06 Oktyabr 2026 09:45
200
DÜNYA
A- A+
İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib


Səbəb ölkədəki kütləvi mənzil etirazlarının keçirilməsidir 


İspaniyanın Baş naziri Pedro Sançes ölkədə növbədənkənar seçkilər keçiriləcəyini açıqlayıb. Bu addım 87 yaşlı bir qadının artan kirayə haqqını ödəyə bilmədiyi üçün yaşadığı mənzilindən çıxarılmasından sonra ölkədəki mənzil böhranı ilə bağlı kütləvi etirazların keçirildiyindən irəli gəlib.

Hökumət başçısı növbədənkənar seçkilərin  noyabrın 29-da keçiriləcəyini bildirib. Bundan əvvəl seçkilər 2027-ci ilin yayına planlaşdırılırdı.

Sançes Madriddəki rəsmi iqamətgahı olan Monkloa Sarayından televiziyadan xalqa müraciət edib. O, son illərdə "İspaniyanın bütün dünya üçün sülh, feminizm və rifah nümunəsinə çevrildiyini" və hökumətinin nailiyyətlərini "boykot" etmək cəhdlərinə baxmayaraq, iqtisadi artımı təmin etdiyini vurğulayıb. Baş nazir hökumətin "səhvlər etdiyini və qarşısına qoyduğu hər şeyi etmədiyini" bildirib, habelə "vətəndaşların mövcud bərabərsizlik səviyyəsini azaltmasına imkan verəcək zəruri islahatları həyata keçirmək üçün ictimai dəstəyi genişləndirməyin" zəruri olduğunu etiraf edib.

Sançesin dediyinə görə, "İspaniya xalqının özü və ölkələri üçün hansı gələcək istədiklərinə qərar verməsinin vaxtı gəlib çatıb".

Bir neçə gün əvvəl Sançesin hökuməti İspaniyada mənzil böhranı ilə bağlı artan ictimai narazılığı aradan qaldırmaq üçün nəzərdə tutulmuş iki kral fərmanı ilə bağlı mənzil qanununa parlament dəstəyini təmin edə bilməyib.

Fərmanlarda digər məsələlərlə yanaşı, 2030-cu ilə qədər evdən çıxarılmaların qadağan edilməsi nəzərdə tutulurdu. 

Lakin Sançesin hökuməti parlamentdə çoxluq təşkil etmir və qanunverici orqan ötən cümə günü fövqəladə qərarları təsdiqləməyib. Sağçı partiyaların müxalifət nümayəndələri bunun ev sahiblərinin, xüsusən də mənzillərini kirayəyə verən adi vətəndaşların hüquqlarını pozduğunu  iddia ediblər.

İspaniya Bankının məlumatına görə, ölkədə təxminən 700 min mənzil və ev çatışmazlığı var. Keçən il mənzillərin qiymətləri 12,2 faiz artıb. Barselona və Madriddə mənzil kirayəsinin qiyməti orta hesabla kvadrat metri 23-24 avroya təklif olunur.

Etirazlar 87 yaşlı Marikarmen Abaskalın 70 ildən çox yaşadığı kirayə mənzildən çıxarılmasından sonra başlayıb. O, uzun müddətdir ki, bazar qiymətindən az, yəni hər ay 500 avro kirayə haqqı ödəyib.

2018-ci ildə onun əmlakını Urbagestion investisiya şirkəti əldə edib və kirayə haqqını bir neçə dəfə artırıb. Bu, təqaüdçü üçün əlçatmaz məbləğ idi. Şirkət Marikarmeni evindən çıxarmaq üçün üç dəfə cəhd edib, lakin hamısı məhkəmələr tərəfindən bloklanıb. Dördüncü cəhddə o, evdən xərəklə çıxarılıb və sonradan xəstəxanaya yerləşdirilib.

Hadisə İspaniyada qəzəbə və etirazlara səbəb olub. Madridin mərkəzi Puerta del Sol meydanında bir neçə gündür etirazçıların çadır düşərgəsi qurulub.

Şənbə günü minlərlə insan İspaniyanın onlarla şəhərində kirayəçilərin müdafiəsini tələb edərək nümayiş keçirib. Valensiyada nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Ən böyük nümayişlərdən biri İspaniya paytaxtında olub. Onun təşkilatçısı olan Kirayəçilər Birliyi Madrid küçələrinə 500 min insanın çıxdığını bildirib. Hökumət bu rəqəmin  70 min olduğunu təxmin edir.

Son məlumata görə,  Kirayəçilər Birliyi ümumi tətil çağırışı etdikdən  sonra Abaskalın vəkili Beatriz Duro ev sahibi ilə razılaşma əldə edildiyini bildirib.

Sançes İspaniya Sosialist Fəhlə Partiyasını təmsil edir və 2018-ci ilin iyun ayından bəri baş nazir vəzifəsində çalışır. 2023-cü ildə keçirilən seçkilərdə Sosialist Partiyası ikinci yeri tutmuş, mühafizəkar Xalq Partiyası isə ən çox yer qazanmışdı. Lakin Sançes solçu partiyalarla razılaşmalar əldə edərək və həmin bölgələrdə Kataloniya və Bask millətçi hərəkatlarının, eləcə də müstəqillik tərəfdarı qrupların dəstəyini təmin edərək hakimiyyəti qorumağa müvəffəq olub.

Pedro Sançesin açıqlamasını həm solçular, həm də sağçılar sevinclə qarşılayıblar.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST: Ölüm hallarında qeyri-infeksion xəstəliklərin sayı artır

10:55
06 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

10:51
06 Oktyabr

Dünya bazarında qızıl ucuzlaşıb

10:50
06 Oktyabr

Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib  

10:45
06 Oktyabr

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

10:42
06 Oktyabr

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!