06 Oktyabr 2026 09:40
233
İQTİSADİYYAT
A- A+
Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib


Oktyabrın 5-də Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirləri mövzusunda "Environmental Protection First" (EPF) QHT Koalisiyasının brifinqi keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə EPF Koalisiyasının üzvləri Amin Məmmədov, Müqabil Bayramov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, EPF Koalisiyasının üzvü, "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov və digər çıxışçılar Ermənistan ərazisində həyata keçirilən dağ-mədən fəaliyyəti və digər ekoloji risklərin regiona mümkün təsirlərindən danışıblar.

Çıxışlarda Ermənistanın Alaverdi və Sünik bölgələrindəki mədənçilik fəaliyyətinin qrunt və transsərhəd suların çirklənməsi baxımından yaratdığı risklərə diqqət çəkilib. Ermənistanın su ehtiyatlarından istifadəsi, Göyçə gölündən su götürülməsinin yaratdığı ekoloji problemlər və transsərhəd çayların çirklənməsinin, xüsusilə aşağı axında yerləşən Azərbaycan üçün mümkün nəticələri qeyd olunub.

Amulsar qızıl mədəninin istismarı ilə bağlı narahatlıqlar da diqqətə çatdırılıb. Bildirilib ki, Arpa və Vorotan çaylarının su hövzələri ilə əlaqəli ərazidə yerləşən layihənin su ehtiyatlarına, biomüxtəlifliyə və Göyçə gölü ilə bağlı ekosistemlərə potensial təsirləri uzun müddətdir müzakirə olunur. Layihənin 2025-2026-cı illərdə yenidən intensivləşdiyi və 2026-cı il avqustun 31-də Ermənistan hökuməti, "Lydian Armenia" şirkəti və bir sıra icmalar arasında inkişaf sazişi imzalandığı vurğulanıb.

Çıxışlarda Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması ilə bağlı potensial ekoloji və transsərhəd risklərə də toxunulub.

Brifinqdə həmçinin Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib. Meşələrin məhv edilməsi və deqradasiyası, təbiət qoruqlarına və nadir növlərə zərər vurulması, kənd təsərrüfatı torpaqlarının deqradasiyası, suvarma infrastrukturunun dağıdılması, Sərsəng su anbarının istifadəsi ilə bağlı problemlər və mədən yataqlarının qanunsuz istismarı diqqətə çatdırılıb.

Qeyd olunub ki, işğal dövründə Azərbaycanın bir sıra mədən yataqlarının, o cümlədən Qızılbulaq, Dəmirli, Söyüdlü, Ağduzdağ, Tutxum, Vejnəli və digər yataqların istismar edildiyi və ya istismara cəlb olunub. Bu fəaliyyətlərin torpaq və su ehtiyatlarına təsirləri barədə fikirlər səsləndirilib.

Həmçinin transsərhəd suların çirklənməsinə nümunə kimi Oxçuçayda yaranmış ekoloji problemlər də qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST: Ölüm hallarında qeyri-infeksion xəstəliklərin sayı artır

10:55
06 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

10:51
06 Oktyabr

Dünya bazarında qızıl ucuzlaşıb

10:50
06 Oktyabr

Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib  

10:45
06 Oktyabr

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

10:42
06 Oktyabr

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!