07 İyul 2026 15:35
1501
Elm və texnika
A- A+
BDU-nun Astrofizika kafedrası: İyulun sonu aktiv α-Kaprikornid meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: İyulun sonu aktiv α-Kaprikornid meteor yağışı müşahidə olunacaq


İyulun sonu α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən xəbərə görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da çatacaq. Azərbaycanda isə ən əlverişli müşahidə şəraiti 30 iyul axşamı - 31 iyul gecəsi yaranacaq.

α-Kaprikornid meteor axınının radiantı Oğlaq (Capricornus) bürcündə yerləşir. Bakı şəhərindən baxdıqda radiant gecəboyu üfüqdən yuxarıda olduğuna görə meteorları bütün gecə ərzində müşahidə etmək mümkündür. Bununla belə, ən əlverişli müşahidə vaxtı gecə saat 01:00 radələri hesab olunur. Həmin vaxt radiant səmanın ən yüksək nöqtəsinə qalxır və Yerin fırlanması nəticəsində müşahidəçi meteor axınının istiqamətinə daha optimal vəziyyətdə yerləşir.

Meteor yağışının maksimumunda ideal şəraitdə zenit saatlıq meteor sayı (ZHR) təxminən 5 meteor/saat təşkil edir. Lakin Bakı enliklərində radiantın maksimum hündürlüyü cəmi 39° olduğundan real müşahidələr zamanı saatda orta hesabla 3 meteor görmək mümkün olacaq.

Bu il müşahidələr üçün əsas əlverişsiz amillərdən biri Ayın fazasıdır. Meteor yağışının maksimumu zamanı Ay tam fazadan cəmi iki gün sonrakı mərhələdə olacaq və güclü Ay işığı zəif meteorların görünməsini xeyli çətinləşdirəcək. Buna baxmayaraq, α-Kaprikornid meteor axını bəzən çox parlaq, uzun iz buraxan "od topu" (fireball) tipli meteorları ilə tanındığından, parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

α-Kaprikornid meteorlarının digər fərqləndirici xüsusiyyəti onların nisbətən yavaş hərəkət etməsidir. Bu meteorlar Yer atmosferinə təxminən 23 km/s (təxminən 82 800 km/saat) sürətlə daxil olur.

Meteor yağışları Yer Günəş ətrafındakı hərəkəti zamanı komet və ya asteroidlərin orbit boyunca səpələdiyi toz və kiçik qaya hissəcikləri ilə qarşılaşdıqda yaranır. Atmosferə saniyədə on kilometrlərlə sürətlə daxil olan bu hissəciklər təxminən 70-100 km yüksəklikdə yanaraq işıqlı iz əmələ gətirir və xalq arasında "axan ulduz" kimi tanınan hadisəni yaradır.

α-Kaprikornid meteor axınının mənbəyi 169P/NEAT dövri kometi hesab olunur. Bu komet Günəş ətrafında təxminən 4,2 ildə bir tam dövr edir və Yupiter kometləri ailəsinə daxildir. Meteor yağışının digər maraqlı xüsusiyyətlərindən biri də aktiv kometlərlə müqayisədə nisbətən zəif qaz və toz aktivliyi nümayiş etdirməsidir. Keçmişdə orbiti boyunca buraxdığı toz hissəcikləri bu gün də Yer orbitini kəsərək hər il α-Kaprikornid meteor yağışının yaranmasına səbəb olur.

Meteor yağışını izləmək üçün teleskop və ya durbindən istifadə tələb olunmur. Ən yaxşı müşahidə şəhər işıqlarından uzaq, üfüqü açıq və qaranlıq ərazilərdə aparılır. Müşahidə zamanı baxışı birbaşa radiant nöqtəsinə deyil, ondan təxminən 30-40° kənarda yerləşən səma sahəsinə yönəltmək daha məqsədəuyğundur. Bu üsul daha çox meteor müşahidə etməyə imkan verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

FIFA-nın baş əməliyyat direktoru vəzifəsini itirdi

13:25
18 Avqust

Türkiyə brendləri Rusiya bazarını tərk edir

13:11
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!