroniki limfedemanın, xüsusilə süd vəzi xərçəngi səbəbindən aparılan əməliyyat və limfa düyünlərinin çıxarılmasından sonra yaranan yuxarı ətraf limfedemasının müalicəsində tətbiq edilir.

Əməliyyat zamanı xəstənin kürəyinin yuxarı hissəsində yerləşən paraskapulyar nahiyədən qan damarları ilə birlikdə sağlam limfa düyünləri götürülərək qoltuqaltı nahiyəyə köçürülüb. Mikrocərrahi texnologiyalar vasitəsilə diametri bir millimetrdən də kiçik olan damarlar xüsusi mikroskop altında birləşdirilib və köçürülmüş toxumanın qan təchizatı tam bərpa edilib.

Paraskapulyar donor sahə dünyada ən təhlükəsiz donor nahiyələrindən biri hesab olunur. Bu sahədən limfa düyünlərinin götürülməsi aşağı ətrafda limfedema yaranması riskini minimuma endirdiyi üçün son illərdə beynəlxalq praktikada geniş tətbiq edilir.

Vaskülarizə olunmuş limfa düyünü transferinin məqsədi limfa dövranını bərpa etmək, yeni limfa damarlarının əmələ gəlməsini stimullaşdırmaq və zədələnmiş nahiyədə limfa drenajını yaxşılaşdırmaqdır. Bu metod sayəsində xəstələrdə qolun şişkinliyinin azalması, təkrarlayan sellülit epizodlarının sayının əhəmiyyətli dərəcədə enməsi, kompressiya vasitələrindən asılılığın azalması və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması mümkündür. Beynəlxalq elmi araşdırmalara əsasən, uyğun seçilmiş xəstələrdə əməliyyatdan sonra ətraf həcminin 20–60 faiz azalması müşahidə olunur, eyni zamanda infeksiya epizodlarının tezliyi əhəmiyyətli dərəcədə aşağı düşür. Bu əməliyyat xroniki limfedemanın II–III mərhələsində olan, konservativ müalicədən kifayət qədər fayda görməyən, təkrarlayan dəri infeksiyaları keçirən və limfa damarlarının ciddi zədələnməsi səbəbindən digər mikrocərrahi üsulların effektiv olmadığı xəstələr üçün nəzərdə tutulur.

Azərbaycanda ilk dəfə icra olunan bu yüksək texnologiyalı mikrocərrahi müdaxilə ölkədə rekonstruktiv cərrahiyyənin inkişafında mühüm mərhələ olmaqla yanaşı, limfedemadan əziyyət çəkən xəstələrin müasir və effektiv müalicə üsullarına çıxış imkanlarını genişləndirir.

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında bu istiqamətdə əldə olunan uğur ölkəmizdə yüksək ixtisaslı mikrocərrahi xidmətlərin inkişafının növbəti göstəricisi hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada keçirilən “Əmanətə Sədaqət” yay düşərgəsində 23 şəhid övladı iştirak edib

14:14
09 İyul

SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb

13:47
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

13:45
09 İyul

Bakı Limanında konteyner və yükaşırma həcmləri artıb

13:42
09 İyul

“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi olub

13:28
09 İyul

Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib

13:09
09 İyul

Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub

13:06
09 İyul

Deputat: Azərbaycanın hərtərəfli inkişaf strategiyası ölkəmizi güclü iqtisadiyyata, qüdrətli orduya və özünü tam təmin edən dövlətə çevirib

13:03
09 İyul

Gənclər Kitabxanası Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlayıb

13:00
09 İyul

Sabah paytaxtda 35, bəzi bölgələrdə isə 37 dərəcə isti olacaq

12:55
09 İyul

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-diplomatik strategiya ölkəmizi etibarlı tərəfdaşa çevirib 

12:52
09 İyul

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

12:49
09 İyul

Türk ekspert: Azərbaycanın qlobal nüfuzu və beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyi davamlı inkişafın mühüm göstəricisidir

12:46
09 İyul

Amerikalı əfsanəvi boksçu Bakıdakı Çempionlar Gecəsində iştirak edəcək

12:43
09 İyul

“Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub 

12:40
09 İyul

Zəngəzur dəhlizi qlobal ticarətin həcmini artırmaqla Türkiyə və Azərbaycanın regionlarının iqtisadi inkişafına böyük təkan verəcək 

12:37
09 İyul

Katex çayında batan şəxsin meyiti tapılıb

12:35
09 İyul

Yeni Dövlət Proqramı qadın və gənc fermerlər üçün geniş imkanlar yaradır

12:33
09 İyul

Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər

12:30
09 İyul

Tatyana Poloskova: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın tarixi uğurlarının nəticəsidir

12:27
09 İyul

Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti

12:25
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!