06 Noyabr 2026 08:45
188
SİYASƏT
A- A+
Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər


Hər bir xalqın tarixində elə hadisələr var ki, onların əhəmiyyətini yalnız nəticələrlə ölçmək mümkün deyil. Belə hadisələr milli yaddaşın ayrılmaz hissəsinə, mənəvi gücün, nəsillərin varisliyinin və ölkənin gələcəyinə sarsılmaz inamın rəmzinə çevrilir. Azərbaycan xalqı üçün belə əlamətdar hadisə 2020-ci il Vətən müharibəsində qazanılmış Zəfərdir.

Təxminən üç onillik ərzində Qarabağ problemi Azərbaycanın ən ağrılı problemlərindən biri olaraq qalırdı. Ərazilərimizin işğalı, yaşayış məntəqələrinin dağıdılması, tarixi və mədəni abidələrin itirilməsi, yüz minlərlə vətəndaşın doğma yurdlarından məcburi köçkün düşməsi xalqın taleyində dərin iz buraxmışdı. Milyonlarla insan əcdadlarının yaşadığı torpaqlarda yaşamaq, doğma şəhər və kəndlərini ziyarət etmək, öz həyat tərzini qoruyub saxlamaq imkanından məhrum olmuşdu. Lakin ən çətin illərdə belə, Azərbaycan xalqı tarixi ədalətin bərpasına olan ümidini itirməmişdir. Qarabağ yaddaşı ailələrdə, incəsənət əsərlərində, ədəbiyyatda, musiqidə və ictimai şüurda yaşamaqda davam etmişdir. Bu yaddaş nəsildən-nəslə ötürülərək milli kimliyin ayrılmaz hissəsinə çevrilmişdir.

Həmin dövrdə Azərbaycan dövlətçiliyini, iqtisadi potensialını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini ardıcıl şəkildə möhkəmləndirirdi. Silahlı Qüvvələrin modernləşdirilməsinə, hərbi infrastrukturun inkişafına və hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilirdi.

27 sentyabr 2020-ci il ölkəmizin müasir tarixinə dönüş nöqtəsi kimi düşdü. Həmin gün başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yüksək peşəkarlıq, təşkilatlanma, döyüş hazırlığı və fədakarlıq nümayiş etdirdi. Ərazilərimizin işğaldan azad edilməsi qarşıya qoyulmuş tarixi məqsədə çatmaq yolunda mühüm mərhələ idi. Zəfər salnaməsində 8 noyabr 2020-ci il - Şuşanın azad edildiyi gün xüsusi yer tutur. Şəhərin azad edilməsi Vətən müharibəsinin həlledici hadisələrindən biri idi. Məhz buna görə də 8 noyabr bütün Azərbaycan xalqı üçün xüsusi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə həmin gün rəsmi olaraq Zəfər Günü elan edilmişdir.

Zəfərin baş qəhrəmanları hərbi vəzifələrini müstəsna dözümlülük və sədaqətlə yerinə yetirən azərbaycanlı hərbi qulluqçular - əsgər və zabitlərdir. Onların bir çoxu Vətən naminə ən qiymətli varlığını - öz həyatını fəda etmişdir. Ağır sınaqlardan keçərək hərbi andına sadiq qalmış Vətən müharibəsi veteranları da xüsusi hörmətə layiqdirlər. Veteranlara qayğı göstərilməsi, onların qəhrəmanlığına ehtiramla yanaşılması və şəhid ailələrinin dəstəklənməsi cəmiyyətin daimi mənəvi borcu olaraq qalmalıdır.

Vətən müharibəsi dövründə qəhrəmanlıqdan və milli birlikdən danışarkən Azərbaycan qadınlarının xüsusi rolunu diqqətdən kənarda qoymaq olmaz. Zəfər tariximiz yalnız ölkənin ərazi bütövlüyünü bilavasitə müdafiə edən kişilər tərəfindən deyil, həm də dərin vətənpərvərlik, vətəndaş məsuliyyəti və öz dövlətinin müdafiəsinə qalxmaq əzmi nümayiş etdirən qadınlar tərəfindən yazılmışdır. Bu, ərəfədə bir çox qadın Azərbaycan Silahlı Qüvvələrinin sıralarına könüllü daxil olmaq və Vətənin müdafiəsində iştirak etmək arzusunu ifadə etmişdir. Onların arasında mən də var idim.

Azərbaycan qadınlarının dövlətin müdafiəsində iştirak etmək arzusu rəsmi səviyyədə də öz təsdiqini tapmışdır. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri hərbi xidmətə könüllü qoşulmaqla bağlı müraciət edən vətəndaşlar arasında qadınların da olduğunu bildirmişdir. Bu fakt vətənpərvərlik ruhunun cəmiyyətin müxtəlif təbəqələrini əhatə etdiyini göstərir. Qadınlar dövlətin taleyi qarşısında məsuliyyəti bölüşməyə, milli maraqlara sədaqətlərini nümayiş etdirməyə və ümumi işə öz töhfələrini verməyə hazır idilər.

Xanımlarımızın vətənpərvərliyi müxtəlif formalarda təzahür edirdi - hərbi xidmətə könüllü daxil olmaq istəyində, Silahlı Qüvvələrə dəstək göstərilməsində, humanitar yardımlarda, ictimai təşəbbüslərdə iştirakda və hərbi qulluqçuların ailələrinə qayğı göstərilməsində. Həmin dövrdə oğullarını Vətənin müdafiəsinə yola salan analar, həyat yoldaşlarına mənəvi dəstək olan xanımlar, yaxınlarının taleyindən narahatlıq keçirən, Zəfərə inamını qoruyub saxlayan qızlarımızı unutmaqmı olar?! Bu müharibədə doğmalarını itirmiş qadınları da yaddan çıxarmaq olmaz. Onların ağrısı milli yaddaşımızın bir hissəsinə çevrilmişdir. 

Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası genişmiqyaslı dövlət layihəsidir. Avtomobil yollarının, hava limanlarının, yaşayış komplekslərinin, təhsil və tibb müəssisələrinin tikintisi, energetika, nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı azadlıq mərhələsindən quruculuq mərhələsinə keçidin göstəricisidir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutan Böyük qayıdış proqramının həyata keçirilməsi, o cümlədən insanların doğma şəhər və kəndlərinə qayıtması yalnız mənzil və sosial şəraitin bərpası deyil, həm də nəsillərin öz torpaqları ilə tarixi bağlılığının yenidən canlandırılmasıdır. 

Bu gün milli maraqların müdafiəsi yalnız hərbi və siyasi istiqamətlərdə həyata keçirilmir. Elm, təhsil, sənaye, energetika, informasiya texnologiyaları və beynəlxalq əməkdaşlıq sahələrində əldə olunan nailiyyətlər də eyni dərəcədə mühüm əhəmiyyət daşıyır. Hər bir alim, mühəndis, pedaqoq, həkim, hərbi qulluqçu və gənc nəslin nümayəndəsi dövlətin möhkəmlənməsinə öz töhfəsini verməlidir. Tarixi Zəfərin quruculuq mahiyyəti də məhz bundadır - o, cəmiyyət qarşısında yeni imkanlar açmaqla yanaşı, yeni məsuliyyət də yaradır. Gələcək nəsillər yalnız öz sələflərinin nailiyyətləri ilə fəxr etməməli, həm də müstəqilliyin, sülhün və dövlət suverenliyinin qorunmasının daimi əmək, bilik, peşəkarlıq və vətəndaş yetkinliyi tələb etdiyini dərk etməlidirlər. Çünki bu gün Azərbaycan qarşısında suverenliyin möhkəmləndirilməsi, sülhün qorunması, iqtisadiyyatın, elmin və təhsilin inkişafı, ölkənin beynəlxalq nüfuzunun artırılması ilə bağlı yeni vəzifələr dayanır. 


Natalya FATYANOVA, 

texnika elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

Güclü lider, qalib dövlət və məğrur xalq

08:25
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!