06 Noyabr 2026 08:15
262
SİYASƏT
A- A+
Ermənistanla iqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz

Ermənistanla iqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz


"Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin inkişafına dair açıqlamasını müsbət tendensiya kimi qiymətləndirmək olar. Bu, ilk növbədə Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların və irəli sürdüyü sülh gündəliyinin artıq konkret iqtisadi nəticələr verməyə başladığına dəlalət edir". 

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV qəzetimizə açıqlamasında dedi ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən yüklərin ölkəmizin ərazisi ilə İrəvana daşınması və qarşılıqlı ticarət imkanlarının genişlənməsi sülhün hər iki ölkə üçün real iqtisadi faydalar yarada biləcəyini nümayiş etdirir: "Bu baxımdan iqtisadi əməkdaşlıq yalnız ticarət münasibətlərinin inkişafı deyil, həm də qarşılıqlı etimadın formalaşması və regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır. İqtisadi münasibətlərin inkişafı siyasi və hüquqi öhdəliklərin yerinə yetirilməsini əvəz edə bilməz. Bu prosesin davamlılığı üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə icra etməlidir. Xüsusilə Vaşinqton razılaşmaları çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması, TRIPP layihəsinin həyata keçirilməsi, eləcə də ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı konstitusion maneələrin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir". 

Siyasi şərhçi bildirdi ki, Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Ölkəmiz qarşıdurmanın davam etdirilməsində deyil, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün qurulmasında maraqlıdır. Bununla belə sülhün gələcəyi yalnız siyasi bəyanatlardan deyil, həmin bəyanatların konkret addımlarla dəstəklənməsindən asılıdır. 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi də getdikcə daha aydın şəkildə anlayır ki, Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq ölkənin inkişafı üçün geniş imkanlar açır: "Bu imkanların reallaşması isə ilk növbədə İrəvanın siyasi iradəsindən və əldə edilmiş razılaşmalara sadiqliyindən asılı olacaq. Nəticə etibarilə ticarət əlaqələrinin genişlənməsi sülh prosesində müsbət bir göstəricidir. Lakin həqiqi və davamlı sülhün əsas təminatı qarşılıqlı etimad, hüquqi aydınlıq və götürülmüş öhdəliklərin tam icrasıdır. Azərbaycan məhz belə bir sülhün tərəfdarıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

Güclü lider, qalib dövlət və məğrur xalq

08:25
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!