09 İyul 2026 13:45
424
SİYASƏT
A- A+
Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir


Bu gün ölkəmizdə 9 İyul - Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Azərbaycan Prezidentinin müəyyən etdiyi dövlətimizin siyasi kursunun dünya miqyasında icra olunması və təşviqi diplomatlarımızın üzərinə düşən çox mühüm vəzifədir. Onların əksəriyyəti uzun illər Vətəndən uzaqda, qürbətdə yaşayaraq bu məsuliyyətli xidməti yerinə yetirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

O bildirib ki, Azərbaycan diplomatiyasının bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyası dayanır və bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə layiqincə, böyük məharətlə davam etdirilir.

G.Əfəndiyeva ötən ay Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət çəkərək vurğulayıb: “Qanun layihəsi Azərbaycanın xarici siyasətinin inkişafına töhfə verən insanların - diplomatlarımızın fəaliyyətinə dövlətimizin mühüm dəstəyini nümayiş etdirdi. Diplomatik xidmət ölkənin milli maraqlarının qorunması və etibarlı şəkildə təmsil olunması üçün fədakarlıq tələb edən bir peşə sahəsidir. Ona görə də diplomatlarımızın və onların ailə üzvlərinin rifahının daha da yaxşılaşdırılması bu missiyanın effektivliyi və davamlılığı üçün olduqca vacib bir addımdır”.

Deputat bu il ölkəmizin müstəqilliyinin 108 illiyinin fərqli qitələrdə diplomatlarımızın aktiv təşkilatçılığı ilə qeyd olunduğunu xatırladaraq deyib: “Müxtəlif ölkələrdə dövlət rəsmilərinin iştirakı ilə keçirilən silsilə tədbirlərdə milli mədəniyyətimiz, musiqimiz, incəsənətimiz, xalçaçılığımız, milli mətbəximiz geniş auditoriyalara təqdim edildi. Ölkəmizin zəngin dövlətçilik irsi, mədəni siması tanıdılarkən, eyni zamanda, diplomatik gücü də sərgiləndi. Şübhəsiz ki, Azərbaycanın uğurlu xarici siyasəti Prezidentin formalaşdırdığı beynəlxalq nüfuz üzərində gündən-günə daha da yüksəlməkdədir”.

Günay Əfəndiyeva Bakıda ard-arda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası, 31-ci Bakı Enerji Həftəsi, Türk Dünyası Həftəsi kimi beynəlxalq miqyaslı tədbirlərin əlaqələrimizin ən üstün səviyyəsini ifadə etdiyini vurğulayıb. Bildirib ki, digər tərəfdən, son dövrlərdə regionda baş verən mürəkkəb hadisələr fonunda dövlətimiz yaxın qonşuluqda yaranmış çətin şəraitdə bəzən münasibətlərdən asılı olmayaraq, müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyə edilməsi prosesində mühüm rol oynadı. Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir. Ölkəmiz nəinki qonşu ölkələrə, ümumiyyətlə, ehtiyacı olanlara hər zaman yardım əlini uzadır. Çünki Azərbaycanın humanitar siyasəti insan amilinə, həyatların xilas edilməsinə əsaslanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!