09 İyul 2026 12:46
335
İQTİSADİYYAT
A- A+
Türk ekspert: Azərbaycanın qlobal nüfuzu və beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyi davamlı inkişafın mühüm göstəricisidir

Türk ekspert: Azərbaycanın qlobal nüfuzu və beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyi davamlı inkişafın mühüm göstəricisidir


Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyini ildən-ilə daha da möhkəmləndirməsi, qlobal miqyasda öz sözünü deyən, prinsipial mövqeyi ilə seçilən və müstəqil siyasət yürüdən dövlət statusunu gücləndirməsi ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinin əsas göstəricilərindəndir. Eyni zamanda, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və müasir infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanının mühüm beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı ekspert İlhan İşbaş bildirib.

Ekspert qeyd edib ki, son illərdə qlobal iqtisadiyyat və beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsinə qədəm qoyub. Yeni geoiqtisadi reallıqlar, alternativ ticarət marşrutlarına artan ehtiyac və beynəlxalq təchizat zəncirlərinin yenidən formalaşması strateji mövqeyə malik ölkələrin əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycan uzaqgörən dövlət siyasəti, sabit inkişaf modeli və etibarlı tərəfdaş imici sayəsində regionun ən mühüm aktorlarından biri kimi çıxış edir.

İlhan İşbaş bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biri milli maraqlara söykənməsi və bütün tərəfdaşlarla qarşılıqlı hörmət prinsipi əsasında münasibətlər qurmasıdır. Məhz bu yanaşma ölkəyə müxtəlif beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmaq imkanı qazandırıb. Azərbaycan regional və qlobal məsələlərdə balanslı mövqeyi, konstruktiv təşəbbüsləri və prinsipial yanaşması ilə beynəlxalq aləmdə böyük etimad formalaşdırıb.

"Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu uğurla yerinə yetirən mühüm geoiqtisadi mərkəzdir. Dövlətin həyata keçirdiyi müstəqil siyasət, güclü iqtisadi potensial və müasir idarəetmə modeli ölkənin beynəlxalq nüfuzunu davamlı şəkildə artırır", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, ölkədə siyasi sabitliyin qorunması, iqtisadi islahatların ardıcıl şəkildə həyata keçirilməsi, rəqəmsal transformasiya, investisiya mühitinin təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi dayanıqlığını daha da gücləndirib. Bütün bunlar beynəlxalq maliyyə institutlarının və xarici investorların Azərbaycana marağının artmasına səbəb olur: “Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi son illərin ən mühüm strateji uğurlarından biridir. Ölkənin əlverişli coğrafi mövqeyi məqsədyönlü investisiyalar hesabına böyük iqtisadi üstünlüyə çevrilib. Müasir avtomobil yolları, yüksək standartlara cavab verən dəmir yolu infrastrukturu, Xəzər hövzəsində inkişaf etdirilən dəniz nəqliyyatı imkanları, beynəlxalq hava limanları və logistika mərkəzləri Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Dünya ticarətində alternativ marşrutlara marağın artdığı indiki dövrdə Orta Dəhlizin əhəmiyyəti sürətlə yüksəlir. Bu marşrutun əsas iştirakçılarından biri olan Azərbaycan yükdaşımaların sürətli, təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində mühüm rol oynayır. Bu isə ölkənin qlobal logistika xəritəsində strateji əhəmiyyətini daha da artırır”.

Ekspert vurğulayıb ki, Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr yalnız milli iqtisadiyyatın inkişafına deyil, həm də region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu layihələr Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq arasında ticarət əlaqələrinin genişlənməsinə, yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

O deyib ki, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri nəqliyyat və logistika sahəsində də mühüm nəticələr verir. İki qardaş ölkənin birgə həyata keçirdiyi layihələr regionun tranzit imkanlarını artırmaqla yanaşı, Avrasiya məkanında iqtisadi əlaqələrin genişlənməsinə, beynəlxalq ticarətin sürətlənməsinə və yeni investisiya axınının formalaşmasına əhəmiyyətli töhfə verir.

İlhan İşbaş bildirib ki, Azərbaycanın həyata keçirdiyi çoxşaxəli iqtisadi siyasət ölkənin beynəlxalq rəqabət qabiliyyətini yüksəldir. Tranzit, logistika, enerji, sənaye, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat istiqamətlərində aparılan islahatlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas elementləridir. Bu istiqamətlərdə əldə olunan nəticələr ölkənin iqtisadi dayanıqlığını daha da möhkəmləndirir.

Ekspert hesab edir ki, qlobal iqtisadi sistemdə etibarlı tərəfdaş kimi tanınmaq üçün təkcə coğrafi üstünlük kifayət etmir. Bunun üçün siyasi sabitlik, hüquqi etibarlılıq, müasir infrastruktur, çevik dövlət idarəçiliyi və beynəlxalq əməkdaşlığa açıq yanaşma vacibdir. Azərbaycanın bu meyarların hamısına cavab verməsi onun beynəlxalq nüfuzunu davamlı şəkildə artırır.

“Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir. Ölkənin təşəbbüsü ilə reallaşdırılan iqtisadi və nəqliyyat layihələri yalnız milli maraqlara deyil, bütövlükdə region dövlətlərinin qarşılıqlı inkişafına xidmət edir və uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın son illərdə qazandığı uğurlar təsadüfi deyil, ardıcıl həyata keçirilən strateji inkişaf siyasətinin məntiqi nəticəsidir. Ölkənin müstəqil siyasəti, yüksək beynəlxalq nüfuzu, iqtisadi dayanıqlığı və beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsi yaxın illərdə də davam edəcək. Bu amillər Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının ən mühüm siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi rolunu daha da möhkəmləndirəcək”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “orta güc”ə çevrilməsinin əsas meyarları

14:15
15 İyul

Slovakiyalı nazir: Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk  

13:01
15 İyul

İlin birinci yarısında Azərbaycandan Ermənistana ixrac edilən məhsulların dəyəri açıqlanıb  

12:49
15 İyul

İqtisadiyyat naziri: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi sevindiricidir  

12:47
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

12:41
15 İyul

Nazir: Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır  

12:36
15 İyul

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədir   

12:29
15 İyul

Şuşadan səslənən mesajlar Azərbaycanın qlobal təsir imkanlarını bir daha nümayiş etdirdi.

12:21
15 İyul

Mikayıl Cabbarov: Azərbaycanla Slovakiyanın əməkdaşlığının inkişafı üçün daha böyük potensial mövcuddur  

12:13
15 İyul

Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir  

12:09
15 İyul

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

12:07
15 İyul

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” əməkdaşlıq memorandumu imzalayıb  

11:53
15 İyul

Bakıda 15 İyul şəhidləri anılıb

11:47
15 İyul

Deşamın gedişindən sonra Zidan Fransa millisinə baş məşqçi təyin olunacaq 

11:30
15 İyul

Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

11:13
15 İyul

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

11:07
15 İyul

Rusiya ordusu Odessaya raket zərbəsi endirib: ölənlər və yaralananlar var  

10:58
15 İyul

Baş katib: OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyasının ilk iclasının Bakıda keçirilməsi qlobal enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır

10:49
15 İyul

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana  

10:26
15 İyul

Pərviz Şahbazov: Azərbaycan qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən birinə çevrilib VİDEO  

10:19
15 İyul

Neft qiymətləri bahalaşır

10:01
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!