31 Oktyabr 2026 08:15
363
SİYASƏT
A- A+
Milli məqsədləri reallığa çevirən rəhbər

Milli məqsədləri reallığa çevirən rəhbər


İlham Əliyevin Prezident kimi ilk dəfə and içməsinin 23 ili tamam oldu


Bu gün cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə and içməsinin 23-cü ili tamam olur. 2003-cü il oktyabrın 31-də vətənə və xalqa sədaqət andı içən Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını, dövlətimizin milli maraq və mənafelərinin qorunmasını və qarşıda duran hər bir strateji hədəfin reallaşdırılmasını öz fəaliyyətinin başlıca istiqamətləri elan etdi. 

Öncə onu qeyd edək ki, cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində qazandığı qələbə xalqımızın Heydər Əliyev ideyaları ətrafında sıx birləşməsinin, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa dərin inamın növbəti təzahürü oldu. Xalqımız yaxşı bilirdi ki,  Azərbaycanın qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi, ölkəmizin inkişafının davam etdirilməsi, taleyüklü məsələlərin yoluna qoyulması və milli maraqlarımızın etibarlı şəkildə qorunması məhz Heydər Əliyev siyasi kursunun ardıcıllıqla davam etdirilməsindən asılıdır. Bu baxımdan 2003-cü ilin prezident seçkilərində İlham Əliyevə etimad göstərməklə Heydər Əliyevin ideyalarının, siyasi kursunun davamına səs verdi. "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur" - deyə cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində bəyan etdi.

Təbii ki, 2003-cü ilin prezident seçkilərində cənab İlham Əliyevin özünün həmin vaxta qədər həyata keçirdiyi çoxşaxəli fəaliyyət mühüm rol oynadı.  Heydər Əliyev siyasi məktəbinin ən böyük yetirməsi olan İlham Əliyev buna qədər fəaliyyət göstərdiyi bütün vəzifələrdə dövlətə və xalqa layiqli xidmətin nümunəsini yaratmışdı. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, AŞPA sədrinin müavini və büro üzvü kimi fəaliyyət göstərən İlham Əliyev üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməklə zəngin təcrübə qazanmış, özünü bacarıqlı rəhbər və prinsipial siyasətçi kimi təsdiqləmişdi. Onun fəaliyyəti Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli maraqlarının müdafiəsi və ölkəmizin nüfuzunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Xüsusilə, beynəlxalq təşkilatlarda fəaliyyəti İlham Əliyevin siyasi proseslərə dərindən bələdliyini, diplomatik məharətini və Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etmək bacarığını aydın nümayiş etdirirdi.

23 il əvvəl keçirilən andiçmə mərasimində etdiyi çıxışda Prezident İlham Əliyev qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini bildirdi, milli hədəf və prioritetləri diqqətə çatdırdı. Ölkədə bərqərar edilmiş siyasi sabitliyin qorunması, neft strategiyasının uğurla davam etdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, ordu quruculuğunun gücləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi qarşıya qoyulan əsas vəzifələr sırasında idi. Bu baxımdan hələ 2003-2008-ci illərin siyasi və sosial-iqtisadi mənzərəsi göstərirdi ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti və öz vədinə sadiq rəhbərdir. Həmin dövrdə iqtisadi və sosial sferalarda əldə olunan tarixi nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, regionların sürətli tərəqqi yoluna çıxarılması, yeni iş yerlərinin  açılması, çadır şəhərciklərinin ləğvi, respublikamızın beynəlxalq mövqelərinin möhkəmlənməsi və regionda söz sahibi olan dövlətə  çevrilməsi strateji hədəflərin real nəticələrə çevrildiyini, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və qarşıdakı daha böyük məqsədlərin həyata keçirilməsi üçün etibarlı zəminin yaradıldığını təsdiq edirdi. Və əldə olunan bütün uğurlar bir daha göstərirdi ki, Heydər Əliyev ideyalarının davam etdirilməsi,  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın yüksəlişinin yeganə yoludur. Elə buna görə də 2008, 2013, 2018 və 2024-cü illərin prezident seçkilərində də xalqımız cənab İlham Əliyevin ətrafında səfərbər oldu, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun davamına səs verdi.

Ümumiyyətlə, ötən 23 il Azərbaycanın dövlətçilik və müstəqillik tarixini şərəfləndirən nailiyyətlərlə zəngindir. Bu dövrdə Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb, qeyri-neft sektorunun inkişafı təmin edilib, respublikamız kosmik kluba daxil olub, beynəlxalq birlikdə yerini möhkəmləndirib və söz sahibinə çevrilib. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev  tərəfindən  qətiyyətlə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan indi Xəzərdən təbii qaz hasil edərək dünya bazarlarına çıxarır. Bu dövrdə məhz Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində ərsəyə gətirilən "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycanın təbii qazı Avropa dövlətlərinə ixrac olunur. 

Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsini milli prioritetlərdən biri kimi müəyyən etmiş Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əldə olunan əlamətdar siyasi-iqtisadi nailiyyətlərdən biri respublikamızın Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsidir. Zamanında həyata keçirilən nəqliyyat layihələrinin nəticəsidir ki, bu gün Avrasiyada Şərq-Qərb istiqamətində ən etibarlı, ən operativ və təhlükəsiz nəqliyyat yolları məhz Azərbaycandan keçir.  Azərbaycanın mükəmməl nəqliyyat infrastrukturu yaratması, Bakı-Tbilisi-Qars dəmir yolunun,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası Orta dəhlizin inkişafına yol açaraq Azərbaycanın qlobal nəqliyyat dəhlizlərindəki yerini daha da möhkəmləndirib. 

Bu gün Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin səviyyəsi, strateji valyuta ehtiyatlarımızın 90 milyard ABŞ dollarına çatması ölkəmizin iqtisadi qüdrətinin və maliyyə müstəqilliyinin mühüm göstəriciləridir. 23 ildə formalaşdırılmış güclü iqtisadi təməl Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin, milli maraqlarının qətiyyətlə qorunmasının və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsinin əsas təminatlarından birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dövlətçilik tarixinə  yazılan ən böyük uğur torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan ərazilərində erməni separatçılığına son qoyulmasıdır. 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Torpaqlarımızın işğaldan azad edilməsini əsas vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev bu istiqamətdə müdrik və uzaqgörən siyasət həyata keçirdi. Sülh danışıqlarında iştirakla yanaşı, torpaqlarımızın döyüş yolu ilə işğaldan azad olunmasının mümkünlüyü də diqqət mərkəzində saxlanıldı. Bu məqsədlə müasir çağırışlara uyğun modern hərbi quruculuq həyata keçirildi. Ermənistanın işğalçı siyasətinin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində siyasi-diplomatik tədbirlər reallaşdırıldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində qazanılan zəfərlər bu siyasətin təntənəsi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması ilə Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan taleyüklü vəzifələrin yerinə yetirilməsini təmin etdi. Müstəqilliyimizin şərəf salnamələri olan bu zəfərlər həm də İlham Əliyevin prezidentlik fəaliyyətinin uğur hekayələridir.

Ərazi bütövlüyümüzün bərpasından sonra yaranan yeni reallıqlar şəraitində Azərbaycan özünün daha bir inkişaf mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən dövrün reallıqları göstərir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan özünün yeni hədəflərinə doğru inamla irəliləyir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük qayıdışın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşmaya keçid, idarəetmədə müasir texnologiyaların tətbiqi ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir.  Eyni zamanda bu gün dünyanın aparıcı siyasi qütblərinin strateji tərəfdaşı olan Azərbaycan həm də regionda və dünyada söz sahibinə malik dövlətlərdən biridir. Respublikamızın yürütdüyü siyasət Avrasiya coğrafiyasında dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə yol açır. Bütün bunlar isə Azərbaycanı orta güc statusuna malik dövlətlərin sırasına yüksəldib.

2003-cü ildə andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir". Dövlətimizin başçısının bu fikri illər öncə reallığa çevrilib.  Bu gün isə Azərbaycanın yeni hədəfləri və məqsədləri var və respublikamız bu yolda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atmaqdadır.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!